Xəbər lenti
Bu gün, 12:53
Bu gün, 11:49
Bu gün, 10:30
Bu gün, 00:05
Dünən, 22:45
Dünən, 21:28
Dünən, 20:43
Dünən, 19:34
Dünən, 18:33
Dünən, 18:00
Dünən, 16:33
Dünən, 14:10
Dünən, 13:42
8-10-2024, 22:00
8-10-2024, 20:43
Ukrayna Ali Radası bu gün 2 gün əvvəl istefa ərizəsi yazan erməni əsilli Daxili İşlər naziir Arsen Avakovun məsələsinə baxıb və onu böyük səs çoxluğu ilə istefaya göndərib.
2014-cü ildən nazir vəzifəsində çalışan Avakovun hansı səbəbdən istefa verdiyi bilinmir. Erməni mediası isə bu barədə maraqlı iddialar irəli sürür.
Ovqat.com-un məlumatına görə, Armenianreport.com iddia edir ki, Avakyan öz xoşu ilə istefaya getməyib. Onu işdən qovan Ukrayna prezidenti Vladimir Zelenskidir. Ukrayna lideri isə bu addımı Azərbaycan və Türkiyənin tələbi ilə atıb.
Nəşrin iddiasına inansaq, Avakov Ukrayna hökumətinin antierməni təşəbbüslərinə sərt reaksiya verən yüksək çinli dövlət adamı idi. Guya, 44 günlük müharibə zamanı Zelenski və ətrafı Azərbaycana silah göndərmək istərkən, bu təşəbbüsün qarşısı Avakovun işə qarışması sayəsində alınıb.
“Bundan əlavə, Ukrayna savaş sırasında Azərbaycana həm hərbi personal, həm də "könüllülər" göndərməklə dəstək verə bilərdi. Planı vaxtında öyrənən Avakov Ukrayna Prezidentinin təşəbbüsünün qarşısını almağa müvəffəq olub. Bu səbəbdən də Avakovun istefası Bakıda və Ankarada açıq şəkildə bayram kimi qeyd edilir. Bunu öz "qələbələri" bilirlər”, - məlumatda belə deyilir.
Nəşrə görə, Ukraynada Avakyana qarşı cinayət işi açıla bilər. Avakoun həbsindən sonra erməni iş adamlarına tanınmış imtiyazlar da yığışdırılacağı və onların qanunsuz fəaliyyətinə son qoyulacağı gözlənilir.
“Zelenski Arsen Avakovun vəzifəsindən azad edilməsindən etibarən anti-erməni kampaniyasına yaşıl işıq yandırdı. Şübhəsiz ki, Ukraynadakı erməni biznesinin təqibi və bütün Avakovun əlaltılarının "təmizlənməsi" prosesi başlayacaq. Ona qarşı cinayət işinin açılsa təəccüblənmərəm”, - müəllif yazır.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar