Xəbər lenti
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
Rusiyanın Ukraynaya hücum etmək üçün cəlb etdiyi ordunun sayı 280 min, Ukraynanın isə ordu (170 min) və ehtiyatda olan hərbi qulluqçularla birgə (40 min nəfər) müdafiəyə cəlb etdiyi hərbçilərin sayı 210 min nəfərdir.
Xatırladım ki, 280 min sayının maksimum 70% qədəri sırf döyüş tapşırıqları yerinə yetirən hərbi birləşmələrə, qalan 30% isə ordunun kəşfiyyat, təhcizat, təminat və digər xidmətlərinə aiddir. Başqa sözlərlə, bu o deməkdir ki, real döyüşlər üçün nəzərdə tutulan hərbçi sayı 200 mindən az olub.
Ağır silahların sayı isə müvafiq olaraq belədir:
T-64 tankları: Rusiya - 2.000, Ukrayna - 74;
T-72 tankları: Rusiya - 9.950; Ukrayna - 3.666.
Rəqəmlər müharibəyə cəlb olunmuş tankların deyil, ümumiyyətlə ordularda olan tankların sayıdır. Rusiyanın Ukraynaya qarşı təcavüzdə istifadə etdiyi tankların ümumi sayı isə 1.200-ə yaxındır.
Ukraynaya hücuma cəlb olunmuş təyyarə və helikopterlərlə bağlı rəqəmlər yoxdur, çünki onların demək olar ki, hamısı Rusiya ərazisindən qalxaraq Ukrayna ərazisinə zərbələr endirirlər.
Ukraynaya hücum ərəfəsində onun sərhədləri yaxınlığında toplanmış Rusiya hərbçilərinin ümumi sayı 190.000-210.000 olub.
Xatırladım ki, 44 günlük müharibə zamanı Azərbaycan Ordusu ilə yanaşı digər hərbi qurumlardan da döyüşə cəlb olunmuş hərbçilərin ümumi sayı, təxminən 120.000 - 150.000 nəfər olub. Bu da ərazi baxımından Ukrayna ilə hətta nəzəri baxımdan da heç bir müqayisəyə getməyən kiçik Qarabağda.
Deməli, Ukraynaya qarşı "Blitzkrieg" (İldırım sürətli müharibə) planlaşdıran Rusiya hərbi strateqlərinin bütün hesablamaları ya xəyallardan ibarət olub, ya da onlar bilərəkdən sabotaj ediblər. Yəni, bütün digər amillər bir yana, bu sayda ordu ilə Ukrayna boyda ərazidə qısa müddətdə uğur qazana bilmək heç təxəyyül məhsulu da ola bilməzdi.
Hərbçi mütəxəssislərin fikrincə, təkcə ətraf şəhərləri ilə birlikdə Kiyevin mühasirəsi üçün azı 100 minədək hərbçi lazımdır.
Rusiya ordusunun əksər silahlarının öz əsrini başa vurmuş texnika olduğunu da nəzərə aldıqda, müharibə ərəfəsində vəziyyətin ilk baxışdan göründüyündən daha da qəliz olduğu anlaşılır. Amma məsələ bununla da bitmir. 3-4 ay ərzində soyuq havada poliqon şəraitində saxlanılmış Rusiya ordusu hərbçilərinin təkcə məişət şəraiti deyil, adicə ərzaq təminatı da acınacaqlı vəziyyətdə olub ki, bu da özünü elə ilk günlərdən ordunun döyüş qabiliyyətində göstərməyə bilməzdi.
Belə təəssürat yaranır ki, sanki Rusiya ordusunun komandanlığı tabeliyində olan ordu hissələrinin məğlub olması üçün əlindən gələni edib. Bu cür "idarəçilik" işğalçı ordunun Ukrayna dövlətinin ərazisində irəlilədikcə də davam edib. Xüsusilə də ordu hissələrinin logistik təminatı sahəsində. İlkin təhlillər onu göstərir ki, ordunun təkcə döyüş taktikası deyil, onun təchizatı da yarıtmaz olub. Belə ki, artıq müharibənin 3-cu günü Ukrayna ordusunun müqavimət taktikası məlum idi və bu, ölkənin daxilinə doğru irəliləyən işğalçının böyük hərbi birləşmələrini mühasirəyə salaraq məhv etməkdən ibarətdir.
Mobil qruplarla fəaliyyət göstərən Ukrayna ordusunun bütün hissələri vahid mərkəzdən və Rusiya ordusundan dəfələrlə effektiv idarə olunurdu. Onların ilkin vəzifələrindən biri irəliləyən düşmənin ardınca gələn təchizatı və təminatı kəsmək idi ki, Ukrayna ordusu da bunu uğurla həyata keçirirdi. Bu taktikanın uğurlu olması özünü əsir düşmüş Rusiya hərbçilərinin öz ailələrinə müraciətində də qabarıq göstərirdi. Ukrayna hərbi və təhlükəsizlik qüvvələrinin yaydıqları rus əsirlərin müraciət və sorğulama videolarının əksəriyyətində əsirlərin onlara verilən yeməyi acgözlüklə yedikləri görünürdü.
Şübhəsiz, bunun psixoloji təsir metodu olduğunu da istisna etmək olmaz, amma istənilən halda belə görüntülər Rusiya hərbçiləri arasında və cəmiyyətdə ruh düşkünlüyü və psixoloji gərginlik yaratmaya bilməzdi. Bu da istənilən müharibədə məğlubiyyətə aparan yollardan biridir.
Rusiya ordusunun digər ən böyük uğursuzluğundan biri də işğalçıların aviasiyasının mülki obyektləri bombalaması idi. Mülki şəxslərin çoxsaylı qətlləri, əhalinin sığınacaqlarda əziyyət çəkməsi ukraynalılarda qəzəbi daha da artıraraq onların xalq kimi daha da səfərbər olmasına gətirib çıxardı. Bunun nəticəsində Moskvada uzaqbaşı Rusiya-Ukrayna müharibəsi kimi nəzərdə tutulan "xüsusi hərbi əməliyyat" Ukrayna xalqının işğalçı Rusiyaya qarşı savaşına çevrildi. Bu isə istənilən işğalçının məğlubiyyətinin təmin olunması üçün ən zəruri amillərdən biri və birincisidir. Bunun adı işğalçıya qarşı xalq müharibəsidir.
Bütün məlumat və nəticələrdən görünür ki, "qüdrətli" Rusiya ordusu silah və canlı qüvvə sayından başqa qalan bütün parametrlər üzrə öz rəqibindən daha zəif idi və odur ki, onun məğlubiyyəti də qaçılmaz idi.
Ərəstun Oruclu, təhlükəsizlik eksperti
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar