Xəbər lenti

Beləliklə,2023-cü ilə daxil olduq. Bu il qlobal və regional siyasətdə nələrin baş verəcəyini proqnozlaşdırmaq mümkündür.Əvvəlcə Cənubi Qafqazdan başlamaqda fayda var.

-Azərbaycan-Ermənistan münasibətləri kontekstində çox böyük ehtimalla gərgin proseslərin şahidi olacagıq.Ermənistan hökuməti və baş nazir Nikol Paşinyan 2023-də də Azərbaycanla sülh müqaviləsini imzalamamaqdan ötrü hər yola baş vuracaq.Şübhəsiz ki,N.Paşinyan Rusiya-Ukrayna müharibəsinin gedişatını,Türkiyədə iyun ayında keçirilməsi gözlənilən prezident və parlament seçkilərinin nəticəsini gözləyəcək.Təbii ki,Ermənistan regionda ən yaxın müttəfiqlərindən biri olan İranda daxili etirazların nəticəsi də Yerevanın diqqət mərkəzində olacaq.Həm Türkiyə,həm Rusiya,həm də İran İslam Respublikasının Cənubi Qafqazdakı geopolitik maraqları var və hər üç regional güc bu regionda strateji məqsədləri ugrunda ciddi mübarizə(rəqabət həm də)aparacaqlar.Ermənistan da öz növbəsində Qaarabagdakı ermənilərin taleyi,Laçın yolunda eko-fəalların aksiyalarını həmişəki kimi “humanitar fəlakət”adlandıraraq interpritasiya etməkdə davam edəcək.

-Gürcüstanda dərinləşən siyasi qütbləşmə(polarizasiya)daha kəskin forma alacaq.Gürcüstanın üçüncü prezidenti Muxael Saakaşvilinin həbsxanadakı görüntüləri,onun xaricidə müalicəsinin təşkili üçün beynəlxalq təzyiqlər daha da artacaq.Hazırda Gürcüst asn prezidenti Salomu Zurabaşvilinin Saakaşvilini əfv edib etməyəcəyi ciddi şəkildə müzakirə edilməkdədir.Hakim “Gürcü Arzusu”partiyası iddia edir ki,Saakaşvilinin Gürcüstana qayıdışının əsas səbəbi ölkədə kütləvi ixtişaşlar yoluyla iqtidara gəlmək və Rusiyaya qarşı Ukraynadan sonra ikinci cəbhə açmaq idi.Bu il Gürcüstan-Avropa İttifaqı arasında da münasubətlərin rəvan olmayacagını proqnozlaşdırmaq çətin deyil.Yəni,Gürcüstana bu il də Aİ-yə namizədlik statusunun veriləcəyini təxmin etmək çətindir.

-Rusiya-Ukrayna cəbhəsində müharibənin miqyasının daha da genişlənəcəyini proqnozlaşdırmaq mümkündür.Yaza qədər milyonlarla ukraynalının vətənini tərk edəcəyi,ölkənin bütün infrastrukturunun dagıdılacagını söyləmək mümkündür.ABŞ və Avropa ölkələrinin Ukraynaya h əərbi və maliyyə yardımları daha da davam edəcək,amma,bu həmin ölkələrdə iqtisadi ressesiyanı,dünyanın müxtəlif ölkələrindən əlavə milyonlarla qaçqının gəlməsi demək olacaq.Xüsusilə,Avropa ölkələrində enerji böhranının dərinləşəcəyi,staqflasiyanın baş verəcəyini də təxmin etmək olar.Üstəlik,Avropa ölkələrində kütləvi etiraz aksiyalarının artacagı,hökumətlərin istefaya gedəcəyi də mümkündür.

Rusiyaya gəldikdə,Putin Ukraynada ən gizli və dagıdıcı silahlarını istifadə edəcək.Hətta Polşa ərazisinə qədər konfliktin gənişlənəcəyi mümkündür.Rusiya-NATO müharibəsi gözlənilmir,çünki bundan ən çox zərər çəkən “zəif bənd”Avropa qitəsi ola bilər.Bu üzdən,Almaniya və Fransa Rusiyaya qarşı diqqətli olmaga çalışacaqlar.

-Türkiyədə bu il prezident və parlament seçkiləri keçiriləcək və iqtidar-müxalifət arasında başabaş rəqabət olacaq.Hazırkı prezident R.T.Ərdogan ölkədəki iqtisadi vəziyyətin,infilyasiyanın onun ziyanına işlədiyini bilir.Ərdogan(AKP) və millətçi MHP-nin də birlikdə oldugu “Cümhur İttifaqı”seçkilərdə qalib gəlmək üçün bütün resurslarından istifadə edəcək.Ərdogan körfəz ölkələri,İsrail və Suriya ilə münasibətlər kontekstində seçkiyə qədər müəyyən bir məsafə qət etmək istəyir.Türkiyə müxalifətini təşkil edın CHP,İYİ Partiya,Gələcək,Dəva,Demokrat,Səadət kimi partiyalar da “Millət İttifaqı”adı altında Ərdogana qalib gəlmək üçün əlindən gələni edıcək.Hələ ki,türk müxalifəti vahid namizədi müəyyən etməyib,amma seçki təqvimi elan ediləndə namizəd müəyyənləşdiriləcək.Türk müxalifəti seçkiyə ya CHP sədri Kamal Kılıçdaroglu,ya da Ankara meri Mənsur Yavaşla gedəcək.

-Qlobal siyasətdə Çin-Tayvan münasibətləri,ABŞ və Rusiya arasında münasibətlərin g əırginləşəcəyini də nəzərə almaq lazımdır.Təbii ki,Şimali Koreya və Cənubi Koreya arasında da eskalasiya ehtimalını da təxmin etmək mümkündür.Bu il,eyni zamanda,regional siyasi və hərbi koalisiyaların yaradılacagı da baş tuta bilər.Beynəlxalq Valyuta Fondu(İMF)2023-cü ildə də qlobal iqtisadiyyatda kataklizimlərin,böhran haqqında xəbərdarlıq edib.Demək mümkündür ki,2023-də müharibələrlə yanaşı iqtisadi durgunlugun da olacagı ehtimallar daxilindədir.

Kamal Aliyev kafkassam




Ana səhifəyə qayıt        Baxış: 5 204          Tarix: 3-01-2023, 08:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma