Xəbər lenti
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
Aprelin 2-də qeyd olunan Rusiya və Belarus xalqlarının birliyi günü ərəfəsində, yəni aprelin 1-də Lukaşenka ilə Putin telefonla öz kədərli fəaliyyətlərindən danışıblar. İki müttəfiq diktatorlardan birinin açdığı, digərinin dəstəklədiyi Ukraynaya qarşı müharibədə hər iki ölkənin iqtisadiyyatı sanksiyaların boyunduruğu altında çökdü.
Fevralın 24-də Belarus ərazisindən Ukrayna ərazisinə raketlər atan Rusiya qoşunlarının hücuma keçməsi ilə belarusların Lukaşenkosuz azad demokratik gələcək uğrunda döyüşçülər obrazı bir göz qırpımında dəyişdi. Ukraynaya təcavüzə görə Belarusa qarşı sanksiyalar Rusiya Federasiyasından qat-qat zəif olsa da, Minskdə onun təsiri Moskvadan qat-qat güclü hiss olunur. Fakt budur ki, Rusiya Federasiyası üçün bunlar həqiqətən "cəhənnəm" sanksiyalarıdır, Belarus üçün isə bu cür məhdudiyyətlər keçən ildən - 2020-ci ildə etirazların dağıdılması və Ryanair təyyarəsinin məcburi enişinə görə tətbiq edilir. O vaxtdan bəri onlar daim genişləndirilir.
Beləliklə, Aİ Belarus iqtisadiyyatı üçün gübrə, ağac emalı məhsulları, metallar və polad, sement, rezin, neft məhsulları kimi mühüm ixrac məhsullarının daşınmasını qadağan edib. Həmçinin AB-dən Belarusa texniki və maliyyə yardımı göstərmək üçün yüksək texnoloji avadanlıqların, ikili təyinatlı malların (və tamamilə dinc sənayelər üçün lazım olanların böyük bir siyahısı var) idxalı qadağandır. Bura ABŞ və Böyük Britaniyanın sanksiyalarını, eyni zamanda bir sıra şirkətlərin həm Rusiya, həm də Belarus bazarlarından çıxarılmasını əlavə etsək, Lukaşenkonun həqiqətən öz xalqının həyatını məhv etdiyi aydın olar.
Qazaxıstan belə, Rusiya və Belarusa ixracı və idxalı qadağan olunmuş sanksiya məhdudiyyətlərinin və malların Vahid Siyahısını yaradıb. Ticarət və inteqrasiya naziri Baxıt Sultanov bunu qazaxıstanlı iş adamlarına sanksiyaları xatırlamaq yanaşı, onları qadağaların ağır bədəllərini ödəmək təhlükəsindən qorumaq zərurəti ilə əsaslandırıb.
İqtisadçı Sergey Çalıy deyir ki, sanksiyalar Belarus sənayesinin bütün sektorlarına ağır zərbə vurub: “İstədiyiniz qədər danışa bilərsiniz ki, Belarus ərzaqla özünü təmin edir, lakin demək olar ki, hər şey kritik idxaldan asılıdır. Belarusun xaricdən toxum asılığı var. Hətta taxılları da demirəm, təkcə kartof toxumunun təxminən 60%-i xaricdən gətirilir. Heyvandarlıq və ya quşçuluq üçün bütün yem əlavələri Baltikyanı ölkələrdən idxal olunur və s. İdxal sanksiyaları təbabətə, cərrahiyyəyə, stomatologiyaya da təsir edəcək... İstehlak materiallarının ehtiyatı qurtaranda nə baş verəcəyini təsəvvür etmək sadəcə olaraq mümkün deyil. Heç kim bu müharibənin başlayacağını gözləmirdi və ağlı başında olan heç kim komponentlərin, inqrediyentlərin və ya ehtiyat hissələrinin çox aylıq ehtiyatlarını yaratmayıb”.
Sergey Çalıyın sözlərinə görə, belaruslar gəlirlərin köklü şəkildə azalması və xərclərin köklü artımını gözləyirlər. 2022-ci il üçün inflyasiyanın optimist təxmini 25%, daha real olanı isə 40% təşkil edir. Əhalinin iqtisadi vəziyyəti 90-cı illərdəkindən qat-qat pis olacaq. Ukraynadakı müharibə və ona görə tətbiq edilən sanksiyalar Belarus iqtisadiyyatının sənayesizləşməsinə və xaricə kütləvi əmək miqrasiyasına səbəb ola bilər.
İT-ə (intellektual texnologiya) əlvida
Gənc yüksək ixtisaslı insanların kütləvi mühacirəti Belarus üçün uzun illər boyu böyük problemə çevriləcək məsələdir. Hər şey 2020-ci ildə etirazların zorakılıqla yatırılmasından sonra başladı. Lakin bu nəticə, 2022-ci il mühacirəti ilə müqayisədə, artıq cılız görünür.
İndi vəziyyət Krımın Rusiya tərəfindən işğalından sonrakı ilk illərə bənzəyir. Bir vaxtlar Krım "İT mütəxəssisləri" şirkətləri yalnız HTP-də qeydiyyatdan keçirməyə deyil, fiziki olaraq Belarusa köçməyə məcbur oldular, çünki Qərb auditindən əvvəl işçilərin "sanksiyaya məruz qalmış ərazidə" olmadığını təsdiqləmək lazım idi. Təxminən eyni şey indi Belarusda da baş verir. Çox sayda proqramçı və bu sektorun digər nümayəndələri Gürcüstana, Qərb ölkələrinə və hətta Özbəkistana köçmək məcburiyyətində qalıblar.
Bu isə o deməkdir ki, əhalinin varlı təbəqəsinin müəyyən xidmət sektoru, ictimai iaşə, pərakəndə satış və s. üçün gəlir əldə edən hissəsi Belarusu tərk edib.
Son iki ildə Belarusun ÜDM-də İT sektorunun payı müxtəlif hesablamalara görə 4%-dən 7,5%-ə yüksəlmişdi. Xidmətlərin ixracından əldə olunan gəlirlər durmadan artırdı. Əgər 2020-ci ildə bu, təxminən 2,7 milyard dollar idisə, 2021-ci ilin cəmi doqquz ayında bu, 2,2 milyard dollar olub. Keçən il İT sektoru vergi ödənişlərinə görə kənd təsərrüfatını ötüb.
Belarus hakimiyyəti İT çalışanlarını itirməmək üçün yeni indulgensiya dalğası (burada vergi amnistiyası nəzərdə tutulur – H.O) hazırlayır. Ordudan möhlət təklif edirlər, gəlir vergisini yenidən 9%-ə endirmək istəyirlər. Amma bizə elə gəlir ki, bu, vəziyyəti kökündən dəyişməyəcək.
2022-ci il martın 14-də Belarusun baş naziri Roman Qolovçenko rusiyalı həmkarı Mixail Mişustin qarşısında yeni sanksiyaların mənfi təsirini kompensasiya etmək üçün “dəstəkləri sürətləndirmək” zərurəti barədə məsələsini qaldırmışdı. Kreml isə pul vermədi, köhnə borclar üzrə ödənişləri təxirə saldı.
Belarus indi dövlət büdcəsini ixtisar istiqamətində korrektə etməyə başlayır. Düzdür, onlar hələlik sosial ödənişləri və təhlükəsizlik qüvvələrinin saxlanmasını azaltmayacağına söz verirlər. Ancaq bu çətinliklər yalnız başlanğıcdır.
Bir tərəfdən, nə qədər ki, Rusiya Belarus ərazisindən tramplin kimi faydalanaraq ukraynalıları öldürməkdə davam edəcək, tərəfdaş ölkələr daha çox yeni sanksiyalar tətbiq edəcəklər. Digər tərəfdən, sovet həyat tərzini mümkün qədər qoruyub saxlamaq cəhdi Lukaşenkoya qarşı qəddar zarafat edirdi. Əgər Putin özəl biznesin və onun işçilərinin problemlərinə göz yuma bilirsə Lukaşenko üçün bunu etmək daha çətindir, çünki Belarusda əsas işəgötürən tərəf dövlətin özüdür.
Olga Paliy
İnformator.ua
Tərcümə etdi: Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar