Xəbər lenti
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
Rusiya Ukrayna ilə bu gün İstanbulda keçirilən danışıqlar zamanı bu ölkə qarşısında qoyduğu “de-nasifikasiya” tələbindən vaz keçməyə və NATO-ya girməyəcəyi təqdirdə onun Aİ-yə üzv olması ilə razılaşmağa hazırlaşır.
Ovqat.com-un məlumatına görə, İngiltərənin “Financial Times” nəşri bu iddianı irəli sürüb.
Nəşr danışıqlardan xəbəri olan 4 nəfərə istinadən bildirir ki, Moskva və Kiyev bu gün İstanbulda münaqişənin dayandırılmasını müzakirə edəcək və mümkün sülh sazişinin tərkib hissəsi kimi Ukraynanın təhlükəsizlik zəmanətlərini də gözdən keçirəcək.
Razılaşma hələ yekunlaşmaması səbəbindən adının açıqlanmasını istəməyən rəsmilərin nəşrə verdiyi məlumata görə, atəşkəs sazişi layihəsində Rusiyanın ilkin şərt olaraq səsləndirdiyi üç əsas tələb - “de-nazifikasiya”, “silahsızlandırma” və “Ukraynada rus dilinin hüquqi statusu" iddiaları yer almayacaq.
Mənbələr bunun səbəbini Ukraynanın gözlənildiyindən daha güclü müqavimət göstərməsi və bir aydır davam edən işğalın dalana dirənməsi ilə izah edirlər. Onların fikrincə, Ukraynada bütün planları fiaskoya uğrayan Rusiya sonunda güzəştlərə getməyə məcbur olub.
Ərdoğan iki slavyan ölkəsinə ağsaqqallıq edir
“Financial Times” həmçinin vurğulayır ki, Ukrayna və onun Qərb tərəfdarları Putinin yorğun qüvvələrini əvəzləmək və yenidən hücuma başlamaq üçün danışıqlardan qalxan kimi istifadə etməsinə şübhə ilə yanaşırlar.
Ukrayna prezidenti Vladimir Zelenskinin partiyasının parlament lideri və Kiyevin danışıqlardakı nümayəndə heyətinin üzvü Daviq Araxamiya qəzetə açıqlamasında təsdiqləyib ki, tərəflər təhlükəsizlik zəmanətləri və Ukraynanın Aİ-yə mümkün üzvlüyü barədə razılığa gəlməyə yaxındırlar: "Bütün məsələlər əvvəldən masa üzərindədir, lakin hələ də həll olunmamış problemlər var".
Danışıqlardan xəbərdar olan digər bir mənbə isə bildirib ki, rəsmi Kiyev Rusiyanın mövqeyini birdən-birə dəyişməsindən və əksər tələblərindən vaz keçməsindən narahatdır. Görünür, Ukryana rəsmiləri Rusiyanın beynindən hansısa fırıldaqların keçmədiyindən o qədər də əmin deyillər.
Bildirilir ki, tərəflər arasında əldə olunan razılaşmaya əsasən, Ukraynanın NATO üzvlüyündən imtina etməsi deyiləndə onun nüvə silahı istehsalından vaz keçməsi və ərazisində xarici hərbi bazaların yerləşdirilməməsi də nəzərdə tutulur.
Bunun müqabilində isə Ukrayna Rusiya, ABŞ, Böyük Britaniya, Kanada, Fransa, Almaniya, Çin, İtaliya, Polşa, İsrail və Türkiyədən təhlükəsizlik zəmanəti alacaq.
Ovqat.com-un zəruri qeydi
Ukraynanı işğal əməliyyatına başlarkən Rusiya prezidenti Vladimir Putin qarşı tərəf qarşısında bir neçə ağır şərt qoymuşdu. Bir ay ərzində Ukraynada aldığı ağır zərbələrdən sonra həmin şərtlərin böyük əksəriyyətindən imtina edən Moskvanın hazırda yeganə şərti qalıb: Krımın Rusiya ərazisi kimi, Donbassın isə müstəqilliyinin tanınması. Müşahidəçilərin fikrincə, Ukraynada burnu əzilən Rusiya əslində həmin tələbləri müharibədən məğlub ayrılmadığını öz vətəndaşlarına göstərmək üçün irəli sürür. Ukrayna prezidenti Zelenski və onun beynəlxalq himayədarları isə Putinə bu “təvazökar” şansı da vermək istəmirlər. Zelenskinin həmin şərtlə bağlı dilə gətirdiyi fikirlər də bunu təsdiqləyir. O, danışıqlarda Krım və Donbass məsələsinin müzakirəsinə “yaşıl işıq” yandırsa da, bəzi imkansız şərtlər irəli sürüb: Danışıqlarda qəbul olunacaq bu qərar əvvəl Ukraynanın təhlükəsizlik qarantorlarının müzakirəsinə verilməli, onlar da bunu təsdiqləyərsə, xalqın seçiminə buraxılmalı və milli iradənin mövqeyini öyrənmək üçün referendum keçirilməlidir.
Bu zamandək Ukraynanın qarantorları kimi çıxış edən 3 dövlət vardı – ABŞ, Türkiyə və Böyük Britaniya. Sözsüz ki, bu 3 dövlətdən ən azı 2-nin Krımın Rusiyaya verilməsi və Donbassın müstəqilliyinin tanınması şərti ilə razılaşmayacağı bəlli idi. Bu da azmış kimi, qarantor dövlətlərə bir də Kanada, Fransa, Almaniya, Çin, İtaliya, Polşa və İsrail əlavə olunaraq, məsələ daha da mürəkkəbləşdirilib. Zira zamin dövlətlərin çoxluğu Rusiyanın ərazi iddiaları məsələsində vahid mövqeyə gəlinməsini mümkünsüzləşdirəcək və müzakirələrin uzun müddət davam etməsinə şərait yaradacaq. Nəticədə çözümsüzlük dalanına dirənən Ukrayna böhranı Rusiyaya qarşı ağır sanksiyaların da davam etməsini şərtləndirəcək və mümkündür ki, proses bu ölkənin tam çöküşünə qədər uzansın. Qısası, konservləşdirilmiş Ukrayna problemi istənilən an partlamağa hazır vəziyyətə gətirilən barıt çəlləyinə çevrilib və Rusiyanın sanksiyalardan xilas olmaq üçün ortaya qoyacağı bütün səylərin üzərindən indidən xətt çəkir.
Ən əsası isə, 12 qarantor dövlət tərəfindən təsdiqlənən məsələ sonunda Ukrayna xalqının ixtiyarına veriləcək. Bir ay başına bombalar yağdırılan, minlərlə insan itkisi verən, evləri, şəhərləri darmadağın olunan Ukrayna xalqı, yəqin ki, Rusiyaya öz ağrısından başqa heç nə hədiyyə etməz.
Əlbəttə ki, bunu Rusiya da bilir. Buna baxmayaraq, irəli sürdüyü bir çox tələblərdən imtina edərək, reallaşması mümkün olmayan bir şərt üzərində dayanmağa çalışır. Zənnimizcə, onun məqsədi həmin şərtin həyata keçirilməsindən çox, sadəcə sülh danışıqları bəhanəsi ilə müharibəni bitirməsidir. Çünki bu müharibənin Rusiyanı ancaq uçuruma sürüklədiyini indidən bəllidir. Fəqət müharibədən məğlub ayrılmaq da Moskva üçün böyük fəlakətin bağlanğıcı ola bilər.
Ukrayna nümayəndə heyətinin üzvü Daviq Araxamiyanın “Financial Times”ə verdiyi açıqlama da Moskvanın öz dövlət qürurunu qorumaq üçün yapışdığı yeganə budağın (əslində saman çöpü) da sağlam olmadığını göstərir. Araxamiya açıqlamasında deyib ki, indiyə qədərki danışıqlarda razılaşan yeganə məsələ beynəlxalq zəmanətlərdir: “Ukrayna bunu istəyir, amma yenə də zaminlərin təsdiqini tələb edir, əks halda razılaşma heç vaxt baş tutmayacaq".
Bugünkü danışıqların yekun qərar mətninin layihəsində Ukraynanın 2014-cü ildə Rusiyanın ələ keçirdiyi iki rayonu geri almaq tələbinin qeyd olunmadığı və bunun Putinlə Zelenski arasında keçirilməcəyi nəzərdə tutulan danışıqlara buraxıldığı bildirilir. Araxamiya isə açıq şəkildə qeyd edib ki, Ukrayna Moskvanın Krım və Donbassın ilhaqını tanımasını tələbini qəbul etməyəcək: "Biz Müstəqillik Bəyannaməmizdən kənar heç bir sərhədi qəbul etməyəcəyik. Bu, ən kritik məqamdır".
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar