Xəbər lenti
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
Azərbaycan elminə və ictimaiyyətinə ağır itki üz verib. Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, akademik, 1983–1997-ci illərdə Azərbaycan Elmlər Akademiyasının prezidenti olan Eldar Salayev vəfat edib.
Eldar Salayev 31 dekabr 1933-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1956-ci ildə Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsini bitirmişdir. Həmin ildə Azərbaycan SSR Elmlər Akademiyasının Fizika İnstitutunda əmək fəaliyyətinə başlayan Eldar Salayaev 1963-cü ildə fizika-riyaziyyat elmləri namizədi, 1975-ci ildə elmlər doktoru dərəcəsini, 1979-cu ildə professor elmi adını almış, 1980-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü, 1983-cü ildə həqiqi üzvü seçilmişdir. O, 1983-1997-ci illərdə Azərbaycan EA-nın prezidenti vəzifəsində çalışmış, SSRİ xalq deputatı (1984-1992) Azərbaycan Milli Məclisinin üzvü olmuşdur.
Eldar Salayev rəhbərliyi altında 1969-cu ildə Fizika İnstitutunda ilk Kvant elektronikası laboratoriyası, 1972-ci ildə isə keçmiş ittifaqda yeganə Fotoelektronika İnstitutu yaradılmışdır. Eldar Salayev böyük əksəriyyəti nüfuzlu xarici jurnallarda dərc olunmuş 450-ə qədər elmi əsərin, 88 ixtiranın və patentin, 4 monoqrafiyanın müəllifidir. O, ölkəmizdə və onun hüdudlarından kənarda təşkil edilən çoxsaylı elmi tədbirlərdə Azərbaycan elmini uğurla təmsil etmişdir. Onun elmi rəhbərliyi ilə 40-dan artıq fəlsəfə və elmlər doktoru yetişdirilmişdir. Elmi fəaliyyətinə görə Azərbaycan Dövlət Mükafatı laureatı və Əməkdar elm xadimi adlarına, “Şöhrət” və “Qırmızı Əmək Bayrağı” ordenlərinə layiq görülmüşdür.
Eldar Salayev ictimai-siyasi fəaliyyəti də uğurlu olmuşdur. O, Azərbaycanda başlanan Milli Azadlıq Hərəkatına dəstək verən yüksək vəzifəli ziyalılarımızdan biri olmaqla yanaşı ölkənin ilk siyasi partiyası olan Azərbaycan Milli istiqlal Partiyasının qurucusu olaraq partiyanın təşkilatlanmasında və inkişafında aktiv iştirak edib.
Eldar Salayevin vəfatı xaqlımız, millətimiz, eləcə də milli istiqlalçılar üçün ağır itkidir. Tanınmış alim, bacarıqlı elm təşkilatçısı, səmimi və qayğıkeş insan, yüksək mədəniyyətə və geniş dünya görüşünə malik Eldar Yunis oğlu Salayevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Vətənpərvər elm xadimimiz Eldar Salayevin vəfatından kədərləndiyimi bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin.
Etibar Məmmədov
AMİP-in Fəxri lideri
Bakı şəhəri 21 iyun 2022-ci il
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar