Xəbər lenti
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
Bürhanəddin Duran
“Sabah”, Türkiyə, 07 aprel 2020-ci il
Koronavirus pandemiyası ilə mübarizədə ən kədərli məsələ yoluxmaların sürətlə vüsət alması, ya da peyvəndin hələ də tapılmaması deyil. Hər bədəndə tez-tez formasını dəyişən bu infeksiyanın xəstəlikdən sağalmış şəxslərə bir daha yoluxması, xəstəliyin ən qorxunc əlaməti ola bilər.
Artıq koronavirusa qalib gəlsək belə, digər virusların gətirə biləcəyi risklərə qarşı hazır olmağımız gərəkdiyini artıq çox yaxşı bilirik.
Bu da pandemiyanın və onun təsirlərinin hələ uzun bir müddət özünü göstərəcəyindən xəbər verir.
Çin və Almaniyada qismən normal vəziyyətə dönülsə də, yeni yoluxma hadisələrinin yaşanma ehtimalı hələ də tam normal vəziyyətə qayıtmadıqlarının bariz göstəricisidir. Hadisə dalğavari şəkildə yoluxma-normallaşma-yoluxma formasında yenidən təkrarlana bilər.
Bu pandemiyanın uzun müddət davam edən bir infeksiya olduğu fikri artıq qəbul edilsə də, “pandemiya sonrasına hazırlıq” gündəmi daha da gücləndirir. Məşhur ABŞ diplomatı və siyasi xadim Henri Kissincer diqqətini bu mövzuya verənlərdən biridir.
Kissincerin üç təklifi
Kissincer bir tərəfdən pandemiya ilə bütün gücümüzlə mübarizə apararkən, bir tərəfdən də virusdan sonra “yeni dünyaya giriş” üçün hazırlıq ehtiyacına diqqət çəkir, “böhranı idarə edərkən, gələcəyi qurmaq”dan bəhs edir. Dünya rəhbərlərinin virusa yalnız milli səviyyədə cavab verilməsinin kifayət etməyəcəyini, iqtisadi birliyə dayanan bir siyasətlə hərəkət edilməzsə, milli və qlobal səviyyədə ən pis nəticələrlə üz-üzə gələcəyimizi söyləyir.
Kissincer “Marşal Planı” və “Manhetten layihəsi”ndən nəticə çıxararaq, ABŞ-a üç təklif irəli sürür:
1. Virusa qarşı qlobal dirənişi dəstəklə;
2. Dünya İqtisadiyyatının zərərlərini qarşıla;
3. Liberal dünya düzəninin prinsiplərini qoru.
Virusun yoluxma sayı bütün dünyada artarkən və Avropada bütün səhiyyə sistemləri iflasa uğramışkən, virussonrası hazırlıqdan danışmaq bəzilərimizə erkən gələ bilər. Ancaq uzun müddət davam edəcəyi gözlənilən bu pandemiyadan çıxış üçün hazır olmayanları da hansı aqibətin gözlədiyini, az-çox, indidən görə bilirik.
Əslində, insanlıq olaraq, virussonrasında nələr edə biləcəyimizə hal-hazırda etdiyimiz işlərin böyük təsiri var.
Bir-birinin tibbi avadanlıqlarını oğurlayan ölkələrin virus bitdikdən sonra güclü iqtisadi rəqabətə girəcəklərini anlamaq elə də çətin deyil. Hələ də Rusiya və Səudiyyə Ərəbistanı arasında davam edən neft müharibəsi bunun göstəricilərindən biridir. Koronavirus pandemiyasının qlobal dünya səviyyəsində bir dünya müharibəsi ölçüsündə nəticələr verəcəyi təxmin edilir.
Ancaq məlum olmayan odur ki, virusdan sonra baş verəcək güc münaqişələri yeni müharibələr yarada bilərmi?
Avropaya “Marşall Yardımı”nı kim edə bilər?
Tunelin çıxışındakı mənzərənin daha qorxunc olacağını indidən görənlər arasında Avropa Komissiyasının Prezidenti Ursula Von Der Leyen də yer alır.
Pandemiyadan iflic vəziyyətə düşmüş Avropa ölkələrinin böhrandan çıxa bilməsi üçün daha çox maliyyə yardımı ayrılmasını tələb edən Von Der Leyen “Avropa Birliyi üçün “Marşal Planı”na ehtiyac var” fikrini təsdiqləyib.
Leyenin bu fikri ortaya atması heç də təsadüfi deyil. Avropa Birliyinin (AB) dirənişi, demək olar ki, artıq qırılıb. Pandemiya bitdikdən sonra AB-nin bu vəziyyətdə ayağa qalxa bilməsi heç də real görsənmir. İtaliyadan sonra İspaniyanın da AB-yə olan inancı sarsılıb.
İspaniyanın Baş naziri “Avropa özü təhlükə altındadır, ya sarsılmaz dirəniş göstərəcəyik, ya da birliyimiz bütövlükdə çökəcək” deyirdi.
“Marşal Planı” kağız üzərində parlaq görünsə də, onu kimin maliyyələşdirəcəyi hələlik məlum deyil. Ancaq ağlımıza 3 namizəd gəlir – ABŞ, Çin və Almaniya.
Tramp noyabr ayında seçkiləri qazansa, düşünürük ki, Kissincerin təkliflərini nəzərdən keçirəcək.
Ancaq seçkini demokratlar qazansa, ABŞ-ın qlobal çərçivədə yeni bir güc mübarizəsinə girmə ehtimalı var.
Bəs, ən azı, 47 milyon işsiz vətəndaş gözlənilən bu pandemiyasonrası siyasət ərəfəsində yeni prezident istəsələr, ABŞ iqtisadiyyatının buna gücü çatacaqmı? Bu, hələlik bəlli deyil.
Sürətlə böyüməsi bir anda azalan və daxili problemləri getdikcə artan Çinin ciddi bir planla özünü gücləndirə bilməsi ağlabatan deyil. Avropanın gücü kimi tanınan Almaniyanın “Marşal Planı”nı qəbul etməsi isə bütün Avropa Birliyini çiyinlərində daşıması deməkdir. Siyasi rəhbərliyi olmayan maliyyə gücü isə alman siyasətini məngənəyə sala bilər. Angela Merkelin olmadığı zamanlarda bu yükü daşıya biləcək bir alman siyasətçisi çıxa bilərmi? Buna əmin deyiləm.
Böhranı idarə etmək bacarığı olan Türkiyə isə Koronavirus pandemiyasından sonrakı dünya düzənində özünü əməkdaşlıqdan daha çox, rəqabət və münaqişələrə hazırlamalıdır.
Tərcümə Strateq.az-ındır
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar