Xəbər lenti

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Rusiya lideri həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanla da telefon əlaqəsi saxlayıb.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Liderlərin söhbətində Qarabağdakı vəziyyət müzakirə mövzusu olub.

“Qarabağ ətrafında vəziyyətin inkişafı müzakirə edilərək regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsi üçün praktiki problemlərin həllinə diqqət yetirilib. 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların bütün müddəalarının ardıcıl həyata keçirilməsinin vacibliyi bir daha təsdiqlənib”, - deyə məlumatda qeyd olunub.

Mənbə: RİA Novosti



Ana səhifəyə qayıt        Baxış: 3 585          Tarix: 31-03-2022, 17:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma