Xəbər lenti
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
Rusiya və Ukrayna danışıqlar zamanı Kiyevin neytrallığı və Ukrayna Silahlı Qüvvələrinin (AFU) ixtisarı şərti ilə atəşkəs və qoşunların çıxarılması da daxil olmaqla 15 bəndlik plan hazırlayıb. Bu barədə danışıqlar prosesinin iştirakçılarına istinadən Financial Times (FT) qəzetinin materialından məlum olub.
Nəşrin yazdığına görə, Moskva və Kiyev sülhə nail olmağa yönəlmiş bu planın hazırlanmasında mühüm irəliləyiş əldə ediblər.
Qeyd olunur ki, bura Ukrayna tərəfinin NATO-ya daxil olmaq planlarından imtina etməsi və ABŞ, Britaniya və digər müttəfiqlərdən müdafiə müqabilində öz ərazisində xarici hərbi bazalar və silahlar yerləşdirməmək vədi daxildir.
Eyni zamanda, FT yazır ki, Kiyev Rusiya prezidenti Vladimir Putinin sülhün bərqərar olması və böhranın həlli ilə bağlı bəyanatlarına şübhə ilə yanaşır. Qəzetin yazdığına görə, Ukrayna hakimiyyəti Moskvanın ordunu yenidən qruplaşdırmaq və hücumu davam etdirmək üçün vaxt qazanmağa çalışmasından ehtiyat edir.
Qeyd edək ki, rəsmi Kiyevlə danışıqlarda Putini təmsil edən Vladimir Medinski Ukrayna tərəfinin neytrallıqla bağlı Avstriya və ya İsveç variantını yaratmağı təklif etdiyini bildirib: “Ukraynanın neytral statusunun qorunub saxlanılması və inkişafı, Ukraynanın demilitarizasiyası - Ukrayna ordusunun ölçüsü ilə bağlı bir sıra kompleks məsələlər müzakirə olunur. Ukrayna neytral silahsızlaşdırılmış dövlətin Avstriya, İsveç versiyasını, lakin bununla yanaşı, öz ordusu və dəniz qüvvələrinə malik olmağı təklif edir. Bütün bu məsələlər Rusiya və Ukraynanın Müdafiə nazirliklərinin rəhbərləri səviyyəsində müzakirə olunur”.
“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, sözügedən danışıqlarda iştirak edən Ukrayna Prezident Ofisinin başçısı Mixail Podolyak Medinskinin bu fikirlərinə münasibət bildirib.
Ona görə də söhbət yalnız “Ukrayna modeli”ndən və düzgün hüquqi təhlükəsizlik təminatlarından gedə bilər. Bu, nə deməkdir?
Birincisi, mütləq təhlükəsizlik təminatı, yəni ki, protokol və ya budapeştsayağı yox.
Bu isə o deməkdir ki, zəmanəti imzalayan dövlətlər Ukraynaya hücum zamanı bu gün olduğu kimi kənarda durmurlar, münaqişədə Ukraynanın tərəfində fəal iştirak edir və rəsmi şəkildə bizə lazımi qədər silah-sursat verirlər.
İkincisi, Ukrayna artıq qanadlı raketlərdən səmanı bağlamağa imkan verən və ya imkan verməyən bürokratik prosedurlardan asılı olmaq istəmir. Səmanın mütləq bağlanacağına dair birbaşa və sərt təminatlar olmalıdır”.
Qeyd edək ki, Rəsmi Kiyev üçün Budapeşt Memorandumu 2014-cü ilin əvvəlində Rusiyanın Krımı ilhaq etməsi ilə ən mühüm sənədə çevrilib. Memorandumun interpretasiyasının əsas problemi sənədin ratifikasiya olunmamasıdır.
Ukrayna israr edir ki, sənəd dövlət başçıları tərəfindən imzalanıb və imzalandığı andan qüvvəyə minib. Bu mövqenin əleyhdarları hesab edirlər ki, memorandum ratifikasiya olunmadığı üçün sənədi sadəcə bəyannamə hesab etmək olar.
İndi isə göründüyü kimi, danışıqlarda Ukraynanın təhlükəsizliyinin təminatı məsələsi prioritet təşkil edir. Onu da xatırladaq ki, Ukrayna daha öncə Türkiyəni onun təhlükəsizliyinə təminat verən ölkələrdən biri kimi görmək istədiyini bəyan edib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar