Xəbər lenti
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
Moskvadan gələn təşəbbüslə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyevin yenidən reanimasiya edilməsinə cəhd edilir. Karyerası boyu mətbuatdan qaçan akademik bu gün "Müsavat TV"-yə həvəslə açıqlama verərək, iki gün öncə AMEA-ya getməsinin səbəblərini açıqlayıb.
Deyib ki, onun rəhbərliyi dövründə Rusiya Elmlər Akademiyası ilə ortaq layihə hazırlanıb. Həmin layihə ilə bağlı fəaliyyəti müəyyənləşdirmək üçün Rusiya Elmlər Akademiyasının prezidenti, fizik Aleksandr Sergeyevin köməkçisi ilə görüş keçirilib.
Aparıcının “Rusiya-Ukrayna müharibəsi ilə bağlı vəziyyəti necə şərh edərsiniz?” sualına isə Ramiz Mehdiyev belə cavab verib: “Mən artıq siyasətlə məşğul olmuram, ona görə də belə suallara cavab verməyəcəyəm”.
Xatırladaq ki, ölkə ictimaiyyətinin çoxsaylı və israrlı istefa tələbindən sonra Ramiz Mehdiyev layiq olmadığı AMEA-nın prezidenti vəzifəsindən istefa verməyə məcbur olub. Fevral ayının 14-də baş tutan iclasda yaşı ilə əlaqədar vəzifəsini tərk etdiyini və bu məsələ ilə bağlı dövlət başçısı İlham Əliyevə müraciət edəcəyini bildirib. Fevralın 19-da AMEA-nın Ümumi Yığıncağı keçirilib. Nizamnaməyə uyğun olaraq Ramiz Mehdiyevin istefası qəbul edilib, Akademiya prezidentinin funksiyalarının icrası birinci vitse-prezident, akademik Arif Həşimova həvalə olunub.
Ancaq martın 17-də R.Mehdiyevin Akademiyada olduğu haqda məlumat yayıldı. AMEA-dan verilən açıqlamada R.Mehdiyevin binaya şəxsi əşyalarını götürmək üçün gəldiyi bildirilmişdi. Ancaq bu gün məlum olur ki, Akademiyada Rusiyadan gələn nümayəndələrlə görüş keçirilib. Bu mənada, ortaya suallar çıxır: Belə həssas məqamda Rusiyadan gələn xüsusi nümayəndə niyə və hansı əsasla məhz Ramiz Mehdiyevlə görüşür?
Əvvəla, Rusiyanın dünyadan təcrid edildiyi, sanksiyalar içində çabaladığı bir şəraitdə onunla birgə hansı elmi mərkəzin yaradılmasından söhbət gedə bilər? Rusiya ilə belə bir mərkəzin yaradılması təşəbbüsünün hardan gəldiyi, buna nə zərurət olduğunu Ramiz Mehdiyev açıqlamayıb.
İkincisi, istefaya göndərilmiş, heç bir səlahiyyəti qalmayan şəxslə iki qurum arasında reallaşdırılmalı olan hansısa layihə ilə bağlı müzakirə aparmaq nə qədər məntiqlidir? Bəyəm, AMEA-nın rəhbər strukturlarında bu məsələlərlə məşğul olan səlahiyyətli şəxs yoxdur?
Əlbəttə, böyük ehtimalla, bu layihə məsələsi qondarma səbəbdir. Sadəcə, Rusiyadan göndərilən şəxs nünayişkəranə formada Mehdiyevlə görüşməklə, cəmiyyətə onlara xidmət edən adamları unutmadıqlarını göstərmək istəyiblər.
Məsələ ondadır ki, həqiqətən ortada uzun müddətdir Ramiz Mehdiyevin Rusiya ilə birgə həyata keçirdiyi “layihə” var. Söhbət Rusiyanın Azərbaycandakı "beşinci kolon" layihəsindən gedir. Rusiyadan göndərilən şəxsin də Mehdiyevlə AMEA-da heç kimin xəbəri olmadığı hansısa elmi mərkəz layihəsini deyil, məhz indiki həssas məqamda "beşinci kolon" fəaliyyətinin necə təşkil olunacağını müzakirə etdiyini ehtimal etmək olar.
Hazırda Azərbaycan cəmiyyətində Rusiyanı narahat edən atmosfer var. Xalqın mütləq əksəriyyəti Rusiyanın Ukraynaya təcavüzünü kəskin pisləyir, Kreml rəhbərliyinin işğalçı siyasətinə açıq şəkildə etiraz edir. Habelə cəmiyyətdə Qarabağdakı rus hərbi birləşmələrinin çıxarılması tələbi daha uca səslə tələb olunmağa başlayıb. Cəmiyyət haqlı olaraq işğalçı bir ölkənin sülhməramlı missiya həyata keçirməyə mənəvi haqqı olmağını düşünür.
Rusiyaya qarşı tətbiq edilən iqtisadi sanksiyalar artıq bu ölkənin bütün postsovet regionu, o cümlədən Azərbaycan üçün iqtisadi məkan kimi cəlbediciliyini itirməsinə səbəb olur. Buna görə indiyədək Rusiyaya loyal mövqedə duranlar da Moskvanın təcavüzkar siyasətinin regionda ciddi problemlər yaratdığını qəbul edirlər. Nəticədə, Rusiya beynəlxalq arenada olduğu kimi, Azərbaycan cəmiyyətində də dayaqlarını sürətlə itirir.
İndi Moskva strateqləri bu tendensiyanın qarşısını almaq üçün müxtəlif cəhdlər edirlər. "Beşinci kolon"un sosial şəbəkələrdə fəallaşdırılması, Moskvanın agentlərinin Kremlin törətdiyi cinayətləri açıq müdafiəyə başlaması bu prosesin tərkib hissəsidir.
Mümkündür ki, Moskvadan göndərilən nümayəndə də uzun müddət Azərbaycanda "beşinci kolon"un fəaliyyətinə rəhbərlik etmiş Mehdiyevlə görüşü də həm ölkədə Rusiyanın getdikcə itən təsirini necə bərpa etməyi yollarını müzakirə etməyə, həm də Mehdiyevin tam “yox edilməsinə” imkan vermədiklərini göstərməklə “dostlarının” dağılmasının qarşısını almağa hesablanıb.
Ancaq indidən Moskvanın belə cəhdlərinin uğursuzluğa düçar olacağını söyləmək olar. Rusiya, Ramiz Mehdiyev kimi cəmiyyətdən təcrid olunmuş, aldığı zərbələrdən "ölü" fiqura çevrilmiş biri ilə Azərbaycanda nəinki itirilmiş mövqelərini bərpa edə bilməz, hətta olan-qalan nüfuzunu da itirəcək. Hər halda “ölü”nü “diriltmək” mümkün deyil.
Qeyd edək ki, deputat Fəzail Ağamalı bununla bağlı bildirib ki, məsələnin gerçək mahiyyətini ortaya çıxartmaqdan ötrü gərək xüsusi xidmət orqanları araşdırma aparsın: “Həqiqətən bu pərdənin arxasında ən müxtəlif niyyətlər ola bilər. Yaxud da vəziyyətdən istifadə edib bu, bir daha hələ ayaq üstə durduğu, hələ cəmiyyətə ölkəyə lazım olduğu görüntüsünü də yarada bilər. Lakin bütün bu görüntülərdən asılı olmayaraq, mahiyyət dəyişən deyil.”
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar