Xəbər lenti
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
26-11-2024, 23:32
26-11-2024, 23:14
26-11-2024, 22:58
26-11-2024, 21:42
26-11-2024, 19:19
26-11-2024, 18:37
26-11-2024, 18:17
26-11-2024, 17:30
26-11-2024, 16:59
Toni Barber
“Financial Times”, Böyük Britaniya, 05 iyul 2020-ci il
1977-ci ildə Sovet İttifaqı böyük tərəfdar kütləsilə yeni bir konstitusiya qəbul etdi. “Brejnev konstitusiyası” kimi tanınan həmin konstitusiyanın preambula hissəsində deyilirdi ki, proletar diktaturası başa çatıb və təkpartiyalı dövlət “bütün xalqın dövləti” olub. Beləliklə, konstitusiya ölkə haqqında adi vətəndaşlarda formalaşmış sovet illüziyası ilə Leonid Brejnev və digər kommunist liderlərin bəyan etdiyi reallıq arasındakı uçurumu formallaşdırırdı.
Ola bilsin, Prezident Vladimir Putin indi bilmədən elə Brejnev kimi davrandı. Kreml tərəfindən təşkil edilən həftəlik teatr tamaşasının gedişində seçicilər Rusiyanın 1993-cü ildə qəbul edilmiş konstitusiyasına edilən uzun düzəlişlər siyahısını bəyəndilər. Onlar modernləşdirilmiş hüquqi dövlər illüziyası yaradırlar, halbuki o, 1977-ci il konstitusiyası sovet həyatından qopduğu kimi, Rusiya reallığından qopmuşdur.
Bu tədbir siyasi nöqteyi-nəzərdən mənasız deyildi. Bu, vətəndaşları iki onillik ərzində davam edən Putin rejiminin fərqləndirici əlamətləri olan siyasi azadlıqların məhdudlaşdırılması və qanunun aliliyinin deqradasiyasında iştirakçı etmək məqsədilə keçirilən bir mərasim idi.
Lakin heç də hər şey planlaşdırıldığı kimi getmədi. Görünür, “Putin düzəlişləri” Moskva və Sankt-Peterburq seçicilərinin əksəriyyətinin dəstəyini qazanmadı. Rusiyanın bu iki böyük şəhəri, Çar dövrünün sonunda və kommunizm dövründə siyasi narazılığın inkubatorları olduqları kimi, orta təbəqənin putinizmə qarşı olan müxalifətçiliyinin qalalarıdır.
Kampaniya dövründə öz həyatları boyu Putindən başqa bir lider tanımayan gənc rusiyalılar arasında da hiss olunacaq narahatçılıq müşahidə edildi. Daha gənc olan nəsil Rusiyanın dövlət KİV-lərindən axan dezinformasiyaya nisbətən az həssasdırlar. Çünki onlar vaxtlarını nisbətən daha az sərtlikdə nəzarət edilən internet televiziyalarda keçirirlər.
Putinizm üçün dəstək bazası getdikcə, əsasən, Moskva və Sankt-Peterburqdan daha az çəkici olan şəhər, qəsəbə və kənd yerlərində çətin şəraitdə yaşayan ruslar arasında cəmləşir. Kremlin apardığı kampaniyanın hədəfi bu rusiyalıların diqqətini bir sıra konstitusiya düzəlişlərində nəzərdə tutulan sosial təminat zəmanətlərinin genişləndirilməsinə cəlb etmək idi. Çünki Putinlə Rusiya əhalisi arasındakı ilkin ictimai saziş hələ koronavirusun ortaya çıxmasından öncə pozulmuşdu. Bunun bir səbəbi nəsillərin dəyişməsi, digər səbəbi isə putinizmin sabitliyi pozmadan neft, qaz və xammala əsaslanan iqtisadiyyatın yenidən qurulması üçün zəruri olan dərin islahatlar həyata keçirə bilməməsi idi. Pandemiya, Rusiyanı dərin resessiyaya çəkərək və enerji istehsalı və ixracından asılılığı iqtisadiyyatın bərpası üçün daha sürüşkən zəmin edərək, vəziyyəti daha da mürəkkəbləşdirir.
Nəticədə putinizm, 1964-cü ildən 1982-ci ilədək hakimiyyətdə olan Brejnevi təkrarlamaqla, siyasi iflic və mənasız siyasi mərasimlərə meyllik nümayiş etdirir. Paralellər bununla bitmir. Konstitusiya düzəlişləri ona, əgər istəyərsə, 2036-cı ilədək prezident olmaq imkanı verir. O vaxt onun yaşı artıq 80-i ötəcək, yəni Brejnevin öz postunda həyatını itirdiyi yaşda olacaq.
Əlbəttə, o, postunu o vaxta qədər də tərk edə bilər. Lakin ötən həftə olan maraqlı tamaşadan sonra Putinin məddahları üçün də Rusiyanın gələcəyini gördüklərini və konstitusiya düzəlişlərinin işləyəcəyini təsdiq etmək çətin idi.
Tərcümə Strateq.az-ındır
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar