Xəbər lenti
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
İrəvanda son zamanlar baş verən kütləvi etiraz aksiyalarının başlıca məqsədi Paşinyan hakimiyyətini Ukrayna savaşına və onun nəticələrini Rusiya ilə birgə bölüşməyə cəlb etməkdir.
Ovqat.com xəbər verir ki, Ermənistan publisisti Qalust Qriqoryan belə düşünür.
Qriqoryanın fikrincə, Putinin təzyiqi nəticəsində Paşinyan hakimiyyətinin Rusiyanın yanında yer almağa məcbur edilməsi İrəvanın iqtisadi, siyasi reputasiyasına ciddi zərbə vurur və onun məğlublar sırasında dayanmasını şərtləndirir.
Avrasiya İqtisadi İttifaqı Şurasının dünən keçirilən növbəti toplantısını şərh edən müəllif “Seçim yoxdur: Ermənistan Rusiya və Belarusun cinayətlərinə ortaq kimi cəlb olunub” sərlövhəli məqaləsində yazır:
“Yeni təhlükəli məlumatlar Avrasiya İqtisadi İttifaqının (Aİİ) Şurasının iclasından gəldi. Videokonfrans formatında keçirilən toplantıda Rusiya lideri Vladimir Putinlə yanaşı, Avrasiya İqtisadi İttifaqının digər ölkələrinin rəhbərləri - Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstanın rəhbəri Kasım-Jomart Tokayev, Qırğızıstanın lideri Sadır Japarov və Ermənistanın baş naziri Nikol Paşinyan iştirak ediblər.
Sammitdə iki müşahidəçi dövlətin başçıları da iştirak edir: Özbəkistan prezidenti Şavkat Mirziyoyev və Kuba lideri Migel Diaz-Kanel.
Toplantıda Belarus prezidenti Aleksandr Lukaşenko Aİİ üzvlərini birləşməyə və vahid cəbhə kimi çıxış etməyə çağırıb. Kuba liderinin o an nə düşündüyünü bilmirəm, amma ola bilsin ki, Moskvadan daha “xeyirxah” təklif alacağına ümid edirdi.
Məhz onilliklər ərzində qüvvədə olan sanksiyalara görə acınacaqlı vəziyyətə düşən Kubanın öz problemlərindən başqa məsələlərlə uğraşmaq arzusu və imkanı yoxdur. Müxtəlif dərəcədə olsa da, məncə, Qazaxıstan və Özbəkistan da eyni fikirdədirlər. Bu ölkələr kifayət qədər möhkəm dayanıblar və təkbaşına yeni çağırışların öhdəsindən gəlmək iqtidarındadırlar.
Ona görə də deyirəm ki, Lukaşenkonun sözləri öz məsuliyyətlərini başqalarının çiyninə yükləmək kimi primitiv istəkləri təəssüratı yaradır. O, özü və Rusiya üçün böyük problemlərinin qarşıda dayandığını artıq dərk edir. Eyni zamanda, problemlərin əsl səbəblərini də açıqlamır. Baxmayaraq ki, bütün Aİİ ölkələri, o cümlədən Ermənistan Vladimir Putinin şəxsən verdiyi qərarın bəhrəsini artıq hiss edib və bundan sonra da hiss edəcək.
“Bizim görüşümüz çətin geosiyasi və iqtisadi şəraitdə keçir. Amma biz pul və maliyyə bazarındakı problemləri uğurla dayandıra bildik. Lakin sanksiya təzyiqi zəifləmir, əksinə, güclənir”, - Belarus Respublikasının rəhbəri bildirib. Bəli doğrudur. Bəs Putin çətin geosiyasi və iqtisadi şərait üçün ilkin şərtlər yaradanda kimlərlə məsləhətləşdi? Heç kimlə.
O, heç kimlə məsləhətləşmədən atddığı addımı ilə özünü və Lukaşenkonu çətin fakt qarşısında qoydu. Rusiya hökumətinin bir çox üzvləri və rus oliqarxları vəziyyətin bu inkişafından şoka düşdü. Onların hamısı əmin idilər ki, məsələ sadəcə DXR və LPR-nin müstəqilliyinin kağız üzərində tanınması ilə yekunlaşacaq. Amma Putin böyük müharibəyə qarışmaq qərarına gəldi. Buna görə o, Qərbdən dəhşətli sanksiyalara məruz qaldı. İndi isə o, müharibənin bədəlini ortaqları ilə bölüşməyə çalışır.
Artıq məlumdur ki, Putin kənd təsərrüfatı məhsullarının dünya bazarlarına çıxarılması problemləri ilə bağlı itthamları Rusiyaya qarşı əsassız iddialar hesab edir. Putinin İtaliyanın baş naziri Draqiyə istehsal və logistika zəncirlərinin fəaliyyətindəki fasilələrin pandemiya dövründə başladığını və Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiqindən sonra daha da pisləşdiyini dediyi məlumdur. Eyni zamanda, bəyanatda sanksiyaların Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən tətbiq edildiyi göstərilmir.
Ümumiyyətlə, Putin öz xəttində qalmaqda davam edir. Rusların bütün bunlara necə dözməsi, Rusiya iqtisadiyyatının nə vaxta qədər ayaqda qala biləcəyi ayrıca məqalənin mövzusudur. İndi sadəcə bir sualın cavabı vacibdir - Putinin və qismən də Lukaşenkonun bütün bu hərəkətlərinin əvəzini Ermənistan niyə ödəməlidir?! Bu bizim müharibəmiz deyil. Bundan heç nə qazanmırıq, sadəcə itiririk.
Artıq itirmişik belə. Siyasi imicimizi, iqtisadi reputasiyamızı itirmişik. Putinin Paşinyana total təzyiqini görən Qərblə münasibətlərimizin bütün strukturu dağılır. Və həqiqətən də indiki şəraitdə bu təzyiqə qarşı dayana biləcək heç bir təpərimiz qalmayıb. Çünki Türkiyə və Azərbaycan tərəfindən gələ biləcək təhlükə faktoru var. Onlar bütün dünyanın gözü qarşısında açıq-aşkar üstümüzə qılınclarını şaqqıldadırlar.
Moskva və Minsk isə buna heç bir reaksiya vermir. Onlar 44 günlük müharibə zamanı özlərini daha da həyasız aparırdılar. Onların tərəfdən Azərbaycana heç bir təzyiq olmadı. Əksinə, faktiki olaraq Rusiya Federasiyası və Belarus Respublikası Bakını Qarabağ münaqişəsinin həlli yolu kimi müharibə seçiminə həvəsləndirdi. Onlar Azərbaycanı öz hərbi sənaye kompleksində olan bütün ən müasir avadanlıqlarla təchiz etdilər. Üstəlik, Putin və Lukaşenko həmişə “Azərbaycanın ərazi bütövlüyü” ilə bağlı mantra səsləndiriblər.
Onlar indi Ukraynanın ərazi bütövlüyünü xatırlamırlar. Rusiya artıq Ukrayna ərazisinin 20%-dən çoxunu ələ keçirib və daha çoxunu ələ keçirməyi planlaşdırır. Belarus isə onlara Ukraynanın işğal olunan torpaqlarına hücum edəcəyi ərazisini verdi. Bəs bu müharibə bizə niyə lazımdır? Cavab zahirdədir - bizə lazım deyil.
Amma problem ondadır ki, Putin və Lukaşenko bunu soruşmur. Məcbur edirlər. Ermənistan isə bu qırğına qarışmalı olacaq. Əks halda, Putin ölkəmizin də “denazifikasiyasına” ehtiyac olduğunu bəyan edə bilər”.
Tərcümə etdi: Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar