Xəbər lenti
Bu gün, 10:37
Bu gün, 10:00
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
Ağ Ev elə bir dünya düzəni qurmağa çalışır ki, ABŞ-ın "vur" dediyi dövlət vursun, "dur" dediyi dövlət də dursun; Bu sistemə uymayan dövlətlər isə "vurulacaq hədəfə" çevrilə bilər...
ABŞ prezidenti Co Bayden özündən əvvəlki Ağ Ev sahiblərindən fərqlənir. Onun siyasət metodları hər hansı beynəlxalq hüquqi norması ilə təmzimlənə biləcək məzmundan uzaqdır. Və bu, yeni Amerika "siyasi dünyagörüşü" sayılır.Əslində, Ağ Evin yeni sahibinin ABŞ-ı olduqca təhlükəli istiqamətə sürüklədiyi açıq-aşkar nəzərə çarpır. Bu ilin əvvəlindən başlayaraq, ABŞ heç bir beynəlxalq problemin həllində müzakirə niyyəti sezdirməyib. Sadəcə, təlimat verməyə, ABŞ mövqeyini qəbul etdirməyə cəhd göstərib.
Əlbəttə, Ağ Evdə hələ də ABŞ-ı dünyanın tək və şəriksiz patronu hesab edirlər. Ancaq əsl reallığın bir xeyli fərqli olduğu da artıq etiraf edilməyə başlayıb. Sadəcə, bu etiraflar hələlik Ağ Evin divarları içərisində eşidilmir.
Ona görə də, Ağ Evdə hazırda dünyanı ABŞ-ın dostları və düşmənləri kateqoriyaları üzrə iki yerə bölməyə üstünlük verirlər. Halbuki bu bölgünün olduqca təhlükəli məzmun daşıdığını anlamaq o qədər də çətin deyil. Və dünyaya sadəcə, ABŞ-ın dostları və düşmənləri pəncərəsindən baxılması yaxın gələcəkdə yeni bəşəri problemlər də yarada bilər.
Məsələ ondadır ki, Ağ Ev ABŞ-ın düşmənlərini müəyyən edir və onların üzünə hücuma keçir. Eyni zamanda, ABŞ-ın dostları sırasında gördüyü dövlətlərdən isə "düşmən"in üzərinə hücumda iştirak tələb edir.
ABŞ-Rusiya qarşıdurmasında bu metod açıq şəkildə nəzərə çarpır. Belə ki, Ağ Ev bütün hərbi-siyasi və psixoloji hücum arsenalını hərəkətə gətirib. Ukrayna Rusiya ilə hərbi qarşıdurmaya təhrik olunub. NATO bu hücum əməliyyatında birbaşa iştirakçı tərəfə çevrilib. Üstəlik, bu quruma üzv dövlətlərdən fərdi aktivlik tələb olunmaqdadır.
Təbii ki, bütün bunlar Ağ Evin dünyada itirilmiş mövqeləri geri qaytarmaq cəhdidir. ABŞ-ın beynəlxalq mövqelərinin ciddi şəkildə sarsılmasındasa, hazırda Rusiya əsas günahkar hesab olunur. Və indi hər şey Rusiyanın cəzalandırılmasına yönəldilib.
Ancaq Ağ Evin belə radikal, aqressiv və dünya üçün olduqca təhlükəli metoddan istifadə etməsi ciddi narahatlıq doğurur. Hər halda, prezident Co Baydenin Kreml sahibi Vladimir Putini "qatil" adlandırmasından sonra ABŞ-Rusiya münasibətlərinin dərin böhrana girdiyi qətiyyən şübhə doğurmur. Yəqin ki, bu iki superdövlətin yaxın gələcəkdə daha normal əməkdaşlıq əlaqələri qura biləcəyindən danışmaq artıq o qədər də inandırıcı görünməz. Əksinə, hazırda uzunmüddətli düşmənçilik mərhələsi daha aktualdır.
Digər tərəfdən, bu, həm də bütün dünya üçün müəyyən mənada, dönüş mərhələsi kimi görünür. Çünki Ağ Ev Kreml ilə savaş kampaniyası apardığı bir dövrdə dünyada baş verənləri sadəcə kənardan müşahidə etmək mümkün olmayacaq. Bütün dövlətlər, xüsusilə də, nüfuzlu ölkələr bu proses iştirak etmək məcburiyyətində qala bilərlər.
Belə təsəvvür yaranır ki, ABŞ dünyanı iki yerə ayırıb, bir-birinə qarşı savaşdırmaq taktikası tutub. Həm də elə situasiya yaratmağa çalışır ki, bu prosesdə hər hansı dövlət neytrallığını qoruya bilməsin, mütləq tərəfə çevirilmək məcburiyyətində qalsın. Və bu, Ağ Evin dünyada öz itirilmiş mövqelərini geri almaq strategiyası sayılır.
Yəni ABŞ qlobal bir qarşıdurma mühiti yaradıb və hamını bu prosesdə iştiraka məcbur edir. İştirak etmək istəməyən ölkələr də dərhal düşmən tərəfə aid edilir. Hətta neytral qalmaq istəyən ölkənin "düşmən" tərəf ilə kəskin ziddiyyətləri olsa da, nəticə dəyişmir.
Bu baxımdan, ABŞ-ın dünya dövlətlərini beynəlxalq səviyyədə şantaj etdiyini də düşünmək olar. Yəni, Ağ Ev bütün dövlətləri prinsipial seçim qarşısında qoymağa çalışır. Seçim üçün isə cəmisi iki variant təklif olunur. Ya ölkələr ABŞ-ın yanında mövqe tutub, Ağ Evdən gələn təlimatları yerinə yetirməlidirlər. Ya da "düşmən" tərəfdə yer alıb, hücuma məruz qalacaq hədəfə çevrilmək taleyi ilə barışmalıdırlar.
Ancaq burada bir maraqlı məqam da var. Seçimin necə olmasından asılı olmayaraq, dünya dövlətləri istənilən halda qarşıdurma prosesində mütləq iştirak etməyə məhkum buraxılır. Seçim isə sadəcə, qarşıdurma prosesində tutulacaq tərəfi dəqiqləşdirir.
Göründüyü kimi, Bayden administrasiyası bütün dünyaya qarşı çox təhlükəli bir beynəlxalq siyasət metodundan istifadə etməyə cəhd göstərir. Bütün dünyanı ABŞ-ın dostları və düşmənlərinə bölmək planetdə uzunmüddətli qarşıdurma ssenarisinin işə salınması kimi də dəyərləndirilə bilər.
Çünki bu beynəlxalq siyasət metodu dünyada normal münasibətləri olan ölkələrin qalmasına imkan verməmək məqsədilə düşünülüb. ABŞ-ın planlarından kənarda hər hansı iki dövlətin müstəqil tərəfdaşlıq hüquqlarının da əngəllənməsi nəzərə tutulub.
Belə anlaşılır ki, Bayden administrasiyası dünya dövlətlərini Ağ Evdən idarə etmək niyyətinə düşüb, yeni düzən qurmağa cəhd göstərir. Yəni, hədəf çox sadədir, ABŞ-ın vur dediyi dövlət vuracaq, dur dediyi dövlət də duracaq. Bu sistemə uymayan dövlətlər isə vurulan hədəfə çevrilmiş olacaq.
Təbii ki, ABŞ-ın belə bir dünya sistemi qurmağa cəhd göstərməsi olduqca təhlükəli nəticələr doğura bilər. Bütün dünyanın Ağ Evdən idarə olunduğu dövrün başlamaması üçün nüfuzlu dövlətlərin məhz indidən müqavimət göstərməyə calışması vacibdir. Halbuki hələlik bu istiqamət israrlı müqavimət cəhdləri nəzərə çarpmır.
Yəni dünya Bayden administrasiyasının işə saldığı "düşmənçilik ssenarisi"nə uyğunlaşmağa başlayıb. Belə davam edərsə, yaxın gələcəkdə dünyanın Ağ Evdən idarə edilməsinə yönəlik cəhdlər daha qətiyyətli xarakter ala bilər. Bu haldasa, dünyanın iki fərqli düşmən düşərgəyə bölünməsi reallaşmış olacaq. Dünya əbədi düşmənçilik və qarşıdurma mühitinə məhkum qalacaq.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar