Xəbər lenti
Dünən, 19:25

 

Uşaqlığımızın unudulmaz xatirələrindən biri də Sabir babamızın qanımıza, canımıza hopmuş bu misralarıdır: “Gəl, gəl, a yaz günləri, ilin əziz günləri”.

İndi ilin əziz günləridir. Dağda, bağda əriyən qarlar, aşıb-daşan çaylar, tel-tel olan taxıl, yarpağı çiçək-ləçək olub açmaq istəyən ağaclar yaz gəlişindən xəbər verir. Bizim bu oyanışa çox ehtiyacımız var. Yalnız fəsillərin soyuqluğundan yox, həm də həyatımızın üşüdən nəsnələrin ağırlığından buz bağlamış ürəyimiz istiyə möhtacdır. Novruz bayramıda arxada qaldı. Adət etdiyimiz kimi bu bayramın bütün tələblərini də yerinə yetirdik.      

Doğrusunu desəm, bu “ənənə” sözü qulaqlarımı qıdıqlayır. Amma nə qədər çərçivə və adətlərdən qacsaq da, nə qədər inkarçı olsaq da vacıb saydığımız, vaz keçə bilmədiyimiz vərdişlərimiz var. Ətrafımızda saçan adi gündəlik məişət qaydalarından tutmuş böyük, qlobal, taleyüklü məsələlərə qədər. Neynəyək ki, biz işığımızın sönməyinə, qazımızın kəsilməsinə vərdiş edirik və bu vərdişlər artıq adət halını alır. Çox qəribədir, haqqımız-hüququmuz tapdanır, öyrəşirik, yediyimiz-içdiyimiz zəhərə öyrəşirik, ətrafımızda ədalətsizliklər baş verir, göz yumuruq, öyrəşirik. Bir də gözümüzü açıb görəcəyik ki, bir dar cığırla gedb-gəlirik, buna da öyrəşirik. Bu vərdişdi, adətdi, ya ənənədi?                                                  Məsələn, deyim ki, bu ay məmləkətin işıq sistemində baş vermış qəza ucbatından, evimizdə elektriklə işləyən nə varsa sıradan cıxıb-televizordan işiq lampalarına, soyducuya qədər. Normal  halda kimsə  bunun təzminatını ödəməlidir, ya yox? Amma heç özümüzü yormuruq, çünki mənası yoxdur. Bax bu da Azərbaycansayağı ənənədir. Yəqin həmin yarımstansiyada işiğı tənzimləyənlərin heç müvafiq təhsili də yoxdur. Bəlkə dünənəcən hardasa baytar həkimi, ya da aqronom işləmiş, amma indi hansısa qohumuna görə camaatın işiğını ona tapşırıblar. O da sözün bütün mənalarında yararlanır ənənəvi olaraq.                

Biz dünyanın bir parcasıyıq, dünyaya inteqrasiya edirik. Özü də bu inteqrasiya deyəsən çox sürətlə gedir, geçələr küçələrə çıxanlar bunun fərqindədirlər. Əvvələr utanıb-gizlətməyə çalışdığımız qüsurumu deyim, açıq-aşkar görünür. Bu gün demokratiyanın bizim məmləkətimizə gəlişini ən barız göstəricisi nədir: seçkilər, düşüncə özgürlüyü, viçdan azadlığı? Yox!

Əksəriyyətimiz açıq-açığına deməsək də ürəyinizdə fikirləşirsəz ki, belə deyil. İnsan haqları çox qorunduğu üçün indi mavi olduqlarını gizlətmək istəmirlər. Bizim hüquq anlayışımız bura qədərdir. Belə qızğın təbliğat - ki düşünülmüş şəkildə bizim kütləvi informasiya vasitələrində gedir, ailələrimizdə böyüyən uşaqları  üçün çox qorxuludur.         

Mən qorxuram ki, sabah kişi olmaq insan hüquqlarına zidd bir şey kimi yozulsun.  Ola bilər mən də köhnə fikirliyəm, adətlərə, vərdişlərə bağlı adamam. Ancaq biz dünyadan, Qərbdən niyə ancaq bunu öyrənirik? Köhnə bazara təzə nırx qoymuruqsa, bu nırxın bizə uyub-uyumayacağını niyə düşünmürük. Görünür, tarıx boyu dövlətimiz, ordumuz olmadığındandır ki, biz dövlət simvolarına hörmətlə,  sevgiylə yanaşa bilinmir. Bütün dünyada yalnız cinayətkarlar polisə yan baxırlar. Hər hansı bir ailəni tərpətsən, onun ailə üzvlərindən, yaxın qohumlarından kimsə polisdə işləyir. Özü də çox əzab-əziyyətlə çalışır.                                                  

Bunu da bilməlisən, çiynində daşıdığın paqonların qiyməti yoxdu, çünki cinayətini subut etdiyin adamın havadarları dövlət anlayışından çox-çox yuxarıdadırlar. O qədər yuxarıdadırlar ki, taladıqları məmləkətin qanunlarını özləri bildiyi kimi işlədirlər. Bütün dünyada polisin böyük səlahiyyətləri var. Polisə müqamət göstərmək, sılah çəkmək ən böyük cinayət sayılır, çünki polis əslində dövlətin özü deməkdir, onun simasıdır.                                      

Xatırlayıram 10-15 il əvvəl Türkiyədə General Kumay başqanı olmuş geniral Doğan Gürəşin oğlunu hardasa xulqanlıq etdiyinə gorə türk polisi döyə-döyə əzmişdi .Ya da Amerikada  Corc Buşun qızını polis cərmələmişdi. Yaşı çatmadığı halda barda içki içdiyinə görə. Bizdə -  Azərbaycanda belə hadisəni     təsəvvürə gətirə bilərsizmi?

Əslində biz dünyadan bunları öyrənməliyik.Q anuna riayət etməyi, istinasız-filansız. Belə ənənələri yaratmalıyıq. Onları hörmətsız etməklə yalnız və yalnız cinayətkarlar qazanacaq.                                            

Köhnələri unuduruq, yenilərini isə yarada bilmirik. Əlbəttə, unutmalı olduğumuz çox şeylər var. Yaltaqlıq, özümüzdən bir pillə yuxarıda oturanların qarşısında ikiqat əyilmək, unutqanlıq, milli sərvətlərə sayqısızlıq və sairə və sairə.             

Özümüzdən yeni yaratdığımız vərdişlər olmamalıdır. Hər kəsin fikrinə hörmətlə yanaşmaq, seçki mədəniyyəti, danışdığımız sözə qiymət vermək. Nəyi qoruya biləcəyik, nəyi yaradacağıq? - bunu zaman göstərəcək. Bu hərəkətlərimizdən isə bizim qloballaşan dünyada var ola bilmək məsələmiz asılı olacaq.                        

Seçki ilində olduğumuz üçün baxırsan ki, cürəbəcür quruplaşmalar, bloklar fəallaşıb. Bizim məmləkətdə müəyyən regionların nümayəndələrinin qruplaşması ənənəsini yaratmalıyıq. Bütün dəyişmələr də əqidə birliyi ilə gələcək. Hər kəs öz işi ilə məşğul olsa, polis asayişi qorusa, ordu vətəni görünən müdaxilədən, o biri təşkilat görünməyən müdaxilədən qorusa, dövlət aparatı sosial məsələləri çevik həll etmək ənənənələri yaratsa, başqa ölkələr kimi biz də insan kimi yaşmağa adət edəcəyik.                                                                                                

Son vaxtlar gülüş doğuran bir ənənə yaranıb. Hər hansı bayramlarda bir-iki pullu kişi yetim uşaqlara üç corab, dörd qoğal, beş şokalad aparır, dalınca beş-altı televiziya kanalları gedir onun da dalınca, həmin kişilərin boynundan “el atası” medalını asırlar. A qardaş başına dönüm, bu millətin nə qədər el atası var? Bu medalı kim təsis edib onunla işim yoxdu, amma hər yetimxanaya şokalad aparan el atası olsa, bizim hamımız dönüb olacağıq ata, bəs, el kim olacaq? Əgər bir iddianız varsa, ildə bir savadlı, istedadlı, amma imkansız uşağı öz hesabınıza göndərin oxumağa. Özü də bunu televizorda göstərmək lazım deyil. Bəndələr onsuz da hər şeyi tez unudur, Allahın da televizora baxmağa vaxtı yoxdur. Həmin uşaqlar oxuyub millətə xidmət edəndə sizin necə ata olduğunuz onsuz da bilinəcək. Belə ənənələri yaşatmaq lazımdır. Yaşamaq ücünsə daim dəyişilmək, yenilənmək tələb olunur.  Bax, burda Sabir babamız yaxşı deyib:                                                                                

“Ax! Necə kef çəkməli əyyam idi,

Onda ki, övladi-vətən xam idi!”

Əlizadə Nəhmədağaoğlu        




Ana səhifəyə qayıt        Baxış: 1 254          Tarix: 5-04-2018, 07:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma