Xəbər lenti

Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda Qərb meiası Vladimir Putinin Atlantik okeanının şimalına ballistik raketlərlə təchiz edilmiş sualtı gəmilər göndərdiyini iddia edib.

“AzPolitika.info” Böyük Britaniyanın “The Times” nəşrinə istinadla xəbər verir ki, Putin nüvə qüvvələrinin hazır vəziyyətə gətirilməsi tapşırığını verib.Ardınca isə Atlantik okeanına 16 nüvə başlıqlı ballistik raket daşıya bilən sualtı gəmilər göndərib.

Məlumatda qeyd olunur ki, Qərb kəşfiyyatı Rusiyanın 4477 nüvə başlığına malik olduğunu təxmin edir. İlkin versiyaya görə, Rusiya bu gəmiləri 4 həftə əvvəl Atlantik okeanına göndərib.


Ana səhifəyə qayıt        Baxış: 3 415          Tarix: 26-03-2022, 17:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma