Xəbər lenti
Bu gün, 22:50
Bu gün, 21:23
Bu gün, 20:40
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
44 Günlük Vətən Müharibəsindən əvvəl Suriya, İraq, Livan kimi ölkələrdən erməni əsilli ailələr Qarabağa köçürülür və orada qeyri-qanuni məskunlaşdırılırdılar. Rəsmi Bakının beynəlxalq qurumlar qarşısında qaldırdığı bu məsələyə İrəvan əhəmiyyət vermir, əksinə qanunsuz köçlərlə “Qafqazda ikinci İsrail” yaratmağın xəyallarını qururdular. Əslində 44 günlük savaşın əsas səbəblərindən biri də məhz bu idi – Qarabağın xarici köçlər nəticəsində erməniləşdirilməsinin qarşısını almaq.
Azərbaycanın böyük qələbəsi ilə başa çatan 44 günlük savaşdan sonra ermənilərin nəinki Qarabağa, hətta Ermənistana “qayıdışı” da dayandı. Əksinə, Ermənistanın özündə belə, xaricə miqrasiya etmək istəyənlərin sayı durmadan artır. “Vətəndən qaçış” erməni siyasilərini və ziyalılarını da ciddi şəkildə narahat etməyə başlayıb.
Armenianreport.com saytında dərc olunan “Ermənistan niyə İsrailə çevrilmədi?” sərlövhəli yazı da bundan bəhs edir.
Yazının tərcüməsini Ovqat.com oxucularına təqdim edirik:
Müasir Ermənistanda siyasətçilərin və məmurların dürüstlüyü son dərəcə nadir, hətta deyərdim ki, çoxdan unudulmuş bir olqudur (fenomen). Ermənistanın Baş naziri yanında Diasporla iş üzrə baş komissarı Zara Sinanyanın jurnalistlərlə görüşündə verdiyi açıqlama daha təəccüblü oldu. O, özündə cəsarət tapıb vicdanla bildirdi ki, ermənilərin öz vətənlərinə qaytarılması baxımından gözlənilən nəticələri təmin etmək mümkün deyil.
O, səbəblər arasında Ermənistanı xarici aləmdən fiziki olaraq ayıran koronavirusun, eləcə də ciddi psixoloji zərbə vuran müharibənin adını çəkdi. Eyni zamanda o, Suriya ermənilərinin 60%-nin Ermənistanı bir anda tərk etdiyini, İraq ermənilərində isə bu göstəricilərin daha da yüksək olduğunu qeyd edərək, bunu dövlətdəki problemlərlə əlaqələndirdi.
Təbii ki, hətta ötən ilin avqustunda Xankəndidə (Mətndə Stepanakert yazılıb – Ovqat.com) çıxış edən Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanın 2050-ci ilə qədər transformasiya strategiyasının bəzi mühüm komponentlərini təqdim etdi: ölkə əhalisinin sayı 5 milyon nəfərə çatdırılacaq, 1,5 milyon yeni iş yeri yaradılacaq, ömrün uzunluğu 90 yaşa çıxarılacaq, ÜDM 20 dəfə artırılacaq və yoxsulluq aradan qaldırılacaq. Təbii ki, bu vədlər nəinki ekspertlərdə, həmçinin əhalinin əksəriyyətində, yumşaq desək, şübhə doğururdu.
Başa düşürdük ki, ölkənin düşdüyü indiki şəraitdə buna nail olmaq praktiki olaraq mümkün deyil. Və Zare Sinanyanın acı etirafı Paşinyan hökumətinin planlarının mümkünsüzlüyünü bir daha təsdiqlədi. Axı, xatırladığımız kimi, əhalinin sayını artırmağın yollarından biri məhz repatriasiya (vətənə qayıtma – Ovqat.com) ümidi ilə bağlı idi. Paşinyan sadəlövhcəsinə düşünürdü ki, Sarkisyan diktaturasını devirən “məxməri inqilab”dan, yeni hökumətin siyasətdə və iqtisadiyyatda köklü dəyişikliklər vədlərindən sonra erməni diasporunun kütləvi repatriasiyası başlayacaq.
Hökumət ümid edirdi ki, repatriasiya Ermənistana milli təhlükəsizlik, demoqrafik, iqtisadi, sosial-mədəni inkişaf baxımından kömək edəcək. Və əvvəlcə hakimiyyətin ümidləri özünü doğrultdu - təkcə 2018-ci ildə 15 min insan ölkəyə qaytarıldı ki, bu da müstəqillik illərində ən yüksək göstərici idi. Ancaq kəmiyyət keyfiyyətə çevrilmədi - vətənə qayıdanların böyük hissəsi o vaxt iqtisadiyyatında ciddi problemlər yaşanan Rusiyadan, eləcə də Suriya, Livan və İraqdan gəlmişdilər.
Artıq 2019-cu ildə “tarixi vətən”lərinə qayıtmaq istəyənlərin sayı sadəcə olaraq azaldı. Çünki əvvəla, xalqın inqilaba dəstəyi azalmağa başladı, ikincisi, Ermənistanda yaşamaq üçün insani şərait yaradılmadı.
Bundan əlavə, repatriatlar Ermənistan cəmiyyətində miqrasiya təmayüllərinin yenidən güclənən əhval-ruhiyyəyə qapıldılar, çünki gənclər burada özləri üçün heç bir imkan və perspektiv görmədilər. Belə bir şəraitdə kim çox firavan olmasa da, anadan olduğu doğma yerlərini tərk edib, hələ də daha böyük qeyri-sabitlik və iqtisadi təlatümlərin yaşandığı başqa bir yerə köçməyə cəsarət edə bilər?
Və sonra koronavirus pandemiyası ilə birlikdə sərhədlərin qapanması mərhələsi başladı və hökumətimiz “Artsax”dakı müharibəni bütün dünya ermənilərinin fəxri olan “ikinci erməni dövlətini” bacarıqsızcasına itirməklə başa vurdu. Ermənistanı həmişəlik tərk etmək istəyən insanların sonsuz axını fonunda yaşanan müharibə məğlubiyyəti, eləcə də ölkədəki daxili siyasi və iqtisadi böhranlar repatriat axınının dayanmasına gətirib çıxardı ki, Zare Sinanyan da bunu etiraf edir.
Ermənistandakı ermənilər tez-tez iki ölkəni müqayisə etsələr də, təəssüf ki, bizim ölkəmizin Qafqazın İsrailinə çevrilmədiyindən şikayətlənirlər. Bəli, yəhudilər uzun əsrlərdən sonra öz dövlətlərini yenidən qura bildilər. Bəli, Ermənistan da, İsrail də praktiki olaraq eyni geosiyasi müstəvidə, düşmən mühitində, neft və qazdan məhrum şəraitdə yaşayırlar.
Amma yəhudilər bizdən fərqli olaraq anlaya bildilər ki, öz dövlətlərindən daha vacib heç nə yoxdur. Buna görə də 40, 50, 60, 70 yaşlarında Avropa və Amerikadakı tanış, isti və təhlükəsiz evlərini tərk edərək İsrailə qayıtdılar, orada planlaşdırdıqları normal həyat şəraiti qura bildilər. Repatriasiya edilmiş yəhudilər səhrada kibbutzimdə yaşamağa, lakin ərəblərin hücumlarını dəf edərək, sonda yüksək inkişaf etmiş dövlət quraraq, öz ölkələri naminə yaşayıb-yaratmağa hazır idilər.
Ermənilərin də şansları var idi. Üstəlik - ikiqat. Bizim bir anda iki “erməni dövlətimiz” var idi.
Amma biz artıq bir şeyi itirmişik - 10 milyondan çox diaspordan cəmi onlarla insan Artsaxı müdafiə etməyə gəldi. Daha bir “erməni dövləti” yavaş-yavaş ölür. Və yenə də bütün dünyaya səpələnmiş ermənilər biganədirlər. Bəlkə repatriasiyanın baş tutmaması ermənilərə öz milli dövlətlərinin ümumiyyətlə lazım olmadığına işarədir?
Qeyd: (“”) işarələri Ovqat.com-a aiddir.
Tərcümə etdi: Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar