Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
Rusiya Hərbi Dəniz Qüvvələrinin hazırda Aralıq dənizində xidməti vəzifələrini yerinə yetirən Qara Dəniz Donanmasının "Admiral Essen" freqatı dünən gözlənilmədən İstanbula gedib.
Ovqat.com xəbər verir ki, məlumatı “Оперативная линия” adlı Telegram səhifəsi yayıb.
Hərbi gəminin hansı məqsədlə İstanbula səfər etdiyi bilinmir. Məlumat mənbəyi sadəcə qeyri-müəyyən ehtimal irəli sürməklə kifayətlənir: “Əgər bu, dostluq və ya işgüzar görüş səfəri deyilsə, gəminin həmin bölgədə buluna biləcək Rusiyanın VIP – şəxslərindən birinin təhlükəsizliyini təmin etmək üçün İstanbula getdiyi istisna edilmir”, - “Оперативная линия” bu qənaətdədir.
Ovqat.com-un şərhi
Qeyd edək ki, sözügedən gəmi cəmi 9 gün bundan əvvəl (avqustun 7-də) Çanaqqala boğazını keçərək Suriyanın Tartus limanına getmişdi. Onun yenidən geri qayıtması və səfərin məqsədi barədə verilən qeyri-dəqiq açıqlamalar beyinlərdə müxtəlif suallar doğurur.
Mümkündür ki, gəmi bu gün Türkiyədə keçiriləcək “Beynəlxalq Müdafiə Sənayesi Sərgisi” ilə əlaqədar İstanbula gəlib. Sərgiyə Rusiyanın ciddi maraq göstərdiyi məlumdur. Rusiya dövlət müdafiə sənayesi şirkəti “Rostex”in prezidenti Sergey Çemezov sərgi öncəsi verdiyi açıqlamada Türkiyə ilə hərbi əməkdaşlıqları genişləndirmək istədiklərini gizlətməmiş, S-400 hava hücumundan müdafiə sistemləri istiqamətində atılan addımların iki ölkə arasındakı işbirliyi üçün əhəmiyyətli olduğuna diqqət çəkmişdi. Çemezov həmçinin bildirmişdi ki, Türkiyə NATO üzvləri arasında Rusiya ilə müqavilə imzalayan ilk və yeganə ölkədir və Moskva ikitərəfli tərəfdaşlığımızın inkişafında maraqlıdır.
O, həmçinin bildirmişdi ki, Rusiya Türkiyə ilə müdafiə sənayesi və aviasiya sahəsində əməkdaşlığı inkişaf etdirmək istəyir.
Türkiyənin son illər müdafiə sənayesində əhəmiyyətli uğurlar əldə etdiyini vurğulayan Çemezovun fikrincə, Ankara, müdafiə və aerokosmik sənayedə son 20 il ərzində böyük məsafələr qət edib. “Bildiyimə görə, 2000 -ci illərin əvvəllərində Türk texnologiyasının müdafiə sənayesindəki payı əhəmiyyətsiz səviyyədə idi, amma bu gün bu nisbət 70% -ə yaxındır və bu da sözügedən siyasətin yüksək səmərəliliyini göstərir”, - Çemezov belə demişdi.
Türkiyə ilə müdafiə sənayesinin müxtəlif sahələrində əməkdaşlığı müzakirə etməyə hazır olduğunu qeyd edən Çemezovun fikrincə, bu cür əməkdaşlıqların detalları yalnız danışıqlar zamanı tərəflərin qarşılıqlı razılaşmaları ilə əldə edilə bilən məsələlərdir: “Türkiyə ilə Rusiya hərbi təyyarələrin birgə istehsalına dair danışıqların apara bilər və biz bu əməkdaşlığa hər zaman açığıq. Bilirik ki, Türkiyə özünün beşinci nəsil TF-X qırıcı təyyarə layihəsini həyata keçirmək niyyətindədir. Təyyarə sistemlərinin hazırlanması və istehsalı sahəsindəki imkanlarımızla türk ortaqlarımıza yeni döyüş təyyarəsi yaratmağa kömək etməyi düşünə bilərik".
Şəkildə: TF-X (TUSAŞ tərəfindən hazırlanan və 2020 -ci illərdə kütləvi istehsal mərhələsinə çıxarılması planlaşdırılan beşinci nəsil reaktiv döyüş təyyarəsi)
İki dövlətin birgə helikopter istehsalı ilə bağlı danışıqlar apara biləcəyini deyən Çemezov bu məsələnin də Türkiyənin istəyindən asılı olduğunu vurğulamışdı: “Əlbəttə ki, belə bir ehtimal var. Bununla belə, daha çox addımların atılması üçün Türkiyənin açıq bir təkliflə çıxış etməsi lazımdır. İlk addımı atan kimi bu sahəni dəstəkləməyə və inkişaf etdirməyə hazır olacağıq ”.
Rusiyanın Türkiyə ilə müdafiə sənayesi sahəsində əməkdaşlıq edə biləcəyi digər bir sahənin PUA istehsalı ilə bağlı ola biləcəyini deyən Çemezov bildirib:
“Türkiyənin pilotsuz uçuş aparatlarının inkişaf etdirilməsində güclü imkanlara sahibdir. Rostex” mülki İHA texnologiyasında da təcrübəyə malikdir. Şübhəsiz ki, türk həmkarlarımızla potensial təmas nöqtələrimiz var və burada təkcə müdafiə sahəsində deyil, həm də sivil sahədə də layihələrin həyata keçirilməsi üçün öz həll yollarımızı təqdim edə bilərik”.
Qısası, Türkiyə ilə müdafiə sənayesi sahəsində çox şeyləri bölüşə biləcəklərini bildirən Rusiya yetkilisinin də mövqeyindən aydın olur ki, Moskva Ankara ilə yeni hərbi əməkdaşlıq ittifaqı yaratmağa can atır. Bu gün İstanbulda fəaliyyətə başlayacaq “Beynəlxalq Müdafiə Sənayesi Sərgisi-2021” bu istiqamətdə atılacaq addımlar üçün platforma ola bilər. Təsadüfi deyil ki, “Rostex” də sərgidə fəal iştirak etmək qərarına gəlib. Mümkündür ki, bugünkü fuarda Rusiyanın hərbi sənaye kompleksinin önəmli şəxsləri iştirak etsin və onların mühafizəsi üçün ölkənin Hərbi Dəniz Qüvvələri də cəlb olunsun. "Admiral Essen" freqatı da bu səbəbdən İstanbula lövbər sala bilər. Rusiyanın hərbi dairələrinə yaxınlığı ilə bilinən Оперативная линия” Telegram səhifəsinin “VIP – şəxslərdən biri” deyərkən məhz bunu nəzərdə tutduğunu güman etmək olar.
Yeri gəlmişkən, onu da qeyd edək ki, Rusiyanın yeni nəsil hərbi gəmilərindən sayılan “Admiral Essen" freqatı 2019-cu ildə keçirilən “Beynəlxalq Müdafiə Sənayesi Sərgisi”nə də qatılmış və tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdı.
Sirr deyil ki, ABŞ-ın bir müttəfiq kimi Türkiyəyə ədalətsiz yanaşması Ankaranın da Moskva ilə əlaqələri gücləndirməsinə əsaslı zəmin yaradır. Ümumiyyətlə, ABŞ-ın Allahın ümidinə buraxdığı Əfqanıstanda baş verən son hadisələr onun bütün müttəfiqlərini ciddi şəkildə narahat edir, yeni hərbi ittifaq alternativləri barədə düşünmək məcburiyyətində qoyur. Ukrayna, Gürcüstan, Moldova kimi NATO tərəfdaşları ABŞ-ın bu etibarsızlığının ağır nəticələri ilə üzləşə bilərlər və hətta Kiyevin artıq yeni alternativ arayışına girdiyinə, Çinlə münasibətlərini gücləndirməyə çalışdığına dair məlumatlar dolaşır.
Ankara isə neçə ildir, Vaşinqtonun iç üzünü görüb və öz yolunu müstəqil davam etdirməyə qərar verib. Rusiya ilə Türkiyə arasında hərbi-streteji yaxınlaşma hər iki ölkəni Orta Asiyadan tutmuş Qafqazlara qədər coğrafiyalarda qarşılıqlı anlayış əsasında ortaq müdafiə və təhlükəsizlik planı hazırlamağa həfəsləndirə bilər. Son zamanlar Rusiyanın Ermənistanla hərbi əməkdaşlığını artırma çalışmalarına, onun müdafiə imkanlarını gücləndirmə səylərinə də, zənnimizcə, bu konteksdə nəzər salınmalıdır. Məqsəd Cənubi Qafqaza iddialarını açıq şəkildə ortaya qoyan Türkiyəyə təzyiq göstərərək, hərbi əməkdaşlıq üçün dialoq qapılarını açmaq da ola bilər.
Xatırladaq ki, “Beynəlxalq Müdafiə Sənayesi Sərgiləri” 1993 -cü ildən Türkiyə Silahlı Qüvvələri Vəqfi tərəfindən təşkil olunur və Ankarada, yaxud İstanbulda keçirilir. Builki sərgi isə İstanbulda olacaq, avqustun 17-də başlayıb, 20-nə qədər davam edəcək.
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar