Xəbər lenti
Bu gün, 14:34
Bu gün, 13:37
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
Sabah – fevarlın 19-da Rusiya nüvə triadası qüvvələrinin iştirakı ilə hərbi təlim manevrləri keçirəcək.
Ovqat.com xəbər verir ki, məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.
“Fevralın 19-da Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanı V.V.Putinin rəhbərliyi altında strateji çəkindirmə qüvvələrinin planlı təlimi keçiriləcək, bu təlim zamanı ballistik və qanadlı raketlərdən istifadə ediləcək”, - məlumatda belə deyilir.
Bildirilir ki, təlimlərə Aerokosmik Qüvvələri, Cənub Hərbi Dairəsi, Strateji Raket Qoşunları, Şimal və Qara dəniz donanmaları cəlb olunacaq.
“Strateji çəkindirmə qüvvələrinin təlimi əvvəllər hərbi komandanlıq və idarəetmə orqanlarının, atıcı-döyüş qurğularının, hərbi gəmilərin və strateji raketdaşıyıcı ekipajlarının qarşıya qoyulmuş tapşırıqları yerinə yetirməyə hazırlığının, qeyri-nüvə qüvvələri ilə yanaşı strateji nüvə silahlarının etibarlılığının yoxlanılması məqsədi ilə planlaşdırılıb”, - məlumatda vurğulanır.
Qeyd edək ki, nüvə triadasına strateji aviasiya, qitələrarası ballistik raketlər və sualtı raket daşıyıcıları daxildir. Adətən, bu təlimlər çərçivəsində Şimal Donanmasının sualtı raketdaşıyıcısı Kamçatkadakı Kura poliqonuna qitələrarası ballistik raket (MBP), Sakit Okean Donanmasının nüvə sualtı qayığı isə Şimali Rusiyadakı Çij poliqonunda yerləşən hədəfə eyni raketlər atır. Strateji Raket Qüvvələrindən MBP-lərin döyüş hazırlığı buraxılışı da həyata keçirilir. Qanadlı raketlər isə Rusiya Aerokosmik Qüvvələrinin uzaq mənzilli təyyarələri tərəfindən buraxılır.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar