Xəbər lenti
Bu gün, 21:44
Bu gün, 19:25
Bu gün, 18:39
Bu gün, 16:30
Bu gün, 14:00
Bu gün, 12:33
Bu gün, 12:17
Bu gün, 10:55
Bu gün, 09:42
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
''İsrailin alıcı olduğu bölgədəki enerji təchizatlarına Ermənistan və Azərbaycan sərhədində zorakılıq zərər verə bilər''.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov xəbərdar edib.E.Süleymanov Vaşinqtonda "The Jerusalem Post"- a bildirib ki, Bakı-Tiflis-Ceyhan boru kəməri "İsrailə öz neftinin 40% -ni verir". O, bir çox Azərbaycan rəsmiləri kimi beynəlxalq ictimaiyyətin bir qədər az diqqətində olan münaqişənin qlobal əhəmiyyətini vurğulamağa çalışıb.
Ermənistan və Azərbaycan uzun müddətdir ki, əksər əhalisi erməni olan Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə vəziyyətindədir.
Ermənistan 1991-ci ildən bəri BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini pozaraq və Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımayan və "Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən" ABŞ Dövlət Departamentinin siyasətinə qarşı olaraq Dağlıq Qarabağın işğalını davam etdirir.
Lakin iyulun 12-də başlayan son atışmalar Ermənistanın şimalında olan Tavuş bölgəsində və Azərbaycanda təxminən 300 km məsafəsində olan mübahisəli anklav ətrafinda baş verib. Zorakılıqlar nəticəsində Azərbaycan və Ermənistan hərbçiləri və bir azərbaycanlı mülki şəxsi həlak olub.
Ermənistan və Azərbaycan Avropa ilə Xəzər bölgəsi arasındakı mərkəzi tranzit və enerji marşrutuna çox yaxın olan beynəlxalq səviyyədə tanınan bir sərhəd boyunca baş verən atışmalarda bir-birini günahlandırdılar. "Ən önəmli hissə odur ki, neft və qazı Avropa və qlobal bazarlara müstəqil şəkildə çatdıran neft və qaz boru kəmərləridir", E. Süleymanov qeyd edib.
Bakı-Tiflis-Ceyhan , Bakı-Supsa neft kəmərləri və Bakı-Tiflis-Ərzrum qaz kəməri bu ərazidən çoxda uzaq yerləşmiyib. Bu bölgə, həmçinin Cənub Qaz Dəhlizinin son həlqəsinin tamamlanması ilə Avropanın Rusiya qaz təchizatından asılılığını azaldacaqdır. Rusiya və Ermənistan müttəfiqdirlər.
Musavat.com önəmli bir məqamı da oxucularının diqqətinə çatdırmağı vacib hesab edir. ABŞ Hərbi Dəniz Qüvvələrinin Ali məktəbində enerji üzrə mütəxəssisi və Demokratiyaların Müdafiə Fondunun baş məsləhətçisi olan Brenda Şaffer sərhəd zorakılığının təsadüfi olmadığını qeyd edib və Ermənistanı yeni qaz kəmərinin tamamlamasının pozmaq istəyində günahlandırıb.
Şaffer qeyd edib: "Bu təsadüfən baş vermir" və zorakılıq " Avropanı son onilliklər ərzində ilk dəfə yeni qazla təchiz edəcək Cənub Qaz Dəhlizinin tamamlanması ərəfəsində baş verib".
Şaffer qeyd edib ki "Dağlıq Qarabağ" bölgəsindəki münaqişədən fərqli olaraq, bu zorakılıq "Ermənistan və Azərbaycan arasındakı beynəlxalq sərhəddə Xəzər bölgəsi və Avropa arasında yeganə Rusiya və İrandan keçməyən ensiz lakin çox önəmli tranzit magistral yoluna çox yaxın bir yerdə baş verib.
Bundan əlavə, Şaffer "dünyanın ən vacib hava dəhlizlərindən biri olan " və "Avropa ilə Asiya arasında yüklərin böyük hissəsini nəql edən" dəhlizin də həmin ərazi üzərində yerləşdiyini qeyd edib. "COVID-19-a baxmayaraq, oktyabr ayında Cənub Qaz Dəhlizinin açılması nəzərdə tutulur, bu, Azərbaycanın Avropa ilə münasibətlərində böyük stratejik dəyişiklik yaradaçaq'', -deyə Şaffer bildirib. O deyib ki, Türkiyənin Rusiyadan və İrandan daha az qaz alalacaq və "Türkiyə qaz bazarının dinamikasını" dəyişib. Sözügedən qaz tədarüklərinə olan təsiri nəzərə alaraq, Azərbaycanın zorakılığa səbəb olması ağlabatmazdır çünki bunu etmək strateji dəhlizi kritik bir nöqtədə poza bilər.
Musavat.com bildirir ki, BMT-nin baş katibi Antonio Guterres bazar ertəsi günü Azərbaycan və Ermənistanı maksimal dərəcədə təmkinli olmağa çağırıb. "Baş katib Azərbaycan və Ermənistan arasındakı mövcud gərginliyi dərin narahatlıqla izləyir. Bu iki ölkə arasındakı geniş miqyaslı hərbi əməliyyatların başlanması müharibə fəlakətli ola biləcəyi üçün o, tərəfləri təmkinli olmağa çağırır", BMT baş katibin rəsmi nümayəndəsi Stefan Dujarrikin bildirib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar