Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
EADaily
Müəllif: Sergey Mirkinvse
Ukraynanın daxili işlər naziri Arsen Avakov istefa verdi və Ukrayna parlamenti bunu qəbul etdi. O, Maydan inqilabından bəri siyasi qüvvələr arasında "toxunulmaz" biri kimi tanınılırdı. Nazirlər Kabinetləri, Baş nazirlər, Prezidentlər, parlamentin tərkibi belə dəyişildi, Avakov isə nazir olaraq qaldı.
O, Ukraynada ən güclü insanlardan biri idi, keçmiş prezident Pyotr Poroşenkonun hakimiyyəti dövründə siyasi proseslərə təsir gücü ilə seçilən 2 şəxsdən biri sayılırdı. O, Vladimir Zelenskinin hakimiyyətə gəlməsinə kömək etdi və onun sayəsində öz hakimiyyətini gücləndirəcəyini düşündü. 2019-cu ildə Zelenski Milli qvardiyanı DİN-nin strukturundan çıxarmaq istəyirdi, lakin Avakovun təzyiqi ilə bu ideyadan imtina etdi. Nüfuzlu məmurun istefası haqqında şayiələr onun nazirliyinin bütün illərini əhatə edir. Artıq heç kim bu iddiaları ciddiyə almırdı. Amma indi onun özü istefa verdi. Bəs səbəb nə idi, bu hadisənin Ukraynanın siyasi düzənində hansı nəticələri olacaq?
Bir neçə versiya var. Birincisi, Avakovu amerikalıları istefa verməyə məcbur etdilər. Bu versiyanı bir fakt təsdiqləyir: istefa ərizəsi yazmazdan əvvəl o, Amerika səfiri vəzifəsini icra edən Corc Kent ilə görüşmüşdü. Kent Ukrayna üçün əlamətdar fiqurdur, məhz o, hakimiyyətin antikorrupsiya qolunun yaradılmasının "memarı"dır. O, Poroşenkonun prezidentliyi dövründə ABŞ səfirliyində işləyərkən hüquq-mühafizə orqanlarının fəaliyyətinə nəzarət edirdi.
Bəs amerikalılar Avakovu hansı məqsədlə istefaya göndərdilər? Burada fikirlər dəyişir. Bəzilərinin fikrincə, Ağ Evdə belə hesab edirlər ki, onun Ukrayna siyasətinə təsiri ABŞ-ın bu ölkəyə tam dominantlıq etməsinə maneə idi. İndi isə DİN naziri postunu ABŞ və Zelenskini daha çox qane edəcək şəxs tutacaq. Amerikalılar indi Ukraynada öz hakimiyyətini möhkəmləndirmək sahəsində fəallaşıblar. Bildirildiyinə görə, Ukrayna parlamenti Hakimlərin Yüksək İxtisas Komissiyası üzvlərini təyin edən komissiyanın Qərb “tərəfdaşları”nın üç nümayəndəsini əhatə edəcək bir qanun qəbul etdi və onların səsverməsi yeni təyinatlarda həlledici rol oynayacaq. Bu addım ABŞ və AB-nin Ukrayna hakimlərinə nəzarətini təmin edəcəkdir.
Bütün bunların fonunda amerikalıların niyə DİN-i də nəzarətə götürmək istədiklərini anlamaq olar. Amma Ukraynada onlar "parçala və hökm sür" prinsipini rəhbər tuturlar. Poroşenkonun qüdrətini okeanın o tayından keçmiş Baş nazir Arseniy Yasenyukun, sonra isə Avakovun köməyi ilə tarazlaşdırırdılar. Məhz amerikalılar 2016-cı ildə Poroşenkonun, demək olar ki, bütün dövlət aparatını "əzdiyi" vaxtda DİN rəhbərini vəzifəsindən kənarlaşdırmağa icazə vermədilər.
Bəs niyə indi Zelenskinin mövqeyini gücləndirirlər? Prezidentlə Qərb arasında münasibətlərin pisləşdiyi bir vaxtda bunu niyə edirlər? Ola bilsin ki, bu istefa amerikalılarla hansısa sövdələşmənin bir hissəsidir. Əgər belədirsə, onda biz tezliklə bu güzəşt naminə Zelenskinin hansı bədəl ödəyəcəyini öyrənəcəyik.
Amma başqa bir fikir də var ki, “kuklaoynadan”lar Avakovu zərbədən kənarda saxlayırlar, çünki onlar hazırkı prezidenti və onun adamlarını hakimiyyətdən uzaqlaşdıracaqlar. Bu hadisələrdə nazir rejimin "partlayan köpüyü" olmamalıdır, əksinə, Zelenskiyə müxalifətdə qalmalıdır, çünki Ağ ev onun üçün böyük gələcək hazırlayır. Belə bir ehtimal məntiqdən uzaq deyil. Zelenski komandası hazırda Çinlə fəal şəkildə əməkdaşlıq edir. İyun ayında Ukrayna və Çin arasında infrastruktur layihələrinin inkişafı ilə bağlı razılaşma imzalanıb. Zelenskinin "Xalqın qulluqçusu" fraksiyasının rəhbəri David Araxamiya, Çin Kommunist Partiyasının planlaşdırma üfüqünə heyran olduğunu və Çin təcrübəsinin unikallığını bildirmişdi. Ukrayna prezidenti iyulun 14-də Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə telefon danışığı aparmışdır. Çinə ilə belə yaxınlaşma amerikalıların xoşuna gələ bilməz. Ukrayna mətbuatının yazdığına görə, Dövlət Departamenti vəziyyəti araşdırmaq üçün Ukrayna üzrə mütəxəssis Kenti tələsik Kiyevə göndərib. Bu hadisələrin işığında amerikalıların yeni Maydan hazırladığı və Avakovun bu ssenaridə liderlik rolunu öz üzərinə götürməsi istisna edilmir.
İkinci versiyaya görə, Zelenski naziri istefaya getməyə məcbur edib. Arsen Avakov Daxili İşlər Nazirliyinə rəhbərlik etdiyi müddətcə, Zelenski komandası özünü təhlükəsiz hiss etmirdi, çünki onun sadiqliyinə əmin deyildilər. Millətçilərin prezident kabinetinin yerləşdiyi binada şüşələri sındırması və divarları boyaması və polisin buna hərəkətsiz qalması bu versiyanı gücləndirir. Teleqram kanallarına inanırsınızsa, Zelenski ofisinin rəhbəri Andrey Ermak çoxdan bu istefanın tərəfdarıdır. Ancaq hakimiyyətdə olan digər insanlar qətiyyətli addım atmaqdan qorxurdular.
Yəqin ki, Avakov və Kent arasında görüş Zelenski üçün son damla olub, xüsusilə nəzərə alsaq ki, hazırda Ukrayna hakimiyyəti Qərbə təzyiq taktikasını seçib. Belə ki, Ukrayna siyasətçiləri NATO-ya üzv olmaq məsələsinə hər zaman üstünlük verirlər. Almaniya KİV-in yazdığına görə, Zelenski Almaniya kansleri Angela Merkel ilə görüşündə Berlindən “Şimal axını-2” layihəsinin çəkilməsi üçün 2 milyard avro kompensasiya tələb edib. Bir başqa addım: Zelensky uydurma bir səbəbdən Qərbə Ukraynanın məhkəmə sisteminə nəzarət etmək imkanı verən qanuna veto qoydu, bu barədə yuxarıda bəhs etmişdik. Baxmayaraq ki, bu normativ aktın qəbul edilib edilməyəcəyi hələ də müəmmalıdır.
Bu davranış, üstəlik Pekinlə flört etmək Qərbi sevindirə bilməz. Zelenskiy "qaydalardan kənar" oynadığını başa düşür və bu səbəbdən amerikalılarla yaxşı münasibətləri olan güclü Avakovdan qurtulmağa qərar verdi. Bir başqa sual: nüfuzlu naziri istefa ərizəsi yazmağa necə məcbur etmək mümkün olub? Burada bir çox versiya ola bilər. Məsələn, şantaj... Avakovun biznesinə və yaxınlarına toxunulmayacağını qəbul ediblər. Və ya bəlkə bir "fırtına" gözlənilərkən özü ayrılmağa üstünlük verib.
Üçüncü versiyaya görə, nazir qabaqdangəlmişlik edib. Yəni Avakov bilirdi ki, prezident ofisi onun istefasını hazırlayır, naziri qalmaqalla kürsüdən uzaqlaşdırmaq üçün münasib məqam gözləyir. Avakov bunu gözləməməyi qərara alıb və məsələni amerikalılarla razılaşdıraraq özü vəzifədən gedib. Amma indi o, Ukrayna şəhərlərinin küçələrində xaos yaratmaq üçün bütün resurslarından istifadə edə bilər. Polisdə əsas vəzifələr onun insanları tərəfindən işğal edilib və onları dəyişdirmək üçün zaman lazım olacaq. Neo-nasist “Azov” alayı və onun mülki qanadı olan Milli Korpus Avakova yaxındır. Bunlar Ukraynadakı ən güclü neo-nasist quruluşlardır və ölkəni hərəkətə gətirə bilərlər, xüsusən də polis hərəkətsizdirsə və amerikalılar himayə edirsə.
Bununla Avakov nəyə nail ola bilər? Birincisi, o göstərəcək ki, əvəzolunmazdır və yalnız onun rəhbərliyi zamanı Ukrayna küçələrində qayda-qanun var idi. İkincisi, əgər onu yenə də Daxili İşlər naziri vəzifəsinə çağırsalar, hakimiyyət qarşısında öz şərtlərini irəli sürə və bundan başqa, bütün güc blokunu, hətta baş nazir kürsüsünü idarə edən Baş nazirin müavininin yerini də tələb edə bilər. Və ya bəlkə Avakovun istefası Zelenskinin yıxılmasına gətirib çıxaracaq proseslərə təkan verəcək.
Hansı versiyanın reallığa daha yaxın olduğunu zaman göstərəcək.
Tərcümə etdi: Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar