Xəbər lenti
Dünən, 19:25

Səid Cəfəri

Euronews Persian”, 11.03.2020

Suriyada Bəşər Əsəd tərəfdarı qüvvələr İdlibdə terrorçuların varlığının sonunun yaxınlaşdığını söyləsə də, son bir neçə ayda Suriya torpaqlarında həyata keçirilən ikinci türk hərbi əməliyyatı mürəkkəb İdlib tənliyinin asanlıqla həll edilməyəcəyini göstərib. Türkiyənin “Bahar qalxanı” əməliyyatından sonra Moskva və Ankara Suriya torpaqlarında atəşkəs barədə razılığa gəliblər.

Bəs Suriyadakı mürəkkəb böhranın perspektivləri necədir?

Virciniya Texnologiya Universitetinin İctimai və Beynəlxalq Münasibətlər Kollecinin rəhbəri, Yaxın Şərq üzrə analitik Mehrzad Boroucerdi hesab edir ki, Türkiyənin Suriyada Rusiya ilə qarşı-qarşıya gəlmə qabiliyyəti yoxdur və son nəticədə, geri çəkilməkdən başqa çarəsi qalmır.

– Suriyanın şimalında Əsəd və Türkiyə tərəfdarları arasında davam edən toqquşmalardan sonra Moskva və Ankara atəşkəs elan ediblər. Bu, fırtına öncəsi sakitlikdir, yoxsa mövcud vəziyyətdə sabitliyin davam edəcəyini gözləməliyik?

– Məncə, atəşkəs davamlı olmayacaq, çünki hər iki ölkənin münaqişəyə dair fikir ayrılıqları qalmaqdadır. Ekstremist “Heyət Təhrir əş-Şam” (HTŞ) qruplaşması Suriyada və İdlib əyalətində, demək olar ki, bütün “mülayim” qrupları sıradan çıxarıb və Türkiyənin HTŞ-ni dəstəklədiyi görünür. Suriya hökumət qüvvələri bu qrupu sıxışdırmağa çalışır, amma Türkiyə buna müqavimət göstərir. Ancaq bu gün Ankara çətin vəziyyətə düşüb. O, bir tərəfdən, əsgərlərinin ölümünün qisasını almaq üçün Suriyaya hücum edib; digər tərəfdən, istər daxili, istərsə də beynəlxalq səviyyədə Ankaranın hərəkətləri suallar doğurur. İndi Ərdoğan üçün əsas məsələ hərəkətlərinin son nəticədə Türkiyə üçün hansı nəticələrə səbəb olacağıdır.

– Hama əyalətinin şimal hissələrində və Hələb əyalətinin qərbində hələ də qarşıdurmaların olduğunu nəzərə alsaq, İdlibdə gərginlik davam edərkən, Suriyada geniş yayılmış qarşıdurmaların davam edəcəyi ehtimalı nə qədərdir?

– Bəli, tamamilə mümkündür. Xüsusilə xatırlayın ki, cənab Ərdoğan Suriya ilə çox yüksək tonla danışıb, qoşunlarına hücum təqdirində, Suriyanın bütün hissələrinin hədəfə alınacağını bildirib. Ancaq digər tərəfdən, Türkiyənin hava qabiliyyətinin Rusiya ilə müqayisə olunmadığını nəzərə almaq lazımdır. Mütəxəssislər türk əsgərlərinin ölümünə səbəb olan əməliyyatın, Ankaranın iddia etdiyi kimi, Suriya ordusu deyil, Rusiya Hərbi Hava Qüvvələrinin işi olduğunu düşünürlər. Eyni zamanda, Ərdoğan bölgədəki gərginliyi daha da artırmağın lazımlığını düşüməlidir. Bu, hazırda qeyri-mümkün görünür.

– Bəs İdlibin gələcəyi üçün nə düşünürsünüz? Türkiyə Suriyanın şimal-qərbində özünə məxsus bir de-fakto muxtar bölgə istədiyindən Suriya hökuməti tərəfdarları ilə birgə bölgənin tam azad edilməsi üçün mübarizəni davam etdirəcəkmi?

– Güman ki, yaxın bir neçə həftədə yenidən belə olacaq. Heç bir tərəf böhranın dərinləşməsində maraqlı deyil, amma vəziyyət necə olursa-olsun, gələcək inkişaflara təsir göstərəcək. Türkiyə hökumətinin Suriyalı qaçqınlar üçün sərhədləri açmaq və Avropa sərhədlərinə yönəltmək istəyi Suriyadakı qarşıdurma ilə çox da maraqlanmayan avropalılar üçün tənliyi dəyişdirə bilər. Ancaq vəziyyətin normallaşma ehtimalı qalır, çünki genişmiqyaslı müharibə hər iki tərəf üçün faydalı deyil.

– Türkiyənin sığınacaq axtaranlara dayaqlı oyun kartları Ankara üçün yeni bir siyasəti deyil və Ərdoğan əvvəllər də Avropanı təhdid edərək, öz Yaxın Şərq və xüsusilə Suriya siyasətini davam etdirməyə çalışıb. Bəs bu strategiya nə dərəcədə səmərəlidir və Türkiyə hədəflərinə nə dərəcədə çata bilər?

– Suriyalı qaçqınlarla bağlı Türkiyə həmişə iki məsələ qaldırıb. Birincisi, o, Türkiyədə olan və bu ölkə üçün bir çox problem və xərc doğuran 3 milyona yaxın suriyalı qaçqının geri qaytarılması üçün İdlibdə etibarlı bir bölgə yaratmaq istədiyimizi söyləyir. İkinci dəlil budur ki, Ankara sığınacaq axtaranlara sərhədlərini açmaqla, Avropanı həmişə təhdid edib. Maraqlıdır ki, bu, avropalıları maraqlandıran yeganə şeydir. Türkiyənin NATO, ABŞ və xüsusən də avropalılardan Suriya böhranının həllində kömək çağırışları daim uğursuz olub. Ancaq bütövlükdə, problemləri və əlbəttə, üstünlükləri nəzərə alsaq, bu, təhdid ola bilməz və yalnız Avropa ilə münasibətlərdə təzyiq aləti kimi istifadə edilə bilər.

– İranın Suriyadakı rolunu necə görürsünüz? Bir tərəfdən, İran dəstəkli “Fatimiyyun” hərbi qruplaşması hələ də Suriyada mövcuddur, lakin digər tərəfdən, Astan prosesi və Soçi razılaşmaları ilə bağlı İranın adı daha hallanmır. Yəni İranın Suriyadakı rolu azalır?

– Bəli, düzdür, IİKK qüvvələri Suriyada hələ də mövcuddur, amma fikrimcə, Suriyada iştirak edən digər iki əsas aktyorla müqayisədə, İranın rolu ən kiçiyidir. Çünki Moskva və Ankaranın Suriyada fəaliyyət və sərmayələrinin həcmi İranın həcmindən qat-qat çoxdur. Eyni zamanda, danışıqlar zamanı İranın adı halllanmır və Suriyanın gələcəyini müzakirə etmək üçün Moskvaya gedən məhz Türkiyə nümayəndələridir. Nəticədə, fikrimcə, İran suriyayönlü, Dəməşqi himayə edən bir rol oynayır, amma bu rol Suriya tənliyində qiymətləndirilmir.

– Hesab etdiyiniz kimi, bu rolun ən yaxşı seçim deyilsə, İran tərəfindən qəbul edilmiş seçimdir və ya regional aktyorlar tərəfindən Tehranın öhdəsinə qoyulan tələbdir?

– Düşünürəm ki, bu tələbdir. Çünki İran hökumətinin belə bir məsələni həll etmək üçün nə maddi gücü, nə də Türkiyə ilə münaqişəyə girmək üçün imkanı və marağı var. Türkiyə hazırda İran üçün böyük əhəmiyyət daşıyan bir ölkədir və beynəlxalq sanksiyalara görə İran üçün Ankara ilə münasibətləri qorumaq çox vacibdir. Digər tərəfdən, əvvəllər dediyim kimi, Suriyada son sözü hava sahəsinə sahib olan tərəf deyir və İranın Rusiya Hərbi Hava Qüvvələri, hətta Türkiyə ilə rəqabət edə biləcək hava qüvvələri yoxdur.

– Son sual olaraq, Rusiya ilə Türkiyə arasındakı gərginliyin necə davam edəcəyini düşünürsünüz?

– Təxmin etdiyim odur ki, Rusiya Türkiyəyə zərbə vurmağa çalışır və çətin ki, bu böhranın davam etməsində maraqlı olsun. Rusiyanın hesablamları budur ki, bundan sonra Türkiyə Bəşər Əsədə müxalif olan qüvvələrə, xüsusən HTŞ-yə dəstəyini azaldacaq və il yarım əvvəl əldə olunan razılığa sadiq qalacaq. Unutmayın ki, Türkiyənin HTŞ kimi bir qrupa yardımı bu qrup üçün çox vacibdir və Ankaranın dəstəyi olmadan onun mövcudluğu mümkün olmazdı. Nəticədə, Rusiya Türkiyəyə davranışının cavabsız olmadığını göstərib. Digər tərəfdən, Ərdoğan evdə ciddi tənqidlərə məruz qalıb. Türkiyə parlamentinin rolunu düzgün qiymətləndirə bilmədiyi üçün ölkə daxilində bir çoxları Türkiyə prezidenti üçün ciddi nəticələrə səbəb ola bilən tənqidlərə məruz qoyub.

Tərcümə: Strateq.az




Ana səhifəyə qayıt        Baxış: 2 234          Tarix: 12-03-2020, 12:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma