Xəbər lenti
27-11-2024, 19:25

XXİ əsrin başlanğıcındayıq və dünyada Yaxın Şərq adlanan viranəlik qətlə yetirilən insan cəsədlərilə, kəsilmiş insan kəllələrilə doludur – İrandan Suriyaya, BƏƏ-dən Livana, Türkiyədən Yəmənə qədər… Eynilə Vasili Vereşaginin məşhur “Savaş zirvəsi” rəsmindəki kimi…

Qərb gücləri islam məkanına qarşı son yetmiş ildə qorxunc və məkrli taktika seçib – öz daxili ziddiyyətlərini İslam dünyasına transfer edir və  müsəlman məkanında elə müsəlmanların əliylə də həll edir…

Qələbə çələngi onlara, meyidlər, xarabazarlıqlar, çökən dövlətlər bizə qalır…

Və Qərb sonra da xilaskar, qurucu, sülhyaradıcı, barışdırıcı qüvvə kimi başımızın üstünü kəsir. “Sivil dünyanı” təmsil edir axı…

Bizə “mədəni dəyərlər, Qərb dəyərləri” gətirir axı…

Bu “Tanrı missionerləri”nin cild-cild, çeşid-çeşid yerli “yarınan missionerləri” də var və Qərb Yaxın Şərqdə onlarsız ötüşə, “metastaz” verə bilməzdi… Bu lokal “metastaz”lardan ən qorxulusu və dünyada güclü hər bir dövlətin qucağına girməyə hazır olanı vəhhabilikdir (uyğun olaraq Səudiyyə Ərəbistanıdır).

Dissident jurnalist Xaşuqçinin başını kəsərək vəhşicəsinə qətlə yetirmək bütün dünyanı şoka salıb. Amma vəhhabi xislətiylə yanaşanda bunda təəccüblü heç nə yoxdur –  Səudiyyə Ərəbistanında günü bu gün də şəhər küçələrində, meydanlarında dustaqların boynunu baltayla vururlar…

Ürəyiniz bulanmasın, bu onlarda adi prosedurdur və camaat (özünü əsil müsəlman adlandıran yerli vəhhabilər) yığışıb bu qətlə maraqla tamaşa edir…

XX və XXI yüzilliklərdə ayrı-ayrı xalqların, zəif dövlətlərin, hətta passionar şəxsiyyətlərin taleyində qorxunc rol oynayan transmilli və böyük şirkətlər haqda çox yazılıb, çox deyilib. Bu qurumların “xidmət siyahısı”nda qətllər, dövlət çevrilişləri, planlı iqtisadi böhranlar adi iş üsullarından biridir.

Hazırda dünya KİV-lərində geniş müzakirə olunan “Xaşuqçi işi” də bu kontekstdə araşdırılanda maraqlı məqamlar üzə çıxır və biz oxucularımıza artıq bu yöndə material təqdim etmişik (bax: strateq.az/manshet/292982/xasuqci-cinayəti-ilə-bagli-sensasion-iddia.htm). Türkiyə jurnalisti bu yazıda Vaşinqtonun və Rotşildlər aiəlsinin Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft şirkətinə yiyələnmək cəhdləri və Xaşuqçinin qətlə yetirilməsində bu cəhdlərin oynadığı rol araşdırır.

 

“Saudi Aramco” şirkəti haqda nə bilirik  

 

Səudiyyə Ərəbistanının milli neft şirkətidir. Neft hasilatı göstəricisi və neft ehtiyatlarının həcminə görə dünyanın ən böyük şirkətidir. “Financial Times” qəzetinin 2006-cı ildə dəyərləndirdiyinə əsasən, biznesin dəyərinə görə (781 milyard $) dünyada ən böyük şirkətdir. Mənzil-qərargahı Dəhranda yerləşir.

Səudiyyə hökumətinin Amerikanın “Standard Oil of California” neft şirkətiylə konsessiya (ölkə daxilində sənaye müəssisələri təşkil etmək, mədən çıxarmaq və s. üçün dövlət tərəfindən ayrı-ayrı şəxslərə, şirkətlərə və ya başqa dövlətə verilən hüquq, imtiyaz-red.) sazişinin nəticəsi kimi 1933-də qurulub. Səhmlərini tədricən satın almaq yoluyla 1980-də şirkətə tam nəzarət əldə olunub. 1988-də “Arabian American Oil Company” adını indiki “Saudi Arabian Oil Company”-yə  (və yaxud Saudi Aramco-ya) dəyişib.

Şirkətə 100% nəzarət Səudiyyə Ərəbistanı hökumətinə məxsusdur. Şirkət 2016-nın əvvəlində IPO proseduru (yatırımçılara səhmlərin əlavə və ya əsas buraxılışlarının ilkin ictimai təklifi prosesi-red.) vasitəsilə şirkətin bir hissəsinin mümkün özəlləşdirilməsi planı haqda elan olunub. Bu  ona Amerikanın “Apple” şirkətini geridə qoyaraq kapitallaşama üzrə dünyada ən böyük şirkətlərdən biri olmaq imkanı verərdi. Əvvəllər Səudiyyə neft nazirinin baş müşaviri işləmiş müstəqil neft analitiki Məhəmməd əl-Səbbanın fikrincə, şirkətin təxmini dəyəri 10 trilyon ABŞ dolları təşkil edir.

“Saudi Aramco”, təqribən, 260 milyard barrel neft ehtiyatı  olan yataqlara (Səudiyyə neftinin 99%-ə) nəzarət edir, bu, dünyanın kəşf edilmiş neft ehtiyatının dörddə birinə yaxındır. OPEK-ə böyük təsiri var. Şirkət ölkə ərazisində qaz hasilatını ələ alıb, müasir neft və qaz emalı zavodlarına sahibdir. Çin, Yaponiya, Filippin, Koreya Respublikası, Sinqapur, BƏƏ, ABŞ və Böyük Britaniyada filialları, birgə müəssisələri və törəmə şirkətləri var. Müasir supertanker donanmasına malikdir. “Saudi Aramco”nun Rusiyanın “Lukoyl” neft şirkətiylə birgə müəssisəsi (BM) var – “Lukoil Saudi Arabia Energy Ltd. (LUKSAR)”.

Personal sayı 54,8 min nəfərdir (2010-cu ilin sonu).

Varis şahzadə Muhəmməd bin Salman mümkün IPO ilə bağlı şirkətin dəyərini 2 trilyon $ qiymətləndirib. Amma analitiklər rəsmi qiymətin gerçəkliyinə şübhə edirlər. Məsələn, “The Financial Times” şirkətə 880 milyard $-dan 1,1 trilyon $-a qədər qiymət qoyub. Bloomberg hesab edir ki, IPO qiyməti 1 trilyon $-a yaxın olacaq.

Strateq.az

 




Ana səhifəyə qayıt        Baxış: 895          Tarix: 29-10-2018, 15:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma