Xəbər lenti
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
ABŞ Rusiyanın SWIFT-dən çıxarılması barədə ciddi-ciddi düşünür.
Ovqat.com-un məlumatına görə, Amerikanın beynəlxalq iqtisadi nəşrlərindən olan «Bloomberg» bunu bildirib.
Xatırladaq ki, dünən Rusiyaya qarşı sanksiyaları müəyyənləşdirmək və ortaq mövqedən çıxış etmək üçün Brüsseldə toplanan Avropa İttifaqının liderlərinin gündəmində yer alan əsas variantlardan biri də məhz bu idi. Lakin Avropa ölkələrinin fərqli mövqeyi Rusiyanı SWIFT-dən ayırmaq qərarının çıxarılmasına əngəl oldu. Məlumata görə, qərara Almaniya və İtaliya, Cənubi Kipr, Macarıstan kimi ölkələr qarşı çıxıblar. Onların fikrincə, Rusiyaya qarşı bütün iqtisadi silahlardan eyni anda istifadə etmək olmaz. Tədrici sanksiyalar xəttini tutmaq lazımdır.
Sırağagün gecə saat 21:00-da başlayıb dünən saat 03:00-da başa çatan Aİ Fövqəladə Liderlər Zirvəsindən sonra Aİ Şurasının sədri Şarl Mişel, Komissiya sədri Ursula Von Der Leyen və Aİ-nin müddətli prezidenti Fransa prezidenti Emmanuel Makron arasında görüş keçirilmiş, ikinci sanksiya üçün ortaq mətbuat konfransı təşkil edilmişdi. Aİ rəhbərlərinin açıqladığı ikinci paketə daxil edilən “kütləvi sanksiyalar” arasında Rusiyanın əsas texnologiyalarına, kapital bazarına çıxışına, aviasiya, nəqliyyat və xüsusilə enerji sektorlarına təsir edən məhdudlaşdırıcı tədbirlər vardı.
Avropa Birliyi Komissiyası tərəfindən tətbiq olunacaq sanksiyalarla qısa və orta müddətdə Rusiya sənayesinin ehtiyac duyduğu elektron komponentləri və proqram materiallarını azaltmağı hədəfləyir. Ehtimal olunur ki, bu sanksiyalar uzunmüddətli perspektivdə Rusiya iqtisadiyyatına böyük ziyan vuracaq. Sanksiyaların məqsədi hərbi və mülki kimi ikilitəyinatlı malların, kompüter, telekommunikasiya, elektronika, lazer və sensorlar kimi əsas texnologiyaların ixracına ciddi nəzarət etməkdir.
Plana həmçinin Rusiyanın dövlət borcunu maliyyələşdirməmək üçün kapital bazarına çıxışının məhdudlaşdırılması da daxildir. Sanksiyalar enerji və neft emalı, aviasiya və bank sektorlarını da əhatə edir. Ursula fon der Leyenin sözlərinə görə, Rusiyanın enerji və bank sektorunun 70 faizi bu sanksiyalardan təsirlənəcək. Nəhayət, Putinə yaxın bir sıra iş adamlarının və oliqarxların aktivlərinin dondurulması, onlara viza və səyahət qadağalarının qoyulması, müharibəyə dəstək verən məmurların Avropa bazarlarında bizneslə məşğul olmalarının əngəllənməsi də plana daxildir. Belarusun da bu sanksiyalara daxil edilməsi gündəmdədir.
Aİ Komissiyasının sədri von der Leyen bu sanksiyaların “Rusiyada inflyasiyanın artmasına, kapital axınının sürətləndirilməsinə və ölkənin sənaye bazasını tədricən sıradan çıxmasına yol açacağına” inanır.
Bldirilir ki, Aİ liderinin sözügedən toplantı ciddi polemikalarla keçib. Xüsusilə Polşa və Almaniyanın üz-üzə gəldiyi barədə məlumatlar var. Polşa bir qrup Baltikyanı dövlətlə birlikdə "sərt sanksiya qərarı" üçün təzyiq göstəriblər Polşanın Baş naziri Matheusz Morowiecki iclasda "bu sanksiyaların Rusiyada inflyasiyanı artıracağı, kapitalın qaçacağı və Rusiya sənayesinin tədricən çətinliyə düşəcəyi fikrinin" sadəlövh bir gözlənti olduğun bildirərək Moskvaya birdəfəlik zərbə vurulmasının vacibliyini irəli sürüb.
Tədricən sanksiyaların tərəfdarı olan Almaniya kansleri Olaf Şols isə "müxtəlif vəziyyətlər üçün digər imkanların saxlanması lazım olduğunda" israr edib. Almaniyanın da daxil olduğu “mötədil cəbhə” bildirib ki, “emosional və ya reaktiv hərəkət etməkdən başqa, Moskva ilə mümkün dialoq kanalını saxlamaq müharibəni bitirməyin yeganə yoludur”.
Görüşdən əvvəl Fransa prezidenti Emmanuel Makron Ukrayna prezidenti Vladimir Zelenskinin xahişi ilə Rusiya lideri Vladimir Putinə zəng edib. AB sammitindən sonra bu barədə açıqlama verən Makron “görüşün sürətli və birbaşa keçdiyini” deyib. Makron Zelenskinin dialoq çağırışını Putinə çatdırdığını, lakin Rusiya prezidentinin “müharibə yolunu” seçdiyini də vurğulayıb.
Almaniya, İtaliya, Macarıstan, Cənubi Kipr, Lüksemburq və ya Latviya Zelenskinin tələb etdiyi kimi Rusiyanın SWIFT-dən, yəni beynəlxalq ödəniş sistemindən kənarlaşdırılmasına qarşı çıxıb. Onlar ölkəni dünya iqtisadiyyatından tamamilə kəsəcək belə bir qərarın təkcə Rusiya deyil, bir çoxları üçün “atom bombası” effekti verəcəyini irəli sürüblər.
İclasdan əvvəl Aİ liderlərinə zəng edən Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “SWIFT-in sanksiyalara daxil edilməsinə qarşı çıxanların əllərinin günahsız insan qanına batacağını” bildirib. Aİ-ni tərk edən Böyük Britaniyanın baş naziri Boris Conson da Londondan telekonfrans vasitəsilə toplantıya qatılaraq, “Dünyanın ikinci maliyyə mərkəzi olan London Siti-yə mənfi təsir göstərməsinə baxmayaraq, Rusiyanı SWIFT-ə çıxışdan məhrum etmək istədiklərini” həmkarlarının diqqətinə çatdırıb. Bununla belə, o vurğulayıb ki, bu məsələ G7 daxilində ümumi razılığa gələrək həyata keçirilməlidir. Aİ-nin əksər diplomatları da Conson kimi, ABŞ, Yaponiya, Avstraliya və digər aktorlarla məsləhətləşmədən belə bir tədbirin qəbulunun mümkün olmadını düşünürlər.
Sonda Rusiyaya qarşı “sərt sanksiyaları müdafiə edən cəbhə” Aİ Komissiyasının yekun bəyannaməsinə Almaniyanın ən yumşaq nöqtəsi olan “energetika sahəsində sanksiyalar da daxil olmaqla üçüncü paketin hazırlanması” ifadəsini yazdırmağa nail olublar. Bu halda Putinə qarşı birbaşa sanksiyalar və SWIFT müzakirəsi növbəti paketə buraxılır. Maraqlıdır ki, toplantı bitəndən sonra Almaniyanın Maliyyə Nazirliyi Berlinin də SWIFT sanksiyasına razı ola biləcəyi barədə açıqlama verib.
Rusiyaya qarşı 3-cü paketin çıxarılacağı növbəti sammitə isə çox qalmayıb. Avropanın təhlükəsizlik strategiyası və enerji təhlükəsizliyi məsələlərini müzakitə ediləcəyi növbəti sammitinin martda keçiriləcəyi xəbər verilir. ABŞ və Almaniyanın da eyni məxrəcə gəlməsi Qərb ölkələrinin mart sammitində SWIFT sanksiyalarına qərar verməsi ehtimalını artırır. Mart sammitində qəbul edilən sanksiyaların təsirindən və Rusiyanın mümkün əks-həmlələrindən ən çox təsirlənəcək üzvlərə veriləcək “təzminat” məsələsi də gündəmdə olacaq. Belə görünür ki, Rusiya iqtisadiyyatı üçün atom bombası effektli qərarların alınması üçün Ukrayna xalqı daha 1 ay gözləməli olacaq.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar