Xəbər lenti
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
25-11-2024, 22:50
25-11-2024, 21:23
25-11-2024, 20:40
25-11-2024, 18:55
25-11-2024, 17:20
25-11-2024, 16:54
Ermənilərin əsas Telegram kanalları dünən yazırdılar: "Döyüşlər davam edir. Sabah səhər ya çox yaxşı, ya çox pis xəbərimiz olacaq".
Həmin xəbəri verirəm.
Azərbaycanın Milli Ordusu Şuşanın cənubundakı yüksəkliklərə tam nəzarəti ələ keçirib. Düşmənin həmin yüksəkliklərdəki mövqeləri məhv olunub. Şuşanın qərb, şərq və cənub istiqamətlərində düşmən mövqeləri minaatanlardan "xalçavari" atəşə tutulur.
Ermənilər bu problemi "həll" etmək üçün cəbhənin digər istiqamətlərindən minimum 500-600 nəfərlik canlı qüvvəni cəlb etməlidir. Belə etsələr, Qırmızı Bazar, Xocavənd, Ağdərə, Ağdam istiqamətlərində ölümcül zərbələr alacaqlar və geri çəkilməli olacaqlar.
Və ermənilər üçün lap pis xəbər.
"Laçın dəhlizi" faktiki qapandığından, Ermənistanla Xankəndindəki terrorçu xunta arasında yeganə əlaqə "Kəlbəcər dəhlizi" vasitəsilə idi.
Bu yol ordumuzun atəş nəzarətindədir. "Kəlbəcər dəhlizi"nin də düşmən üçün qapanması istiqamətində aktiv işlər aparılır
Müdafiə Nazirliyinin dünən yaydığı videolar gerçəkdən də, marağımı cəlb etdi.
Qarabağ savaşın başlayandan bəri məni daha çox maraqlandıran istiqamət Ağdərə idi. Hərbi əməliyyatların operativ teatrının bu məkanında vəziyyət uzun müddət qismən statik idi.
Ordumuz düşmən mövqelərini, hissələrini və qruplaşmalarını raket-artilleriyya atəşinə tutur, məsafəli savaşa üstünlük verir, yaxın təmaslara başlamırdı.
Əsas diqqət PUA-lar vasitəsilə düşmən texnikasının, istehkammlarının və canlı qüvvəsinin sıradan çıxarılimasına yönəlmişdi.
Lakin üç gündür ki, bu istiqamətdə ordumuzun sürətli fəallaşması müşahidə olunur.
Müdafiə Nazirliyimizin Ağdərə-Papravənd yolunda düşmənin avtomobil karvanını pusquya salaraq məhv etməsi barədə xəbər yayması da, bəhs etdiyim məqamlara birbaşa dəlalət edir.
Çünki Ağdərə-Paprəvənd yolu cəbhə xəttinə paralel olan və ermənilərə müxtəlif istiqamətlərdəki qüvvələrlə manevr imkanları verən Ağdərə-Ağdam rokad marşrutunun tərkib hissəsidir.
Cəbhə xətti həmin istiqamətdə sözügedən yoldan cəmi 1,75 kilometr şərqdən, Qapanlı kəndinin cənub-qərb səmtindən keçir.
Qapanlı nisbətən düzən məkanda olsa da, oranın topoqrafik xüsusiyyətləri arasında dərələr və təpələr var. Məhz bu səbəbdən xüsusi təyinatlılarımız ermənilərin maşın karvanını pusquya sala biliblər.
Papravənd və Ağdərə-Paprəvənd yolunun solundakı yüksəkliklərdə yerləşdirilmiş toplar və tanklar vasitəsilə ermənilər Tərtər şəhəri ilə cənubdakı kəndləri hər gün atəşə tuturlar.
Tonaşendəki qərargahın da vurulması videosundan dünən bəhs etmişdim.
Beləliklə, ordumuzun Ağdərə istiqamətindəki 1-ci Korpusu hərbi əməliyyatları son günlərdə aktivləşdirib.
Xocavənddə ermənilərin ordu qruplaşmasının məhv edilməsi və düşmənin 30-a yaxın artilleriya qurğusunu, zirehli texnikasını, özüyeriyən artilleriya qurğularını və nəqliyyat vasitələrini qoyub qaçması da əslində Ağdərə istiqamətindəki döyüşlərin aktivləşməsinin dolayı nəticələrindən biridir.
Buna görə tam əminliklə yazıram: Xocavənd rayonunda ordumuz "təmizləmə" işləri ilə məşğuldur və yaxın 24-30 saat ərzində rayon mərkəzi, yəni Xocavəd şəhəri işğalçılardan azad ediləcək.
Beləliklə, Xocavənd istiqamətdə aktiv əməliyyatlar fazasının başa çatması, Şuşa həndəvərlərindəki əməliyyatların rutin prosedur qismində davam etdirilməsi ordumuza Ağdərə istiqamətində daha da fəallaşmağa tam imkan verir.
Düşmənin diqqəti bütünlüklə Şuşanın müdafiəsinə cəlb olunduğundan Ağdərə ilə yanaşı, Ağdam istiqamətində də aktivləşmə zamanıdır və ordumuz indi məhz bu işlə məşğuldur.
Beləliklə, ordumuz düşmənə bütün qüvvələri Şuşaya toplamağa imkan verməməklə yanaşı, Ağdərənin işğaldan azad edilməsi istiqamətində aktiv fazaya keçib.
modern.az
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar