Xəbər lenti
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
Dünən Rusiya Müdafiə Nazirliyi Ukrayna əməliyyatının ilk mərhələsinin başa çatdığını bildirdi. Bu iddaya görə, Ukrayna hərbi hava qüvvələri və ağır texnikaları demək olar ki, məhv olunub. Məntiqlə, əgər bu iddia doğrudursa, o zaman Rusiyanın Kiyev, Xarkov da daxil olmaqla Ukraynanın bütün ərazilərini rahatlıqla ələ keçmək imkanı yaranardı. RF MN-nin sözçüsü isə müharibənin ikinci mərhələsinin Donbass üzərində mövqelərini möhkəmləndirmək olacağını bildirdi. Bu qədər böyük fürsət varkən bu qədər kiçik hədəf?
Rusiya tarixində belə mərhəmətli yanaşmaya heç zaman təsadüf olunmayıb. Açıq-aşkar görünür ki, dünən yayılan həmin bəyanat Rusiyanın Ukrayna bataqlığından çıxmaq üçün uydurduğu bəhanədən başqa bir şey deyil. Böyük ehtimalla, Rusiya bu bəyanatla dünya güclərinə “mənə abırlı şəkildə Ukraynadan çıxmaq imkanı yaradın” mesajı vermək istəyir.
Həmin bəyanatın verildiyi ərəfədə Rusiya prezidentinin dayanıqlı inkişaf üzrə xüsusi nümayəndəsi Anatoli Çubaysın əvvəl ölkəni tərk etdiyi, sonra isə işdən qovulduğu barədə xəbərlər yayıldı. Özünün radikal çıxışları ilə seçilən Medvedyev də ortalıqda at oynadır, rəsmi media orqanlarından düşmür, hətta dünyanı nüvə hücumları ilə təhdid edir. Yəni Putindən daha betər şəxs qismində özünü göstərir
Sizcə, bütün bunlar təsadüfidirmi?
Məncə, yox. Sanki Rusiya müharibədən çəkiləcəyi halda Putin erasının bitəcəyi ilə razılaşacağına eyham vurur. Çubaysı da Qərbin mənimsəməsi üçün alternativ kimi irəli sürür. Əks halda əllərində “Putin qədər, hətta ondan da betər” namizədinin (Medvedyev) olduğunu nümayiş etdirir.
Bu versiyanı gücləndirən əsas amil bütün dünyanın Rusiya ilə sərhədləri bağladığı, hətta rus tələbələrin belə ölkələrinəə qovulduğu, ən əsası isə Kremlin bütün önəmli siyasi xadimləri nəzarətə götürdüyü bir zamanda Çubaysın “gözdən yayınıb xaricə qaçması”dır. Çubays kifayət qədər informasiyalı şəxsdir, o, xaricə qaçarsa, düşmən kəşfiyyatının əlinə düşə bilər. Sorğu zamanı bülbül kimi ötməyə başlasa isə Putinin və ətrafının başı ağrıyar. Belə bir önəmli şəxsin rus kəşfiyyat orqanlarının nəzərindən yayınaraq, xaricə qaçması ehtimalı inandırıcı görünmür. Məncə, o, Kremlin razılığı ilə xarici kəşfiyyatın qarşısına atılıb. Qərb ölkələri ilə danışıb Putin sonrası dinc Rusiyanın başına gətirilsin deyə.
Sual olunur: Putin hansı məntiqlə, özündən sonrakı dönəmin təməllərini atır?
Cavab çox sadədir. Ukraynadan məğlubiyyətlə ayrılacaq Rusiya prezidentinin öz kreslosunu qorumaq şansı yoxdur. Qərbin get-gedə artan təzyiqləri və sanksiyaları qarşısında isə duruş gətirmək günü-gündən çətinləşir. Belə vəziyyətdə Putin özündən sonrakı dönəmi düşünməyə məhkumdur. Daha artıq dirəniş Rusiyanın tamamilə çöküşü və sosial partlayışlarla nəticələnə bilər. Nəticədə həm ölkənin bütövlüyünü, həm də Putinin şəxsi təhlükəsizliyini qorumaq mümkünsüzləşər.
Ən əsası isə post-Putin dönəmi üçün Qərbin namizədi də hazırdır. Rusiya həbsxanalarında yatmağı tərcih edən Navalni boş yerə bu fədakarlığa qatlanmır ki. Navalninin hakimiyyətə gətirilməsi isə Putin və ətrafı üçün daha böyük təhlükə deməkdir. Bu vəziyyətdə Çubays Putin üçün daha təhlükəsiz namizəd ola bilər.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar