Xəbər lenti
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
Moskvada imzalanan Müttəfiqlik müqaviləsindən sonra Qarabağda vəziyyətin dəyişəcəyi ilə bağlı gözləntilər formalaşsa da, Rusiya və Azərbaycan Müdafiə Nazirliklərinin dünənki yazılı “söz güləşi” tərəflər arasında bu məsələdə də anlaşmazlıq olduğunu göstərir. Bəlkə də məsələnin arxaplanında ictimaiyyətə məlum olmayan detallar var. Bunu bilmədiyimiz üçün bizə məlum olan informasiyalarla müəyyən mülahizələr yürütməyə çalışaq.
Daha əvvəl də bu fikri qeyd etmişdim, münaqişələrlə bağlı ən önəmli məsələlərdən biri vaxtın kimə işlədiyidir, yəni status-kvodan ən çox kim faydalanır, ona baxmaq lazımdır. Qarabağ münaqişəsinin faktiki üç tərəfi var. Azərbaycan, Ermənistan və Qarabağdakı qondarma rejimi proksi (əlaltı) kimi istifadə edən Rusiya.
10 noyabr bəyanatından bəri vaxtın Rusiyaya işlədiyini deyə bilərik. Hərəkətlərindən də bu, hiss olunurdu. Müqavilənin özünə sərf edən şərtlərini yerinə yetirib, sərf etməyənləri görməzdən gəlməsi, müəyyən olunmuş limitdən dəfələrlə artıq qoşun gətirməsi, bölgəni ruslaşdırılmağa çalışması, mülki əhaliyə hərbi dərslər keçməsi, Laçın dəhlizindən kimi gəldi buraxması və s. Say-say bitmir. Bir sözlə ruslar statuskvonu və vaxtın onlara işləməsini geninə-boluna istismar edirdilər.
Ancaq Ukrayna müharibəsindən sonra bu vəziyyətin dəyişdiyini deyə bilərik. Çünki indi regionda vaxt Rusiyaya işləmir. Bütün diqqətini Ukrayna cəbhəsinə cəmləşdirən Rusiya Qarabağdakı şıltaq davranışlarını təxirə salmağa məcburdur. Bu da gözləmə mövqeyində olan Azərbaycan üçün manevr imkanları yaradır. Təbii ki, burada rəsmi sənədlərdən irəli gələn haqlarla bağlı manevrlərdən söhbət gedir. Bilirik ki, Rusiyanın özündən kiçik dövlətlərlə imzaladığı sazişlər ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmək kimi bir xasiyyəti var və bu öhdəlikləri yerinə yetirməsi üçün Moskva ilə ayrıca bir sıçan-pişik oyununa ehtiyac olur.
Rusiyanın Azərbaycanın manevr imkanlarına qarşı hamımızın bildiyi ənənəvi təhdidləri var: Xəzər dənizində donanma təlimlərinin keçirilməsi, meyvə-tərəvəz ticarətinə məhdudiyyətlər qoyulması, Ermənistana silah satışının gündəmə gətirilməsi və s. İndiki vəziyyətdə isə bunların heç yeri deyil. Bu vəziyyət Azərbaycanın təzyiqi artırıb Rusiyaya sərf edən status-kvodan nəsə qoparmağa imkan yaradır. Azərbaycanın rəsmi tələbi 4-cü maddədən irəli gələn məsələnin, yəni erməni qoşunlarının qalıqlarının sülhməramlıların nəzarət etdiyi ərazilərindən çıxarılmasının həll olunması olsa da, Rusiyanın belə bir tələbi yerinə yetirməsi realistik görünmür.
Belə görünür ki, Ukraynadakı qeyri-müəyyənlik situasiyasında Azərbaycan üçün əsas real məqsəd yeni strateji yüksəkliklərin ələ keçirilməsi, hərbi mövqelərin yaxşılaşdırılması, bir sözlə mümkün qədər irəli getməkdir. Eyni zamanda, bunun psixoloji tərəfi də var, çünki Azərbaycanın statuskvoda müəyyən dəyişikliklər etməsi Qarabağdakı erməni əhalisinə Rusiyanın uzun perspektivdə çox da güvənilməli “protektor” olmadığı mesajını verir.
Fikrimcə, hazırkı situasiyada Rusiyanın əlində güc və qüvvə sərf etmədən Azərbaycana qarşı işləyə biləcək əsas rıçağı Qarabağdakı qondarma rejimin tanınması ilə bağlı təhdidlərdir. Hansı ki, bu təhdidin artıq müəyyən səviyyələrə də çatdırıldığını görürük. Gah qondarma rejimin adından Ukraynaya humanitar yardım göndərilir, gah da rəsmi açıqlamada qondarma rejimə aid hərbi bölmələr açıq şəkildə vurğulanır. Fikrimcə, bu təhdidlərin hansı dərəcədə effektiv olacağı və ümumilikdə Moskvanın bu məsələdə nə qədər irəli gedə biləcəyi statusk-vodakı mümkün dəyişiklikdə əsas rol oynayacaq.
"ŞƏRQƏ BAXIŞ" Analtik Mərkəz
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar