Xəbər lenti

 
Qılman Sultanoğlu
 
SSRİ-nin dağılmasından sonra nüvə silahlarının yayılmamasını bəhanə göstərərək bəzi Sovet Respublikalarında, o cümlədən Ukrayna və Qazaxıstanda olan nüvə silahları məhv edildi və buna qarşılıq olaraq dünyanın aparıcı dövlətləri həmin ölkələrin təhlükəsizliyinə yazılı “təminat” verdilər.      
 
 Bu gün ətrafında böyük hərbi və siyasi ajiotaj yaranan, son dövrlər isə dünya diplomatiyasının əsas mövzusuna çevrilən Ukraynada  böyük dövlətlər tərəfindən “təminat” verilən ölkələrdən biridir. 5 dekabr 1994-cü ildə Budapeştdə ABŞ, İngiltərə, Ukrayna və Rusiya liderləri tərəfindən müqavilə imzalandı və sənədə imza atan dövlətlər Ukraynanın təhlükəsizliyinə və ərazi bütövlüyünə təminat verməklə bərabər ona iqtisadi və mali yardım edəcəkləri barədə öhdəlik götürdülər. Xatırlatmaq istərəm ki, həmin illərdə Ukrayna dünyanın ən böyük  nüvə dövlətlərindən biri idi, daha dəqiq desək, ərazisindəki nüvə silahlarının sayına görə Ukrayna dünyada üçüncü yerdə dururdu. Bu müqavilə ilə Ukrayna nüvə silahlarının yayılmaması anlaşmasına uyğun olaraq və dünyanın aparıcı dörd dövlətinin Ukraynanın təhlükəsizliyinə verdikləri yazılı təminata inanaraq arsenalında olan bütün nüvə silahlarını məhv etdi. 
     
Ancaq Rusiya 1994-cü ildə bağladığı müqaviləyə əhəmiyyət verməyərək 2014-cü ildə Krımı işğal edərək digər ölkələr kimi üzərinə götürdüyü öhdəliklərə xilaf çıxdı. Elə həmin il Donetsk və Luqansk Rus separatçılarının iştirakı və Rusiya dövlətinin dəstəyi ilə xususi strateji və iqtisadı əhəmiyyəti olan bölgələr işğal olundu. Ukraynaya külli miqdarda maddi ziyan dəyməklə bərabər  təqribən milyon yarım insan evini-eşyini tərk edərək köçə zorlandı. ABŞ və İngiltərəyə gəlincə isə, Budapeşt müqaviləsinə uyğun olaraq Ukraynanın işğalı ilə əlaqədar ABŞ, İngiltərə və Ukrayna toplandı, lakin Rusiya bu toplantıda istirak etməkdən imtina etdi. Rusiyanın Ukrayna ərazisinin bir bölümünü işğal etməsi ilə SSRİ-nin dağılmasından sonra yaranan yeni dünya nizamını   pozaraq özünün hər zaman bir işğalçı dövlət kimi qaldığını göstərdi. Bunu da bildirmək istəyirəm ki, həmin dövrdə Ukrayna prezidenti olan Leonid Kuçma bu müqaviləyə imza atmaqla Ukraynanın təhlükəsizlyinə böyük zərbə vurdü. Bu müqavilə ilə bağlı o zaman Almaniyanın Kansleri olan şansolye Angela Merkel O.Bismarkın fikri ilə bu anlaşmaya belə qiymət vermişdi: “Bu anlaşmanın üzərində yazılmış kağız qədər dəyəri yoxdur” sözü də L.Kuçma ilə bağlı dediyim sözləri təsdiq edir.
  
Rusiyanın Ukraynanın ərazi bütövlıüyünə təcavüzü Rusiyanın heç bir qayda-qanuna məhəl qoymadığnı göstərdi, yəni 5 dekabr 1994-cü ildə digər dörd dövlətlə birlikdə  yazılı şəkildə dünya qarşısında götürdüyü öhdəliyi 2014-cü ildə pozur və buna qarşı təminat verən dövlətlər toplantı çağırır. Toplantıda ABŞ, İngiltərə və Ukrayna gəlsə də Rusiya bu toplantıda iştirakdan imtina edir. 


 
Digər bir məsələ BMT Nizamnaməsində  mövcud olan sərhədlərin dəyişdirilməsinin qədağan olunduğu göstərilir. Bu Nizamnamənin qəbul edilməsində Rusiya (SSRİ) mühüm söz sahibi idi və onun razılığı olmadan BMT Nizamnaməsi qəbul edilə bilməzdi. Deməli bu gün Rusiya Prezidenti V.Putinin yazılı şəkildə öhdəlik götürmələrini NATO-dan tələb etməsi o qədər də əhəmiyyətli görünmür. Çünki onun özü bütün dünya qarşısında götürdüyü öhdəliy kobud şəkildə pozaraq, BMT Nizamnaməsinin açıq şəkildə pozulmasının bariz nümunəsinu ortaya qoyub.
   
21 noyabr 2013-cü ildə Ukraynanın keçmiş prezidenti V.Yanukoviç AB ilə bağlanması planlaşdırılan ortaqlıq anlaşmasını imzalamaqdan imtina etdi. 23 fevral 2014-cü ildə Donetsk və Luqansk vilayətləri ayaqlanaraq Rusiyaya qaçan Viktor Yanukeviçi   müdafiə etdilər. Beləliklə, Ukraynanın Rusiya tərəfindən işğal  və ilhaq prosesi başladı.        
    
2021-ci ildə Rusiya qoşunlarını Ukrayna sərhəddinə yaxın bölgələrə toplayaraq hərbi təlimələrə başlaması ilə bu iki ölkə arasındakı gərginlik yeni mərhələyə keçdi və 18 noyabr 2021-ci ildə Rusiya Prezidenti V.Putin Xarici İşlər Nazirliyi genişləndirilmiş iclasında çıxış edərək çox ciddi və uzunmüddətli təhlükəsizliyinin təmin edilməsi üçün təlimat verdi. ABŞ kəşfiyyatı isə Rusiyanın Ukraynanı işğal etmək üçün sərhədə yüz yetmiş min əsgər və çox sayda hərbi texnika yığdığını bildirdi və bundan on gün sonra Rusiya ABŞ və NATO-dan yazılı olaraq təhlükəsizliyinin təminatı ilə bağlı təminat istədi. Verilən cavab isə Rusiyanı razı salmadı. Putin Ukraynadan uçan raketlər 10 dəqiqəyə Moskvanı vuracaq, elə isə Narva ilə Piter arasindakı hava yolu 156 km-dir. Digər tərəfdən, Baltikyanı ölkələr çoxdan NATO- nun üzvüdür və oradan uçan raketlər 7 dəqiqəyə Moskvanı vura bilər, ama Moskva buna heç bir  reaksiya   vermədi.
 
Bir başqa məsələ Qara Dənizlə bağlıdır. Artıq bu gün deyə bilərik ki, həmin dənizə əsasən NATO nəzarət edir, yəni Qara Dənizə qonşu olan dövlətlərə nəzər salsaq, bunu   əyani şəkildə görə bilərik. Beləliklə Türkiyə, Rumıniya, Bolqarıstan NATO-ya üzv olan dövlətlərdir. Ukrayna və Gürcüstan isə səbirsizliklə bu təşkilata üzv olacaqları günü gözləyirlər. Yəni Qara Dənizə sahili olan altı ölkədən beşi tamamilə ABŞ nəzarətindədir. O zaman sual yaranır: nədən Ukrayna Rusiya üçün bu qədər vazkeçilməzdir? 


 
ABŞ-ın keçmiş Xarici  İşlər naziri və dünyanın çox böyük strateqlərindən biri olan H.Kissingerin məşhur sözü yada düşür: “Ukraynasız  Rus İmperiyasını bərpa etmək mümkün deyl”. Ondan bir müddət öncə də Azərbaycanın keçmiş Prezidenti Ə.Elçibəy Ukrayna ilə bağlı bu fikri işlətmişdi: “Ukrayna Rus İmperiyasının aşağı qarın nahiyəsindəki yumuşaq ətidir”, yəni Ukraynasız imperiyanı bərpa etmək  mümkün deyil. Məncə, yuxarıda qoyulan suala qismən cavab verdik. 
 
Digər bir məsələ Rusiyanın ABŞ və NATO-dan istədiyi  yazılı təminatla bağlıdır. Bu təminat yazılı olaraq verilsə belə, heç nə dəyişməyəcək, yəni soruşarlar cənab Vladimir Vladimiroviç, 1994-cü ildə siz digər   dövlətlərlə birlikdə Ukraynaya yazılı təminat verdiniz, ancaq  keçmiş Prezident V.Yanukoviç vasitəsi ilə həyata keçirilməsi mümkün  olmayan ilhaqı əhalisi əsasən ruslardan  ibarət olan Donetsk və Luqanskdakı separatistlərə verdiyinz hərbi, mali və siyasi  dəstəklə həyata keçirdiniz yəni Qazaxıstandaki proses Ukraynada baş tumadı. BMT-nın Təhlükəsizlik Şurasının Niazamnaməsini kobud şəkildə pozaraq Ukraynanın Krım, Donetsk və Luqansk vilayətlərini işğal etdiniz. Hər bir dövlətin hansı təşkilata üzv olması onun daxili işidir bina kənardan müdaxilə etmək olmaz
    
Bu günlərdə Ukrayna ətrafında gərginlik daha da artir. Hətta mətbuatın verdiyi məlumata görə, bir sıra dövlətlər öz səfirliklərindəki işçilərin sayını azaldır, rus qoşunlarının Ukraynanı üç istiqamətdən mühasirə etmələri ilə bağlı peykdən çəkilmiş görüntüləri yayırlar. Rusiya Xarici İşlər naziri S.Lavrov, Rusiya Müdafiə Naziri S.Şoyqu və digər məsul şəxslər isə ard-arda Rusiyanın Ukraynanı işğal etməyəcəyi ilə bağlı bəyanatlar verirlər.Rus Xarici İşlər Nazirliyinin son bəyanatı da yuxarıda yazdıqlarımızı təsdiq edir: “Qərbin səlahiyyətli şəxsləri və qərb mətbuatı Ukrayna ətrafında süni sərginliyi artırır və bunun üçün müxtəlf planlar qururlar”. 


 
Beləliklə heç kim Rusiyaya inanmır.  Rusiya Xarici İşlər Nazirlyinin son bəyanatını oxuyanda nədənsə  1936–cı ildə A.Hitlerin Reystaxdakı çıxışı yadıma düşdü: “Almaniya, Avstryanının daxili işlərinə qarışma, Avstryanı ilhaq etmə və ya Avstryanı Almaniyaya qatmaq niyyətində deyil”. Yəni rus yetkililərinin bəyanatı ilə Hitlerin bəyanatınin eynidir. 
 
Beləliklə Rusiya Prezidentinin, Xarici İşlər Nazirliyinin apardığı  yanlış siyasət (mənə görə) onu çətin vəziyyətə salıb. Rus ruleti oynayan V.Putinin hasabı yanlış oldu və güllə onun öz başında partlaya bilər. V.Putinin bu məsələdə mədət umduğu tək ölkə ÇXR-dir
 
Bütün dünya Çinin xarici siyasətdəki əsas problemlərinin Tayvan və Çin dənizi olduğunu bilir. Çin lideri Şi Jinpinglə körüşən Pütin Şİ Jinpingə xoş görünmək üçün Tayvanın Çinin ərazisi olduğunu bildirməklə, əslində Ukrayna və ya kiçik mənada Krımın rus torpağı olmasının da Çin lideri tərəfindən təsdiq ediləcəyini hədəfləsə də ancaq təcrübəli lider Şı Jinping bunu etmədi. Beləliklə V.V Putin Çindən istədiyini ala bilmədən geri döndü. Çin Rüsiyanın Ukrayna ilə müharibə aparmasına qarşıdır. Təkcə bunu qeyd edək ki, Çin Ukrayna kənt  təsərrüfatına üç mird. sərmayə yatırıb.  Nəhayət, bunu deyə bilərəm ki, bu müharibə Ukraynanın, Çinin və Rusiyanın maraqlarına uyğun deyil. 
 
Baş verənlərə əsasən deyə bilərik ki, bu müharibənin başlanmasında ABŞ və İngiltərə daha maraql kimi görünür. Əgər  V.Putin heç kimi dinləmədən müharibəyə girərsə, bu onun faciəli sonu ilə bitə bilər.Y.Stoltenberqin bu fikrini unutmayaq: “Rusiya müharibə istəyirsə, NATO buna hazırdır”.


   
Əslində Ukrayna və Rusiya arsındaki gərginlik öz yerini müharibəyə verir və bu müharibənin birinci fazası  olan informasiya savaşı  artıq iki aydır başlayıb, Qərb və Ukraynanın üstünlüyü ilə davam edir. Son bir həftədə isiə həmin müharibənin ikinci fazası olan psixoloji müharibə başlayıb və burada da Qərb və Ukraynanın üstünlüyü davam edir. Səfirliklərdəki personalın sayının azldılması, ölkələrin Ukraynanın şərq vilayətlərinə səfər etməmələri ilə bağlı öz vətəndaşlarına müraciət etmələri, bəzi Qərbi  Avropa avia-kompaniyalarının Ukraynaya uçuşlarını dayandırılması aparılan psixoloj müharibənin tərkib hissəsi kimi sayıla bilər. Artıq bu müharibə Ukrayna və Rusiyanın dövlətlərinin iradəsindən asılı olmayaraq hər an başlaya bilər.


Ana səhifəyə qayıt        Baxış: 4 842          Tarix: 14-02-2022, 17:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma