“İki gün öncə Naxçıvan Ali Məclisinin sədr əvəzi Azər Zeynalovu 2-ci reyslə Bakıya gətiriblər. Dünən isə onu müvafiq idarədə sorğuya çəkiblər”.
Bu sözləri Globalinfo.az-a açıqlamasında Ovqat.com saytının baş redaktoru Heydər Oğuz deyib.
O bildirib ki, Azər Zeynalov hələ də Naxçıvana qayıtmayıb:
“Görünür, onunla söhbət uzun sürəcək. Belə bir ehtimal var ki, ondan alınan məlumatlar Vasif Talıbova qədər uzana biləcək. Yəni Talıbovun həbsinə hazırlıq kimi qiymətləndirirəm bunu. Amma təbii ki, bu bir ehtimaldır. Azər Zeynalov Vasif Talıbovun müavini idi və adamın bütün sirlərini bilir. Böyük ehtimalla gözləntilər özünü doğruldacaq”.
Xatırladaq ki, Vasif Talıbov vəzifədən getdikdən sonra Azər Zeynalovun da işdən çıxarılacağı deyilirdi. Bu baş vermədi. O, hələ də yüksək postunu qoruyub saxlayıb. Üstündən xeyli müddət keçdikdən sonra A.Zeynalovla bağlı belə xəbərin yayılması olduqca maraqlıdır.
Qarşı tərəfi dinləməyə, mövqeyini dərc etməyə hazırıq.
Zaira Akifqızı
Paylaş: