Xəbər lenti
Bu gün, 21:23
Bu gün, 20:40
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
Erməni sosial şəbəkələrində Ermənistanın yetişdirikləri uşaq əsgərlərin şəkilləri paylaşılıb. Şəkillərə diqqətlə baxdıqda aydın olur ki, əllərində avtomat tutan bu uşaqların əksəriyyəti 15 yaşından balacadırlar. Bu isə beynəlxalq hüquq normalarına ziddir. Belə ki, II Dünya müharibəsindən sonra BMT-nin təşəbbüsü ilə dövlətlər müharibələrdə uşaqların istifadəsindən imtina etmiş və bu barədə çox saylı müqavilələr imzalamışlar. Həmin hüquqi sənədlərdən bəziləri:
• 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsi;
• 1949-cu il Cenevrə Konvensiyaları;
• 1950-ci il Avropa İnsan Hüquqları Konvensiyası;
• Qaçqınların Statusu ilə bağlı 1951-ci il Cenevrə Konvensiyası;
• 1966-cı il Birləşmiş Millətlər Təşkilatının Mülki və Siyasi Hüquqlar haqqında Paktı;
• 1966-cı il Birləşmiş Millətlər Təşkilatının İqtisadi, Sosial və Siyasi Hüquqlar Konvensiyası;
• İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzaya qarşı 1984-cü il Konvensiyası;
• 1989-cu il Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyası;
• 1997 Capetown Prinsipləri;
• 1998-ci il Avropa Parlamentinin Uşaq Əsgərlər haqqında Qətnaməsi;
• Uşaqların Əsgər kimi İstifadəsinə dair 1999 Berlin Bəyannaməsi;
• Uşaqların Əsgər kimi İstifadəsinə dair 1999 Montevideo Bəyannaməsi;
• Uşaqların Hərbdə İstifadəsinə dair Maputo Bəyannaməsi;
• Uşaq Əsgərlər haqqında 2000-ci il Əmman Bəyannaməsi;
* 2007-ci il Paris prinsipləri və s.
Bu beynəlxalq sənədlərdə açıq şəkildə göstərilir ki, 18 yaşına çatmamış uşaqlar məcburi hərbi xidmətə çağırıla bilməzlər. Baxmayaraq ki, həmin sənədlərdə 15 yaşından sonra uşaqların “könüllü” hərbi xidmətlərə alınmasına heç bir məhdudiyyət qoyulmasa da, bir çox mütəxəssislərin fikrincə, müqavilələrdəki bu məqam sui-istifadə hallarına yol açır və ondan qaçınmaq lazımdır. Çünki hüquqa əsasən, 18 yaşına çatmamış insanın idrak səviyyəsi tam yetişmədiyindən onun iradəsindən də söhbət gedə bilməz. Necə ki, qanunlar 15 yaşlı uşaqlara ailə qurmaq, sərbəst yaşamaq haqqı tanımırlarsa, onların öz iradələri ilə silah altına alınmasına da yol verilməlidir.
Terror - Beynəlxalq hüququn doğurduğu barbarlıq
Azyaşlılarla bağlı müasir qanunvericilik ilk dəfə II Dünya müharibəsindən qısa müddət sonra qəbul olunan 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsi ilə müəyyənləşdirildiyindən və digər hüquqi aktlar da həmin Bəyannaməyə əsaslandığından uşaq haqları ilə hərbi qanunvericilik arasındakı bəzi fərqli nüanslar ortaya çıxmışdır. Dolayısıyla 18 yaşına çatmamış uşaqların hərbi fəaliyyətinin qadağan olunması qaydaları hələ də formalaşma mərhələsini başa çatdırmayıb və bunun qarşısını kəsən başlıca səbəblərdən biri də əslində zamanında ən mütərəqqi ideyaların məcmusu kimi görünən Ümumdünya İnsan Hüquqları Bəyannaməsidir desək, yəqin ki, səhv etmərik. Kim bilir, bəlkə də yaxın zamanlarda uşaqların silah altına alınmasının qadağan olunması mərhələsi də uğurla tamamlanacaq və onların hərbi strukturlarda iştirakı tamamilə qadağan olunacaq.
Uşaqların hərbi qulluqçu kimi istifadəsi qaydaları ən dolğun ifadəsini 1949-cu ildə qəbul olunmuş “Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında” Cenevrə Konvensiyasında tapmışdır. Konvensiyanın 14-cü maddəsinə əsasən, on beş yaşından kiçik uşaqlar xüsusi mühafizə olunan şəxslər sırasına daxil edilmişlər. 1977-ci il tarixində bu konvensiyalarına əlavə edilmiş “Beynəlxalq Silahlı münaqişələrin qurbanlarının müdafiəsi haqqında” 1 saylı Protokolun 77-ci maddəsi isə 15 yaşından böyük uşaqların hərbi hadisələrdə istifadəsinə həsr olunub.
77-ci maddənin 2-ci bəndində vurğulanır:
“…Münaqişə tərəfləri 15 yaşına çatmamış uşaqlar düşmən davranışda bilavasitə iştirak etməmələri üçün bütün zəruri tədbirləri görməlidir; xüsusilə, onlar bu uşaqların silahlı qüvvələrdə xidmət etməsindən yayınacaqlar. 15 yaşdan yuxarı şəxslərin hərbi təyinatında isə yaşlılara üstünlük verməyə diqqət yetirməlidir.
3. … 15 yaşından kiçik uşaqlar birbaşa düşmən davranışlarında istirak edərkən qarşı tərəfin əlinə keçirsə, hərbi cinayətkar olsun və ya olmasın, bu maddə ilə verilən xüsusi müdafiədən faydalanacaqlar”.
Göründüyü kimi, istər “Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında” Cenevrə Konvensiyasında, istərsə də ona əlavə olunan 1 saylı protokolda 15 yaşından böyük uşaqların hərbi qulluqçu kimi istifadəsinin qarşısı tam yasaqlanmamış, əksinə onların cəzalarını yüngülləşdirən bəzi hallar nəzərdə tutulmuşdur. Bu da Ermənistan kimi ölkələrin uşaqlardan hərbi vasitə kimi istifadəsinə yol açmışdır.
Beynəlxalq qanunvericlikdə 15 yaşından 18 yaşına qədər uşaqların könüllülük əsasında hərbi strukturlarda iştirakı qadağan olunmasa belə, onların real döyüş meydanlarında iştirakına və bu məqsədlə təlimlərinə icazə verilmir. Təqdim etdiyimiz şəkillərdən isə görünür ki, ermənilər yaşı 15-ə belə çatmamış uşaqlarının əlinə avtomat silah verib Türkü necə qətlə yetirmələrini öyrədirlər. Beləcə, öz övladlarını ultra-millətçi, faşist, qaniçən təfəkkürlü mühitdə yetişdirirlər. Bu isə ilk növbədə beynəlxalq qanunvericiliyə ziddir və rəsmi Bakının dünya ictimaiyyəti qarşısında bu məsələni qaldırmaması təəccüb doğurur.
Üstəlik, 18 yaşına çatmamış uşaqların rəsmi hərbi xidmətə çağırılmadığını nəzərə alsaq, görərik ki, adətən yetkinlik dövrünü tamamlamamış uşaqlardan qeyri-qanuni hərbi birləşmələrdə istifadə olunur. Qeyri-qanuni hərbi birləşmələrin bir başqa adı isə terrorçu təşkilatlardır və belə anlaşılır ki, Cenevrə Konvensiyalarındakı bu tutarsızlıqlar terrorizmin çiçəklənməsinə şərait yaradır. Şəkildə gördüyünüz bu uşaqlar da beynəlxalq hüququn çiçəkləndirdiyi terror təşkilatlarının üzvləridirlər və bunlar təkcə Ermənistanda mövcud deyillər. BMT-nin bir çox hesabatlarında, dünyanın geridə qalmış ölkələrində bu cür azyaşlı terrorçulardan olduqca sıx şəkildə istifadə edildiyi vurğulanır. Hesabatlara görə, hazırda dünyada 250 mindən çox uşaq silahlı qüvvələrdə və yaxud müxtəlif terrorçu birləşmələrdə döyüşür. Bu uşaqların təxminən 40%-i qızdır və onlardan cinsi kölə, yaxud intihar və sui-qəsd aktlarında istifadə olunur. “Human Rights Watch” təşkilatının iddialarına görə, ən kiçik uşaq əsgər səkkiz yaşından kiçikdir. Şəkillərə diqqətlə nəzər salsaq, ermənilərin uşaq terrorçuları da bu təsbitə tam uyğun gəlir. Şəkillərdən birində 6 oğlan, 3 qız uşağı açıq-aşkar görünür. İki nəfər isə üzünü bağladığından onların cinsini müəyyənləşdirmək çətindir. Ermənilərin uşaq terrorçuları arasında 8 olmasa belə, 10-11 yaşlı uşaqların da yer aldığı gözdən yayınmır.
Sual oluna bilər: Ermənilər hələ yetkinlik yaşına çatmamış uşaqlarını niyə Azərbaycana qarşı döyüşlərə hazırlaşdırırlar? Axı 44 günlük Vətən Müharibəsi Azərbaycanla Ermənistan arasında qüvvələr nisbətinin qeyri-bərabər olduğunu göstərdi, hətta bu döyüşlərdə düşmənin 10 mindən artıq təcrübəli əsgəri fərarilik etdi. Belə olduğu halda, bu uşaq terrorçular düşmənə nə qazandıra, döyüş meydanlarında nəyi dəyişdirə bilərlər?
Zənnimizcə, bu sualın cavabı terror aktlarında uşaqlardan istifadənin əhəmiyyəti barədə ekspertlərin çıxardıqları bəzi təsbitlərdə gizlidir. Mütəxəssislərin fikrincə, uşaq döyüşçülər yetkinlik yaşına çatmışlardan fərqli olaraq fərariliyə daha az meyllilikləri ilə seçilirlər. Ən azı ona görə ki, uşaqların real coğrafi bilgiləri böyüklər qədər olmur və onların qaçacaqları yer də çox deyil. Nəzərə alsaq ki II Qarabağ döyüşlərində erməni əsgərlərinin fərariliyinin qarşısını almaq üçün komandirlər onları zəncirlə öz postlarına bağlamışdılar, lakin bu addım belə, minlərlə düşmən əsgərinin döyüş yerlərindən qaçmasına mane olmamışdı, fərarlik probleminin erməni komandanlığını ciddi düşündürdüyünü göstərir. Sözsüz ki, uşaqların öz iradələrindən asılı olmayan “qəhrəmanlıqları” özlərindən böyüklərin də “qeyrətə gəlməsinə” kömək edir və erməni terrorizminin qidalandığı “türk düşmənçiliyi” hissini artırılmasında “ən yaxşı təbliğat vasitəsinə” çevrilir.
Uşaqlar həm də ucuz işçi qüvvələridir və toqquşmalarda nizami əsgərlərlə müqayisədə daha asan istifadə olunur, istənildiyi kimi yönləndirilə bilirlər.
Uşaq terrorçular düşmən qüvvələrini mənəvi dilemma qarşısında qoyur və bu yönləri ilə daha təhlükəli ovçu olurlar. Çünki qarşı tərəf onları vurmağa qıymadığı halda, onlar öz hədəflərinə mərhəmət göstərmədən ölümcül zərbələr endirir. Müharibə meydanlarında öldürüləcəyi təqdirdə isə düşmən tərəfini uşaqlara qənim kəsilmiş barbar kimi tanıtmağın ən bariz dəlili qismində çıxış edirlər. Dolayısıyla diriykən döyüş meydanlarında, ölüykən diplomatik masalarda strateji silaha çevrilirlər.
Uşaq əsgərlər həm də ən yaxşı kəşfiyyatçı ola bilərlər. Düşmən mövqelərinə sızdıqları zaman yaxalandıqları təqdirdə “yolunu təsadüfən azmış” uşaq qismində göstərilə bilərlər. Üstəlik, yuxarıda da qeyd etdiyimiz kimi, beynəlxalq qanunvericilik onları əsir kimi saxlamağı da qadağan etdiyindən qarşı tərəf bu uşaqları dərhal azadlığa buraxmaq məcburiyyətində qalır.
Terrorçu təşkilatlarda xüsusilə qız əsgərlərdən seks köləsi kimi istifadə olunur və onlar bir çox hallarda gənc oğlanları tora salmağı məharətlə bacarırlar. Bu baxımdan terror təşkilatlarında qız uşaqlarının 40% civarında tutulması təsadüfi deyil. Daha az seks köləsi əsgərlərin qız üstündə davaları ilə nəticələndiyi kimi, daha çoxu onların dəyərini azaldır. Bəzən hərbi əməliyyatlarda bacarığı ilə seçilən və “xüsusi qəhrəmanlıq” göstərən “terorçular” bir və ya bir neçə günlük “eşqbazlıq istirahətinə” çıxa bilirlər. Bu isə gənc əsgərlərdə döyüş əzmini artırır.
Yetkinlik yaşına çatmış əsgər sayının azlığı da bəzi dövlətləri uşaqların “könüllülük” prinsipi əsasında hərbi xidmətə cəlb olunmasını şərtləndirir. Sirr deyil ki, II Qarabağ döyüşlərindən sonra Ermənistan bu problemlə də üz-üzə qalıb. Döyüşlərdə minlərlə əsgərini itirən Ermənistanda bir tərəfdən də bir çox əsgər yaşına çatmışlar döyüşdən yayınmaq üçün ölkəni tərk etməyə üstünlük verirlər.
Digər tərəfdən, əsgərə alınma potensialı baxımından da Ermənistan Azərbaycandan qat-qat geridədir. Rəsmi statistikaya görə, hazırda Ermənistanın aktiv fəaliyyətdə olan 52 min əsgəri və 210 min ehtiyat qüvvəsi var. Azərbaycan Ordusundakı analoji vəziyyət isə düşməndən xeyli fərqlənir: 125 min aktiv fəaliyyətdə olan əsgər, 300 min ehtiyat qüvvəsi. Ermənistanın hərbi texniloji imkanları da bu sayısal zəifliklərini nəinki kompensasiya etmir, əksinə onu Azərbaycan qarşısında daha gücsüz hala gətirir. Görünür, ermənilər bu çatışmazlıqlarını da uşaqları “könüllü” hərbi səfərbərliyə almaqla doldurmağa çalışırlar.
Uşaq əsgərlərin digər “üstünlükləri” də var. Əvvəla, uşaqlar macərapərəst olurlar, bu da onların müharibə meydanlarında istifadə olunması üçün münbit zəmin yaradır;
İkincisi, uşaqlarda məsuliyyət hissi yetərincə inkişaf etmədiyi üçün qanlı hərəkətlərdə istifadə olunmalarını asanlaşdırır;
Üçüncüsü, bədənlərinin elastikliyi, boylarının qısalığı kəşfiyyat “qabiliyyətlərini” artırır;
Dördüncüsü, öyrənmə qabiliyyətləri ilə də yetişkinlərdən daha çevik olur və s.
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar