Xəbər lenti
Bu gün, 19:25
Bu gün, 18:39
Bu gün, 16:30
Bu gün, 14:00
Bu gün, 12:33
Bu gün, 12:17
Bu gün, 10:55
Bu gün, 09:42
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
“Müharibədən sonra “DQR”in beynəlxalq təcrid olunması daha çox bu istiqamətdə fəal işləyən Azərbaycanın səyləri sayəsində güclənib”.
Ovqat.com xəbər verir ki, qondarma qurumun “dövlət naziri” Artak Beqlaryan “Sputnik Armenia”ya verdiyini açıqlamada bildirib.
O, bununla bağlı konkret faktlar da səsləndirib: “Məsələn, 44 günlük müharibədən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri, UNESCO-nun nümayəndə heyətləri, Qaçqınlar üzrə Komissar Qarabağa səfər etməyiblər”.
“Dövlət naziri”nin fikrincə, beynəlxalq strukturlar daha cəsarətlə işləməli və Azərbaycan diktəsinə boyun əyməməlidirlər.
Qondarma nazir deyib ki, İlham Əliyevin Minsk Qrupu ilə bağlı son bəyanatından sonra qurumun həmsədrləri nəinki “DQR”ə səfər etməli, həm də onun müstəqilliyini tanımalıdır: “Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququnu reallaşmasının vaxtı çatıb. Bu, müharibədən sonra məcburidir, çünki öz müqəddəratını təyinetmə hüququndan başqa bütün əsas məsələlər ya həll olunub, ya da pozulub”.
Qeyd edək ki, bir qədər əvvəl Azərbaycan prezidenti İlham Əliyev televiziya jurnalistlərinə verdiyi geniş müsahibəsində ATƏT-in Minsk qrupunun bundan sonrakı fəaliyyəti ilə əlaqədar demişdi: Əgər bu zarafatları kənara qoysaq, hesab edirəm ki, onlar özləri üçün bir gündəlik formalaşdırmalıdırlar. Bu, bizim işimiz deyil. Halbuki, mənim təsəvvürüm var ki, onlar nə ilə məşğul olmalıdırlar və nə ilə məşğul olmamalıdırlar. Nə ilə məşğul olmamalıdırlar, mən deyə bilərəm. Onlar Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmamalıdırlar, çünki bu münaqişə həll olunub”.
Beqlaryan da görünür, Prezident İlham Əliyevin bu sözlərindən “vəcdə gəlib” ATƏT-in Minsk qrupuna yol göstərir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar