Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
Rusiya Prezidenti Vladimir Putin ABŞ-lı həmkarı Co Baydenə Orta Asiyadakı rus hərbi bazalarından Əfqanıstana qarşı informasiya toplamaq üçün istifadə etmək təklifini irəli sürüb.
Ovqat.com-un məlumatına görə, Rusiyanın “Kommersant” nəşri bu xəbəri yayıb.
Bildirilir ki, təklif iyunun 16-da iki liderin Cenevrədə keçirilən görüşündə səsləndirilib. İddialara inansaq, təklfdə kəşfiyyat PUA-ları vasitəsilə əldə olunacaq məlumatların mübadiləsi də nəzərdə tutulurmuş. Putinin bu təklifinə Bayden tərəfindən konkret heç bir cavab verilmədiyi vurğulanır.
Qeyd edək ki, Orta Asiyanın yalnız iki ölkəsində Rusiyanın hərbi bazaları var – Tacikistanda və Qırğızıstanda. ABŞ da hər iki ölkədəki bazalara öz qüvvələrini yerləşdirməkdə maraqlıdır. O, hətta 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra bütün Orta Asiya ölkələrində hərbi baza qurmaq istəyirdi. Apardığı diplomatik danışıqlar nəticəsində buna böyük ölçüdə nail olmuşdu da. Qırğıstan və Özbəkistanda hərbi bazalarını yaradan ABŞ Tacikistanda da eyni addımı atmaq istəyirdi. Rəsmi Düşənbə əvvəl ölkədə ABŞ ordusuna 3 hərbi baza verməyi planlaşdırsa da, Rusiyanın və daxildəki qüvvələrin basqıları ilə bu fikirdən vaz keçmişdi. Sonunda yalnız Tacikistan hava məkanını ABŞ-a açmaqla kifayətləndi.
Orta Asiyanın digər ölkələrində qurulan ABŞ bazalarının da ömrü uzun sürmədi. 2005-cü ildə ABŞ dövlət qurumlarının insan hüquqlarının pozulması faktlarına görə Özbəkistanı tənqid etməsi rəsmi Daşkəndi cin atına mindirdi. O dövrün özbək diktatoru İslam Kərimov Pentaqondan dərhal öz qoşunlarını Özbəksitandan çıxarmasını tələb etdi. ABŞ da çar-naçar bu tələbə boyun əymək məcburiyyətində qaldı.
2014-cü ildə Ukraynanın bəzi ərazilərini işğal etdiyi üçün Qərblə münasibətləri pisləşən Rusiyaya şirin görünmək istəyən Qırğızıstan lideri Almazbek Atambayev isə ABŞ-a arxa çevirən sonuncu Orta Asiya lideri oldu. Maraqlıdır ki, Atambayevin “ölkədən çıxın” qərarına ABŞ-dan etiraz belə gəlmədi, Qırğızıstanda qalmaq üçün hər hansı məkik diplomatiyası yürütmədi. Hətta verilən müddətin dolmasını gözləmədən tədricən şələ-şüləsini yığışdırıb “Manas” beynəlxalq hava limanını boşaltmağa başladı. Pentaqonun bu “sözəbaxanlığ”ından anlaşılırdı ki, Vaşinqton Orta Asiya ölkələrini tələyə salmaq üçün nəsə yeni ssenari hazırlayır. Həmin ssenarinin iç üzü üzərindən 7 il keçəndən sonra anlaşılacaq və ondan üz döndərənləri, hətta bu asilərə ağsaqqal edənləri belə “bəlkə qayıdasan” təklifi ilə Vaşinqtonun ayağına gətirəcəkdi. Bəli, söhbət Vladimir Putinin Cenevrə döyüşündə Orta Asiyadakı rus hərbi bazalarından Əfqanıstana qarşı istifadə etmək təklifindən gedir.
ABŞ Prezidentinin rusiyalı həmkarına konkret cavab verməməsi də başadüşüləndir. Vaşinqtona Əfqanıstanı nəzarət altında tutmaq lazım olsaydı, 20 il bundan əvvəl girdiyi ölkədən çıxmazdı. Nədən ki, Əfqanıstana Əfqanıstanın içindən nəzarət etmək daha asan və heç kimə ağız açmaq yaratmayacaq qədər daha minnətsiz-sünnətsiz fürsətlər deməkdir. ABŞ isə bu imkanlardan imtina edib Əfqanıstanı öz halına buraxaq tərk etdi. Məqsədi isə Çin və Rusiyanın “arxa başça”sında təhlükəli yanğınlar çıxarmaq, bu iki dünya nəhənginin arasında keçilməz sədlər yaradaraq bəzi ortaq qlobal layihələri reallaşdırmalarının imkan verməməkdir. Bunu isə Vaşinqtonda oturub özünə bağlı regional güclər vasitəsilə də həyata keçirmək mümkündür.
İkincisi, ABŞ 20 illik Əfqanıstan işğalı zamanı Rusiyanın təsir dairəsində qalan Orta Asiya ölkələrinin əhdə vəfadarlığını tam çılpaqlığı ilə gördü. Bir daha əmin oldu ki, özgə qab-qaşığı ilə öz yeməyini yemək sabah başqa problemlərə yol aça bilər. Məsələn, qab-qaşıq sahibi yeməyin şirin yerində səndən öz əşyalarını istəsə nə edərsən? ABŞ da belə vəziyyətlə qarşılaşmamaq üçün özünə hərbi baza yaratmaq lazım olarsa, bunu KTMT-yə üzv olmamaq cəsarətini göstərən digər ölkələrdə qura bilər. Üstəlik, Əfqanistanla həmsərhəd olan Türkmənistan və Özbəkistan kimi dövlətlərin bu əməkdaşlığa ehtiyacı da var. Elədirsə, Vaşinqton hansı məntiqlə Orta Asiyadakı rus bazalarından istifadə etmək eşqinə düşsün?
Zənnimizcə, Rusiya prezidenti Vladimir Putin də həmkarının ona rədd cavabı verəyəcəyindən əmin idi. Bununla belə, baş tutmayacaq duaya ondan “amin” gözləməsi simvolik məna daşıyırdı və dilə gətirilməyən başqa bir mətləbə eyham vururdu. Konkret desək, Putin bu sözü həqiqətən də deyibsə, deməli həmkarı ilə onsuz da tezliklə əlindən çıxacağını düşündüyü Orta Asiya hegemoniyasını bölüşmək istəyib. Co Bayden isə konkret cavab verməməklə faktiki bu barədə ən azı hələ ki, düşünmədiyini tərəf-müqabilinə çatdırıb.
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar