Xəbər lenti
Dünən, 19:25


Aslan İsmayılov

Dünya-aləm qarışıb bir-birinə. Koronavirusla bağlı bütün dövlətlər sərhədlərini bağlayıblar. Nefti satmaq üçün üstündə pul da verirlər. Artıq dünya tək qlobal iqtisadi krizisdən yox, həm də gözlənilən aclıqdan danışır. Bu basabasda Rusiya Prezidenti V.Putin də ardıcıllıqla SSRİ-ni bərpa etmək planı üzrə davamlı olaraq işlərini görür. Bu yaxınlarda elan etdi ki, artıq keçmiş SSRİ respublikaları SSRİ-nin bərpasını normal qəbul edirlər, əvvəlki kimi qorxmurlar. Hər ehtimala qarşı bu gün Rusiya vətəndaşlığını qəbul etmə qaydalarını da tam asanlaşdırdı. Kim istəyir Rusiya vətəndaşı ola bilər, təki istək olsun. Bunun altında nəyin durduğunu azacıq ağlı olan insanlar yaxşı bilirlər.
Belə bir məqamda hər bir dövlətin Xarici İşlər Nazirliyi onun ən aktiv, aparıcı qurumu olur. Azərbaycanda isə bir neçə gündür ki, Xarici İşlər nazirini məhlə uşağı kimi hamı tinləyib. Vallah ayıbdır. Vəzifəsindən atmaq istəyirsinizsə, mən də sizinlə razıyam ki, bu addım 10 il bundan əvvəl atılmalı idi. Gec də olsa atın artıq, bitirin bu biabırçılığı. Daha bu qədər yavalaşmaq, müharibə şəraitində olan dövlətin xarici siyasətində baş verən biabırçılıqları ifşa etmək kimə və nəyə lazımdır?! \\Konkret



Ana səhifəyə qayıt        Baxış: 2 348          Tarix: 24-04-2020, 23:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma