Xəbər lenti
Bu gün, 10:00
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
“Keçi can hayında, qəssab piy axtarır”.
Bu məşhur atalar sözü sanki Ukrayna-Avropa İttifaqı əlaqələrinin hazırkı vəziyyəti üçün deyilib.
Təsəvvür edin, Ukrayna 100 mindən çox rus əsgərinin mühasirəsinə düşmüş kimidir. Krım yarımadasının, Donbassın işğalı azmış kimi, bir də ölkənin şərq hissəsi Rusiya, qərb hissəsi isə Belarus ordularının təhdidi altındadır. Kiyev bütün ümidlərini ABŞ və Qərbi Avropa ölkələrinə bağlayıb. ABŞ az-çox əməldə olmasa belə, dildə onu müdafiə edir, necə deyərlər, “yağmasa da, guruldayır”.
Avropaya gəldikdə, Almaniya Ukraynanın taleyüklü probleminə çevrilmiş “Şimal axını-2” layihəsinin inşasında Rusiya ilə ortaqlıqla kifayətlənmir, həm də onun lobbisi kimi çıxır edir. ABŞ-la və Avropa müttəfiqləri ilə Rusiyaya qarşı sanksiyaların tətbiq olunmaması üstündə dir-dir dirəşir. Qərbi Avropanın digər böyük gücü Fransa isə Ukraynaya hərbi yardım etmək əvəzinə ondan dəstək gözləyir.
Məlumata görə, Paris Kiyev rəhbərliyinə Afrikanın Sahil-Səhra bölgəsindəki Fransa komandanlığı altında aparılan antiterror əməliyyatında iştirak etməsi ilə bağlı növbəti dəfə müraciət ünvanlayıb. Müraciətdə Ukraynadan Fransa və Afrika hərbçilərinin bölgədəki İŞİD və Əl-Qaidə hüceyrələrinə qarşı formalaşdırdığı cihad əleyhinə işçi qrupuna -Takuba hərbi birliyinə qoşulmaq xahiş edilib. Söhbət 60-70 nəfərlik əsgəri heyətin Afrikaya göndərməsindən, ya da bu qrupa hərbi nəqliyyat təyyarəsinin verilməsindən gedir.
Maraqlıdır ki, bu fransızların ilk belə təklifi deyil. Paris ilk dəfə bu niyyətini bir il əvvəl dilə gətirməyə başlamışdı. O vaxtdan bəri, məsələ daim Ukrayna və Fransa rəsmilərinin gündəmindən düşmür. İlk dəfə ötən ilin noyabrında Kiyevə ünvanlanan bu xahişə Ukrayna çar-naçar razılıq vermişdi. Fransa Müdafiə Naziri Florens Parli Fransa parlamentindəki çıxışı edərək bildirmişdi ki, artıq Ukrayna Afrikadakı Takuba yaraqlı qrupuna qoşulmaq barədə düşünür.
Bildirildiyinə görə, bu qrupun vəzifəsi yerli silahlı qüvvələri yetişdirmək, onlara təhdidlərə qarşı dərhal reaksiya vermək qabiliyyətləri qazandırmaqdır. Amma bölgədə yerləşən hər bir əsgər istər-istəməz Boko-Haram terrorçularının hədəfi olmağı gözə almalıdır, Fransa əslində bu riskləri düşündüyü və başqaları ilə bölüşmək istədiyi üçün “müttəfiq” yardımına ehtiyac duyur.
Qeyd edək ki, Takuba Xüsusi Əməliyyat Missiyasına Fransa rəhbərlik edir və 27 Mart 2020-ci ildə bu ölkə ilə yanaşı Belçika, Danimarka, Estoniya, Hollandiya və Portuqaliyanın müdafiə nazirlərinin keçirdikləri toplantıda təsis olunub. 2021-ci ilin əvvəlində qrupa 100 nəfərdən ibarət İsveç xüsusitəyinatlılarının da qoşulacağı barədə müzakirə aparılırdı. Fransa isə deyəsən, girdiyi Afrika cəhənnəminə Ukraynanı da dartmağa çalışır.
Afrikanın tam ortasında Burkina Faso, Mavritaniya, Mali, Niger və Çad kimi ölkələrin ərzisindən zolaq kimi keçən Sahil-Səhra bölgəsinə Fransanın apardığı sülh təşəbbüslərinin nəticə verəcəyi isə inandırıcı deyil. Çünki Afrika ölkələrində baş qaldıran üsyanların əsl səbəbi elə Fransa müstəmləkəçiliyidir. Bu ölkələr Fransa, ABŞ və digər Qərb ölkələrinin elə ağır istismarına məruz qalıblar ki, bütün Avropa mədəniyyətinə nifrət edirlər. Hətta Afrika insanlarının bu nirfətindən istifadə edən əl-Qaidə regionda qurduğu terror təşkilatının adını da ictimai rəydəki nifrətə uyğunlaşdıraraq “Boko Haram” qoyub. “Boko-Haram” yerli xalqların dilində “Latin əlifbası haramdır” mənasına gəlir. Göründüyü kimi Afrikada Qərb ölkələrinə nifrət təkcə müstəmləkə ordularına qarşı yox, bütünlüklə bu mədəniyyətə qarşı yönəlib. Bu da səbəbsiz deyil. Başqa Fransa olmaqla bütün Qərb müstəmləkəçiləri Afrikada həm də mədəni soyqırım siyasəti yerinə yetirib, yerli xalqların bütün tarixi-mədəni irsini məhv edərək xristian missionerlik fəaliyyəti yürüdüblər. Bu da istər-istəməz yerli xalqlarda əks-təsir effekti yaradıb. Və bunun nəticəsidir ki, Afrika xalqları arasında əl-Qaidə, İŞİD kimi terrorçu qruplara belə ümid yeri kimi baxılır. Xalq arasındakı bu hörmətinə görə dünyanın müxtəlif coğrafiyalarına yayılmış Əl-Qaidə və İŞİD qüvvələri arasında ən güclü qrupun da məhz “Boko-Haram” olduğu bildirilir.
Üstəlik, Fransanın hələ də əlində saxlamağa çalışdığı keçmiş müstəmləkə ərazilərində Çin öz təsir dairəsini gücləndirir. Artıq bu ölkələrin bir çox iqtisadi layihələrinə qoyulan investisiya baxımından Çin nəinki Fransanı, hətta bütün Qərb ölkələrini üstələyir. Sözsüz ki, Fransanın bölgədə yenidən aktivləşməsi Pekin tərəfindən rahatlıqla həzm edilə bilməz, bu da antiQərb müqavimətinin gücləndirilməsinin yolunu açar.
Bir sözlə, Fransa başqalarının, o cümlədən Ukrayna əsgərlərinin canı hesabına Afrikadakı müstəmləkəçilik ənənələrini qorumağa çalışır. Kiyev isə Rusiyanın caynağı altında xilaskarını gözləyir.
Aydəm İsmayılov,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar