Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
MizanNews, İran 02.07.2021 Azərbaycanın Dağlıq Qarabağ bölgəsini Ermənistandan geri almaq üçün 2020-ci ilin payızında başlatdığı hərbi əməliyyatlaradək və ondan sonra ABŞ, NATO və Avropa İttifaqı bu münaqişəyə son qoyulması üçün heç nə etməmişdi. Brüssellə Vaşinqton bütün bu illər ərzində, o cümlədən müharibənin gedişində mülki insanlar arasında itkilərdən təəssüfünü, böhranın sülh yolu ilə həllinin zəruriliyini ifadə etməkdən başqa heç nə etməyiblər. Nəticədə müharibəyə son qoymaq missiyası Rusiyaya həvalə olunub. Azərbaycanın Dağlıq Qarabağın böyük bir hissəsini nəzarətə götürməsindən sonra tərəflər məhz Moskvanın vasitəçiliyi və iştirakı ilə üçtərəfli atəşkəs razılaşması imzalayıb, bunun ardınca isə Rusiya bölgəyə sülhməramlı missiya göndərib. Əslində, Dağlıq Qarabağ münaqişəsi tamamilə regional məsələdir. Bu baxımdan, ABŞ, NATO və Aİ məsələyə müdaxilənin onlar üçün böyük təhlükəyə çevrilə biləcəyinin fərqində olublar. Onlar anlayırdılar ki, bu məsələyə müdaxilə halında qarşılarında Rusiya, Türkiyə və İran kimi üç regional gücü görə bilərlər. Qərb və NATO Gürcüstanın separatçılarla münaqişəsində tutduğu mövqedən sonra Rusiyanın onları Cənubi Qafqazdan kənarlaşdırmaq əzminə şahid olub. İran İslam Respublikası isə öz növbəsində, ABŞ və NATO qüvvələnin onun şimal sərhədinə gəlişi ehtimalına hər zaman etiraz edib. Tehranda anlayırdılar ki, qarşı tərəf bu məsələdən də ona təzyiq vasitəsi kimi istifadə edə bilər. Türkiyəyə gəlincə, o, rəsmən NATO üzvü olsa da, prezident Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti dövründə Ankarada güclü anti-Qərb əhvalı hökm sürməkdədir. Beləliklə, aydındır ki, regional güclərlə düşmənçilik edənlərin bölgəyə hər hansı müdaxiləsi nəticə verə bilməz. Bunu ABŞ, NATO və Aİ də yaxşı anlayır. (Fars dilindən tərcümə - WorldMedia.Az) |
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar