Xəbər lenti

Bu gün saat 08 radələrində Tovuz rayonunun Əlibəyli kəndi ərazisində mina partlaıyışı baş verib.

DİN-in Mətbuat xidmətinin regional qrupundan Ovqat.com-a bildirilib ki, kənd sakini 1948-ci il təvəllüdlü Abdulla Ələsgərovun minaya düşməsi barədə Tovuz Rayon Polis Şöbəsinə məlumat daxil olub. Məlumata görə dərhal polis əməkdaşları hadisə yerinə gələrək A.Ələsgərovu xəstəxanaya çatdırıblar.

Onun sol ayağından xəsarət aldığı bildirilir.

Hazırda xəstəxanada müalicəsi davam etdirilir.

***

Tovuz rayonunun Əlibəyli kəndində yerli sakin minaya düşərək xəsarət alıb.

Tovuz rayon sakini, Abdulla Ələsgərov ərazidə olan zaman minaya düşərək yaralanıb.

Xəstəxanaya yerləşdirdilən A.Ələsgərovun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır




Ana səhifəyə qayıt        Baxış: 2 507          Tarix: 27-05-2023, 10:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma