Xəbər lenti
Bu gün, 19:23
Bu gün, 18:30
Bu gün, 17:45
Bu gün, 16:14
Bu gün, 14:30
Bu gün, 11:47
Dünən, 23:00
Dünən, 16:41
Dünən, 14:19
Dünən, 12:48
Dünən, 10:47
Məlum olduğu kimi, ABŞ Azərbaycana qarşı yardımları dayandırmağı nəzərdə tutan “907-ci düzəliş” adlı sənədi bir illiyinə dondurdu. Sözsüz ki, Vaşinqton bu kimi addımları addımları atarkən ilk növbədə öz dövlət maraqlarını nəzərə alır. Elədirsə, onda Azərbaycan yardım qapısının açılması Vaşinqtonun nəyinə lazımdır?
Ovqat.com xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyevin “Caspian Policy Center”də dərc olunan “907-ci düzəlişi ləğv etməyin vaxtı çatıb” sərlövhəli məqaləsində bu suala cavab axtarılır.
Cavid Vəliyev
BMTM-nin şöbə müdiri
Düzdür, müəllif məqaləsində protokolun dondurulması səbəbindən yox, tamamilə ləğvinin zərurətindən danışır. Amma yəqin razılaşarsınız ki, sənədin dondurulma səbəbi də əslində zərurət meyarlarından doğur. Müəllifin fikrincə, 907-ci düzəliş 4 səbəbdən öz əhəmiyyətini itirib və ABŞ-ın maraqlarına cavab vermir. Hansı səbəblərdənmi? Gəlin, ən yaxşısı, müəllifin mövqeyi ilə həmin məqalənin icmaldan tanış olaq.
Məqalədə bildirilir ki, 907-ci düzəlişin bir illiyinə dondurulması xəbərini ABŞ dövlət Katibi Entoni Blinken Prezident İlham Əliyevə telefon söhbəti zamanı çatdırıb.
Müəllif 907-ci düzəlişin 1992-ci ildə ABŞ Konqresi tərəfindən Azərbaycana qarşı qəbul olunduğunu və 2002-ci ildə bəzi düzəlişlər edilərək ABŞ prezidentinə bir il müddətinə dondurmaq səlahiyyətlərinin verildiyini xatırladıb. Bildirib ki, dövlət katibi Entoni Blinken Konqresə göndərdiyi məktubunda 907-ci düzəlişin daha bir dondurulmasını ABŞ-ın beynəlxalq terrorizmə qarşı mübarizəsi nöqteyi-nəzərindən lazımlı olduğunu qeyd edib.
“907-ci düzəlişin bir il daha dondurulması eyni zamanda Bayden administrasiyasının post-konflikt dövründə Azərbaycan-Ermənistan arasında davam edən sülh prosesində rol almaq istədiyini göstərir. Lakin 907-ci düzəliş tamamilə ləğv edilməlidir. Bu düzəlişin ABŞ Konqresi tərəfindən erməni lobbi və diaspor təşkilatlarının təzyiqi ilə qəbul edildiyi məlumdur. Uzun illər ABŞ administrasiyaları və diplomatları 907-ci düzəlişin ləğvi üçün açıqlamalar verib. Bu mənada 907-ci düzəliş nə ədalətli bir qərardır, nə də ABŞ-ın regiondakı maraqları ilə üst üstə düşür”,- deyə müəllif yazır.
Məqalədə o da qeyd olunur ki, 907-ci düzəlişin qəbul şərtlərinə baxdıqda onun davam etdirilməsi üçün həmin şərtlərin ortadan qalxdığını demək mümkündür:
“Birincisi, post-konflikt dövründə Azərbaycan-Ermənistan arasında yekun sülh müqaviləsi haqqında müzakirələr davam edir. Yəni, regionda müharibə riski azalıb.
İkincisi, Ermənistanın regional layihələrdə iştirakı üçün konkret təkliflər verilib. Yəni, 907-ci düzəlişdə deyildiyi kimi, Ermənistanın blokadadan çıxması üçün təkliflər var.
Üçüncüsü, Azərbaycan Qarabağ ermənilərinin Azərbaycanın geri qalan hissəsi ilə inteqrasiyası üçün layihələr həyata keçirir.
Sonuncusu, 907-ci düzəlişin ləğvi ABŞ-ın regionda nüfuzunun artmağına kömək edəcək. Bu, Obama dövründən etibarən regionda mövqeyi zəifləyən ABŞ-ın rolunun artmağına kömək edə bilər. Bunun üçün isə Bayden administrasiyası Azərbaycan-Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması üçün tərəflər arasında sərhədlərin dəqiqləşməsi prosesinə və Azərbaycanın Türkiyə ilə birlikdə həyata keçirdiyi regional layihələrə dəstək verməlidir. Bu şəkildə eyni zamanda Bayden administrasiyası regionda müsbət atmosferin yaranmasına köməklik göstərə bilər”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar