Xəbər lenti

 
Ermənistan müxalifətinin Paşinyan hakimiyyətinə qarşı apardığı mübarizə artıq səngiməkdədir. Bəs, erməni xalqı Paşinyanı istefaya göndərmək istəyən müxalifətə niyə yetərincə dəstək vermədi?
 
Ovqat.com-un məlumatına görə, bu sual Ermənistan ictimaiyyəti tərəfindən də ciddi şəkildə müzakirə olunur.
 
Erməni köşə yazarı Qalust Qriqoryan özünün Ədalətli birləşmə: xalq niyə müxalifətə “yox” dedi? sərlövhəli məqaləsində bu suala belə cavab verir: 
 
“Cavab sadə və respublikanın hər bir vətəndaşı üçün aydındır. Çünki bu hakimiyyəti süpürüb atmaq istəyənlərin kimliyi xalqa bəllidir. Onların reputasiyası dəhşətlidir... Amma ən əsası odur ki, xalqı indiki hakimiyyəti devirməyə çağıranların heç biri ölkənin onsuz da üzləşdiyi problemlərin aradan qalxacağına təminat vermir. Onların yeni proqramları yoxdur.
 
Bəli, “Artsax”ın qalan hissəsini xilas etməyin vacibliyi barədə qışqırırlar. Amma necə?! Müharibədə itirilmişləri geri qaytarmağı, ordunu, ölkə iqtisadiyyatını necə bərpa olunmasını təklif edirlərmi? Yox, müxalifləriin hər hansı resepti mövcud deyil. Həm də onların azadlığı və həyatı qurban verməyə qadir, həqiqətən güclü biri kimi cəsarətli hərəkət etmək qabiliyyətləri də yoxdur. Müxaliflər Moskvanın Paşinyandan o qədər narazı qalacaq ki, onu vəzifəsindən uzaqlaşdıracağına ümid edirlər.


 
Bizim indiki vəziyyətimiz isə Rusiyadan asılı deyil. Və çox uzun müddət də belə olacaq. Çünki o, Ukraynadakı müharibəni uduzur. Zelenskinin devrilməsi baş vermədi, Kiyevin işğalı da həmçinin. Rusiya qoşunları Dneprə, hətta Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə belə çata bilməyib. Ukrayna Silahlı Qüvvələri yüksək döyüş qabiliyyətini qoruyub saxlayır və Qərbin hərbi texnikasını aldıqdan sonra genişmiqyaslı əks-hücum əməliyyatına başlamaq niyyətindədir.
 
Bəli, Putin öz xalqını Ukrayna üzərində “qələbəyə” inandırmağa çalışa bilər. Ruslar artıq o qədər yaxşı hazırlanıblar ki, Putinin sevimli kəlamına ciddi əməl etməyə də razıdırlar: “Bəyənmirsən, xoşuna gəlmirsə, səbr et, gözəlim”. Ancaq Ukraynada da aldandıqlarını tezliklə başa düşəcəklər. Onda bizim vəziyyətimiz ümumiyyətlə Putindən asılı olmayacaq. Bu, Rusiyaya yönəlmiş qüvvələr üçün çox üzücüdür.
 
Xalqımız isə demokratik dünyaya, Qərbə yönəlib. Müxalif etirazların uğursuzluğunun bir başqa səbəbi də budur”.
 
Erməni yazarın ümidsizliyinə baxmayaraq, mitinqlərin rəsmi İrəvanın siyasətində müəyyən dəyişiklərə yol açdığı da ortadadır. Etiraz aksiyalarının Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri normalaşdırması, İrəvana sülh danışıqlarına başlanılması üçün verilən möhlət ərəfəsində baş verməsi zənnimizcə, təsadüfi deyildi. Görünür, Paşinyan hakimiyyətinin rəsmi Bakıya və Ankaraya, həmçinin Rusiyanın ayağını Cənubi Qafqazdan kəsmək istəyən Qərb dövlətlərinə “müxalifət buna razı deyil və xalqı ayağa qaldırıb məni yıxa bilər” mesajı vermək üçün “idarəedilən xaos”a ehtiyacı vardı. Bununla da ondan tələb olunan son addımı atmaqdan yayınmağa çalışır. 


 
Etiraz aksiyalarının şiddətləndiyi günlərdə -3 may tarixində Avstriyanın paytaxtı Vyanada Türkiyə və Ermənistan nümayəndələrinin keçirdikləri münasibətləri normalaşdırma prosesinin 3-cü turunun uğursuz başa çatması “idarəolunan xaos” siyasətinin başlıca nəticələrindən biridir. Eyni günlərdə Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyanın Vaşinqtona səfəri və super dövlətin müxtəlif dairələri ilə dünənədək davam etdirdikləri danışıqların nəticəsi də yəqin ki, yaxın günlərdə bəlli olacaq. Görünən budur ki, İrəvan işğal altında tutduğu Azərbaycan ərazilərini boşaltmaq istəməməsini Rusiyanın təzyiqləri ilə əsaslandırmağa çalışır. 
 
Bu vəziyyətdə Azərbaycanın öz ərazilərini işğaldan azad etmək və tarixi torpaqları geri qaytarmaq üçün hərbi əməliyyatlara başlamaqdan başqa çarəsi qalmaya bilər.
 
Ovqat.com
 


Ana səhifəyə qayıt        Baxış: 6 132          Tarix: 7-05-2022, 08:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma