Xəbər lenti

 
ABŞ özünün desant gəmisi "USNS Yuma"nı Qara dənizə göndərib.
 
Ovqat.com-un məlumatına görə, gəminin artıq Bosfor boğazını keçdiyi bildirilir.
 
Məlumatda eyd olunur ki, ABŞ hərbi gəmisinin Qara dənizə planlaşdırılan səfəri barədə əvvəldən heç bir məlumat yox idi. Sonradan hərbi gəminin Qara dənizə getməsi ABŞ Hərbi Dəniz Qüvvələrinin 6-cı donanmasının mətbuat xidməti tərəfindən də təsdiqlənib.
 
2017-ci ildə istifadəyə verilən "USNS Yuma" gəmisinin əsas təyinatı isə yükdaşımaqdır. Amerika silahlı qüvvələrinin nəqliyyat vasitələri və əsgərlərinin daşınması üçün istifadə olunan katamaran tipli sürətli nəqliyyat gəmisi fəaliyyət göstərir. Rus hərbi ekspertləri bu fakta söykənərək təxmin edirlər ki, gəmi NATO-nun tərəfdaş ölkələrindən birinə silah daşıya  bilər. Bu isə ya Ukrayna, ya da Gürcüstan ola bilər. Çünki bir müddət əvvəl Vaşinqtonun Gürcüstana və Ukraynaya silah-sursat dəstəyi vermək niyyətində olduğu bildirilirdi.
 
2017-ci ilin aprelində istifadəyə verilən gəminin xarici görünüşü Marmara dənizində istifadə olunan sürətli bərələrə bənzəyir. 2400 ton tam yük yerdəyişmə potensialına sahib olan gəminin uzunluğu 103 metrdir, genişliyi 28,5 metrdir.


Ana səhifəyə qayıt        Baxış: 4 775          Tarix: 8-07-2021, 13:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma