Xəbər lenti
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
26-11-2024, 23:32
26-11-2024, 23:14
26-11-2024, 22:58
26-11-2024, 21:42
26-11-2024, 19:19
26-11-2024, 18:37
26-11-2024, 18:17
26-11-2024, 17:30
26-11-2024, 16:59
Sevil Nuriyeva İsmayılov
“Star” qəzeti, Türkiyə, 20 iyun 2020-ci il
İkinci Dünya Müharibəsinin başlaması və bitməsi və SSRİ-nin də bu müharibənin bitməsində əsaslı rolu yeni dövr üçün Rusiyanın xarici siyasətini formalaşdıran əsas amillərdən biridir.
Səbəbi sadədir: Moskva Ukrayna- Rusiya arasındakı müharibənin şiddətlənməsini də, irqçi məsələlərin qabardılmasını da Avropa və ABŞ-ın birgə layihəsi olaraq görür.
İkincisi, Rusiya Avropa ölkələrinin öz xalqına müharibəni unutdurmaq istəyən Qərb mentalitetini aradan qaldırmaq üçün də bu üsulları tətbiq edir. Özünə görə haqlı səbəbləri var.
Rusiya Avropada yaşayan xalqlara, yeni nəsillərə bu müharibənin dəhşətlərini anlatmaqla, müxtəlif xalqlar üzərində yoxlanılan irqçi vəhşiliyi və bununla mübarizədə Rusiyanın, eyni zamanda SSRİ-nin həmin tarixdə Avropanın qorunub saxlanılmasında hansı fədakarlıqlar göstərdiyini gündəmdə saxlamaq istəyir.
İkinci Dünya Müharibəsinin bitməsi və faşizm üzərində qələbənin ildönümü münasibətilə izdihamlı yığıncaqların, hərbi paradların təşkilinin hər zaman Rusiya tərəfindən gerçəkləşdirilməsi Rusiya üçün bu dövrdə ən önəmli siyasi təşəbbüsdür.
İki gün öncə Rusiyada Federasiyanın Prezidenti Putin “İkinci Dünya Müharibəsinin 75-ci il dönümü” ilə əlaqəli məqalə yazıb.
Məqalənin və təbii ki, müharibənin bitməsinin həmişə gündəmdə aktual qalmasının 3 əsas hədəfi var:
1. Putin ABŞ və Avropadan gələn təzyiq və hədələri, eyni zamanda İkinci Dünya Müharibəsinin gedişatını dəyişdirən mirasın sahibi olaraq Rusiya problemini gündəmdə saxlamaqla, həm də Qərb ictimaiyyətinin dəstəyini almağa çalışır.
Polşa, İtaliya, Almaniya, Macarıstan, Çexiya kimi ölkərə tez-tez mesaj verən Putin, əslində, “Əgər Rusiya, SSRİ olmasaydı, bu gün Avropa olmayacaqdı” fikrinin daim aktuallığını qorumağa çalışır. Müharibənin başlama səbəbi Qərb mənbələrində fərqli fikirlərlə şərh edilir. Putin isə bu fikrə qarşıdır və o, bu müharibənin yeganə qalibinin SSRİ və ona dəstək verən xalqlar olduğunu iddia edir, eyni zamanda bunu siyasi tarixin bir parçası kimi görmək istəyir.
Görünən odur ki, Putin bu müharibədə Rusiyanın zəfərin əsas memarı olmasını əsas tutaraq, bunu indiki siyasi anlayışın fundamentinə çevirmək istəyir.
2. İkinci Dünya Müharibəsi mövzusunda sovet xalqlarının bu zəfər üçün çiyin-çiyinə mübarizə apardığı dövrləri keçmiş sovet ölkələrinə bir daha xatırlatmaq istəyir.
Bu hətta belə bir sual da yaradır: “Bu məsələnin gündəmə daşınması yenidən birlik yarada bilərmi?”
Qalibiyyətin bir hissəsi olaraq, keçmiş sovet ölkələrində arxiv sənədlərini yenidən araşdırmaq və bu ölkələrin rəhbərlərindən məsələyə diqqət tələb etmək, gələcəkdəki siyasi platformanın rəngini təyin edir.
Beləliklə, İkinci Dünya Müharibəsi Rusiya ətrafındakı əsas zəncirləri bir-birinə bağlayan ortaq tarixi səhifələrdən yola çıxaraq sintezi hədəfləyir.
3. Putin bu mövzu ilə Rusiya daxilindəki birliyi qorumağa çalışır. Rusiya üçün hər zaman vətənsevərlik və qəhrəmanlıq hekayələri önəmli təsir gücünə malik olub. Bu, xalqın böyük bir qismini öz ətrafında birləşdirir.
Düşmənə qarşı bir olmaq, xaricdən gələn təhdidə qarşı birləşərək mübarizə aparmaq təkcə Rusiyanın yox, Avropanın da önəmli əsaslarından biridir. Ortaq düşmənləri olmadığı halda, Avropa dövlətlərinin bir-birinə qarşı savaşdıqlarını bilirik. Rusiyada isə bu, sistem və rejim əleyhinə hərəkətlilik yarada bilər.
Rusiya tarixi, xüsusən də Çar Rusiyası dövrü bizim üçün əsas nümunə hesab edilə bilər. Ortaq hədəf olmadıqda, varlılarla yoxsulların üz-üzə gəlməsi artıq an məsələsinə çevrilir. Tarixdə “Noyabr inqilabı”nın məzmununa diqqət etsəniz, qeyd etdiyim fikirləri orada görə bilərsiniz. Rusiyanın keçmiş tarixi məsələləri indiki Rusiyanın yeni siyasi münasibətlərini formalaşdırır. İstədim ki, məlumatınız olsun.
Strateq.az
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar