Paşinyan hökumətinin işləri o qədər pisdir ki, “saman çöpündən yapışan hakimiyyət” boğulmaqdan xilas olmaq üçün Ermənistanın müsbət şəkildə göstərildiyi hesabatlardan və reytinqlərindən yapışır. Beləliklə, bu həftə baş nazir sosial şəbəkədəki səhifəsində sevinclə “Ermənistan Çiçəklənmə İndeksində postsovet dövlətlərin əksəriyyətini qabaqladı”, deyə elan etdi.
Muxalifet.az "armenianreport"a istinadla erməni jurnalist Tevos Arşakyanın dilindən Ermənistanda real vəziyyəti şərh edir.
Feysbuk səhifəsində Ermənistanın Baş naziri Nikol Paşinyan "İngilis Analitik İnstitutunun Legatum Rifah İndeksinin 2019-cu il cədvəlinə görə, Ermənistan Baltikyanı ölkələr və Gürcüstan istisna olmaqla, bütün postsovet dövlətlərini qabaqlayır".
“Ermənistan əvvəlki illə müqayisədə 27 pillə irəliləyərək 61-ci yeri tutdu. Bölgə ölkələrindən Gürcüstan 53-cü, Rusiya - 74-cü, Türkiyə - 91-ci, Azərbaycan - 92-ci, İran isə 119-cu yerdədir. Reytinq müəllifləri ölkələri doqquz meyara - iqtisadi inkişaf səviyyəsi, biznes mühiti, dövlət idarəçiliyinin effektivliyi, təhsil, səhiyyə, təhlükəsizlik və şəxsi azadlıq səviyyəsi, həmçinin sosial kapitalın və ətraf mühitin inkişafı standartlarına görə müqayisə ediblər "deyə Paşinyan yazıb.
Əlbəttə ki, hökumətimiz üçün belə nəticələr, hələ xarici analitiklər tərəfindən veriləndə Paşınyanın "ruhuna məlhəm" kimidir. Bu, həm də ona görə belədir ki, onların bir il yarım ərzində gördükləri işlərin "bəhrələrini" əks etdirir. Mən, Ermənistan vətəndaşı olaraq, vətənimin vətənpərvər bir vətəndaşı olaraq, İngilislərin təqdim etdiyi Rifah İndeksinə inanmaq istərdim. Bu göstəricilərə görə, ölkəmizdəki həyat Rusiya və hətta Türkiyədəki vəziyyətdən yaxşıdır.
Buna inanılası bir şey yoxdur, çünki hər kəs bu cür reytinqlərin xaricdə necə tərtib edildiyini bilir - milli statistika xidmətlərinin və hökumət hesabatlarının məlumatlarını rəhbər tuturlar. Əlbəttə Dumanlı Albionda şübhələnə bilməzdilər ki, keçən il Rusiyapərəst kukla Sarkisyanın devrilməsindən sonra Qərbdə hörmət qazanan inqilabdan sonrakı hökumət lazımi göstəriciləri tərtib edib özü üçün statistika düzəldib.
Ancaq təəssüf ki, bu həqiqətə uyğundur. Əgər türklər, iranlılar və hətta ruslar mümkün qədər real rəqəmləri, hesabatları əks etdirirsə və bunun əsasında sonradan beynəlxalq hesabatlar tərtib olunursa, bizim hakimiyyət burada əsl şou təşkil edir. Həm iqtisadi inkişaf, həm biznes mühiti, həm də dövlət idarəetməsinin səmərəliliyi, işsizlik, səhiyyə, təhlükəsizlik və şəxsi azadlıq səviyyələri – hökumətdə hər şey qaydasındadır. Mən hətta deyərdim ki, gözəldir. Ancaq yalnız kağızda.
Əslində ölkədə yaşayış səviyyəsi aşağı düşməyə davam edir. İşsizlərin sayı azalmır. Miqrasiya səviyyəsi yüksək qalmaqda davam edir. İş mühiti hələ də yarı - bayqın və hətta xarici sərmayələrin bir işartısı da yoxdur.
Bunu biz görürüksə, hökumət də görür. Baş nazir Paşinyanın reytinqində azalma da var. Üstəlik, ölkədəki hakimiyyətin bəhanələrinə heç kim inanmır. Keçən il Ermənistandakı həyat şəraitinin ağırlığının günahını ölkənin keçid mərhələsində olduğunun üstünə atmaq mümkün idisə, bu gün heç kim buna inanmır. Buna görə müvafiq şöbələrin statistikasını və hesabatlarını düzəltməlisiniz. Bu hesabatlar və statistik məlumatlar isə heç nədən şübhələnmədən reytinqləri hazırlayan Avropa və Amerika analitiklərinin əlinə düşür.
Və sonda məlum olur ki, burada həyat Rusiya və Türkiyədən daha yaxşıdır. Ancaq buradakı insanlar, bilirsiniz, nankordur, ölkədə bu qədər müsbət dəyişiklikləri görmür və yenə də dayanmadan Ermənistandan aşağı həyat səviyyəsi olan Rusiyaya, hətta Türkiyəyə gedirlər.
Muxalifet.az
Paylaş: