Düşmənin də gərək mərd ola. Qaydasız döyüşün belə qaydaları var. İstənilən sahədə rəqibinə "fair-play" çox önəmli məsələdir. Biz buna Türkiyədəki dəhşətli, 10 minlərlə insanın həyatına son qoyan amansız zəlzələ zamanı siyasi müstəvidə də şahid olduq.
Belə ki, uzun illərdir Türkiyə ilə diplomatik münasibətləri demək olar ki, uzlaşmayan, vəziyyətin hər an müharibə ilə əvəzlənəcəyi gözlənildiyi bir zamanda fəlakətdən dərhal sonra rəsmi Afina qardaş Türkiyəyə həm humanitar, həm də xilasetmə qrupları ilə yardım edən ilk dövlətlərdən oldu. Biz bu sıraya İsrailin də adını əlavə edə bilərik. Nəzərə alsaq ki, İsraillə Türkiyə münasibətlərində yumşalma son aylara təsadüf edir, Afinanın yazılmamış qaydalara riayət etməsini Təl-Əvivə də şamil edə bilərik. Bunları dəhşətli dağıntılardan sonra hər iki ölkənin rəsmi olaraq Türkiyəyə dəstək məqsədilə atdıqları addımlar fonunda aydın sezmək mümkündür.
Amma biri də var, düşmənin Ermənistan, İran, Fransa kimi "üç bacı"dan ibarət trio ola...
Fransanın "Charlie Hebdo" jurnalı Türkiyədəki fəlakət haqqında murdar, insanlıqdan kənar karikatura dərc edib. Jurnal Türkiyədəki faciəni məsxərə obyektinə çevirərək yazıb: "Tanklara ehtiyac qalmadı". Əsl jurnalistikadan uzaq yanaşmaları ilə bu adamlar insaniyyətlikdən də uzaq olduqlarını nümayiş etdirir, ifadə azadlığından sui-istifadənin bariz nümunəsini göstərirlər. Zərrə qədər də şübhə edilmir ki, bu mövqe Fransada sıradan hansısa bir jurnalistin və yaxud media qurumunun mövqeyindən daha çox dövlətinin ifadələri idi. Belə olmasaydı bu açıqlamaya görə rəsmi Parisin bir səalhiyyətlisi geridə qalan iki gün ərzində sözügedən karikaturaya görə Türkiyədən üzr istəmək üçün bir cəhd edərdi.
Dünən Azərbaycanın media qurumlarında yayılan məlumat isə Türk Dünyasının, xüsisilə də Azərbaycan və Türkiyənin xalq, millət olaraq başının zəlzələylə bağlı məsələlərə qarışdığı bir zamanda İran molla-fars rejimi ilə Ermənistanın məkirli planının üstünü açdı.
Məlum oldu ki, Ermənistan Azərbaycana qarşı növbəti dəfə hərbi təxribat həyata keçirməyi planlaşdırır. Təxribat planının hazırlanması və həyata keçirilməsində isə Ermənistan tək yox, onu 44 günlük müharibədən bu yana tək qoymayan, hərtərəfli dəstəyini göstərən molla rejimi ilə birgə addımlamaq barədə düşünür. Belə ki, məlumatda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 30 hərbçisindən ibarət təxribat qrupunun Azərbaycana qarşı planda iştirak edəcəyi bildirilir.
Təxribat planı barədə artıq iki gündür mediada kifayət qədər məlumatlar yer alıb. Mənim məqsədim məhz bu hücum planının seçildiyi tarixə diqqət çəkməkdir. Belə görünür ki, Azərbaycana qarşı silahlı təxribat törətmək üçün nəzərdə tutulan vaxt təsadüfi seçilməyib. Ermənistan və İran hesab edir ki, fevralın 6-da baş verən dəhşətli zəlzələ ilə əlaqədar daxili problemlərin həllinə başı qarışan Türkiyə mövcud şəraitdə prosesə müdaxilə edə bilməyəcək. Ona görə də onlar əlverişli şansdan istifadə etməyə çalışaraq Azərbaycana qarşı çoxdan planlaşdırılan təxribatları həyata keçirmək istəyirlər.
Planlarının tamamilə deşifrə olduğunu görən Ermənistanın Müdafiə Nazirliyi rəsmi açıqlama yayaraq, məlumatın həqiqətə uyğun olmadığını bildirərək bu informasiyanı təkzib etdi. Ermənistan Milli Təhlükəsizlik Xidmətindən də analoji bəyanat gecikmədi.
Nədənsə ötən gün Azərbaycan mediasında yayılan bu məlumatı hakim partiya deputatları, politoloqlar, media ilə yanaşı, hətta müxalifətdən olan millət vəkilləri də təkzib etməklə məşğuldurlar. Maraqlısı budur ki, İran və Ermənistanın Azərbaycanla sərhəddə gizli şəkildə təxribata hazırlaşdığı haqda Azərbaycan mediası məlumat yayırsa, bunu Ermənistan müxalifətinin təkzib etməsi heç bir məntiqə sığmır. Çünki belə bir planın varlığı-yoxluğundan bixəbər olan bir qrup siyasətçi hazırda niyə rəsmi İrəvanla ağıza-ağıza verib, təkziblə məşğuldur?!
Demək ki, bu məkirli plan tək Ermənistanın başının altından çıxmayıb, bu oyunu quranlardan ən əsas tərəf elə məhz İrandır ki, Ermənistanda siyasi dairələrə ağızlarını bərk saxlamaq, deşifrə ediləcəyi təqdirdə "məmə deyəndən pəpə deyənə" kimi hamının bir səslə təkzib fikirləri səsləndirməsi tapşırılıb. Çünki nəzərə alsaq ki, bu gün Ermənistanda ciddi qütblənmələr var, ölkə daxilində siyasi dairələr arasında 44 günlük müharibədən bu yana çatlar, parçalanmalar daha da böyüməkdədir, o zaman müxalifətin Nikol Paşinyanın sözünə etimad göstərdiyi inandırıcı deyil. Yerdə bir variant qalır, molla rejimi!
Beləcə, Ermənistan və İran tərəfi "Türkiyədəki ağır vəziyyətdən istifadə edərək Azərbaycanın mövqelərinə hücum edək" planı tərtib edərək Azərbaycanı çətin vəziyyətdə qoymaq barədə düşünsələr də, daha unudublar ki, Azərbaycana Rusiya və ya İran istiqamətindən hər hansı təhlükə yaranarsa, Türkiyə ordusu mövcud çətinliklərə rəğmən, seyrçi qalmayacaq. Türkiyədə ağır fəsadları olan zəlzələ baş versə də ordu yerindədir.
Türkiyədə zəlzələdən bir neçə saat sonra Azərbaycan ordusunun Kəlbəcər istiqamətində hərbi təlimləri keçirilməsi də buna mesaj idi ki, əsgərimiz istənilən təhdidə, təxribata layiqli cavab vermək iqtidarındadır. Çox güman ki, rəsmi Bakı bununla da təxribat barədə düşünənlərə mesaj verdi ki, bizi sınamağı ağlınızdan keçirməyin.
Bu hadisələr fonunda Qarabağda özü böyüyən spermotozoid kimi peyda olan Ruben Vardanyanın Moskvaya qaçdığı xəbərlərinin yayılması da bir o qədər səs-küyə səbəb oldu. Ehtimal oluna bilər ki, Azərbaycana qarşı təxribat öncəsi bununla da separatçıların yeni "liderlərindən" olan Rubenin təhlükəsizliyi məsələsi həll edilib. Belə ki, SEPAH-ın etnik-azərbaycanlılardan ibarət casusları vasitəsilə Azərbaycan hərbi geyimində törədəcəkləri təxribata qarşılıq olaraq məsələyə İranın müdaxiləsi nəzərə tutulub. Bunun qarşılığında Qarabağda növbəti lokal toqquşma qaçılmaz olacaq ki, bu da Azərbaycan xüsusi xidmət orqanlarına imkan yarada bilər ki, Ruben Vardanyanı Xankəndidə elə yatağından ədayala bükülü şəkildə Bakıya gətirsin.
Bu səbəbdən İran molla rejimi erməni separatçılarla Ruben Vardanyanın təhlükəsizliyi məsələsini həll etməyə çalışıblar. Planların deşifrə olmasından öncə isə artıq Ruben Vardanyanın rus sülhməramlı kontingentinin nəzarəti altında Qarabağdan hərbçilərinin çirkli altpaltarlarına bükülmüş vəziyyətdə Laçın yolu ilə Ermənistana, oradan da Moskvaya qaçması böyük ehtimalla sözügedən təxribatın elə məhz bu günlər üçün planlaşdırıldığından xəbər verir.
Bu olay daha bir məsələni aydınlaşdırmış olur: Rusiya da bu plandan bixəbər deyilmiş. Sülhməramlılara da görünür Moskvadan kontingentinə SEPAH-ın iştirakı ilə baş verəcək silahlı toqquşma barədə məlumat ötürülüb. Amma təəssüf ki, Rusiya bu dəfə də bu cür təxribata qarşı çıxmaq, onu deaktivləşdirmək üçün tərəflərlə təmaslar qurmaq əvəzinə plan üzrə Ruben Vardanyanın Xankəndidən çıxarılmasını təmin ediblər.
Növbəti dəfə şahid olduq ki, ilk fürsətdəcə Azərbaycanı parçalamaq, onun ərazilərini işğa etmək üçün İran molla-fars rejimi və Ermənistan üçün hər hansı istisna olacaq bir vəziyyət, zaman mövcud deyil. Ermənilərin xisləti, onların Azərbaycan xalqına, türk millətinə qarşı kin-nifrəti barədə daha çox danışmağa ehtiyac yoxdur. Bunu tarixin müxtəlif dövlərində Ermənistan dövlət olaraq, xalq olaraq öz əməlləri, vandallıqları, soyqrım siyasətləri ilə dəfələrlə isbatlayıblar.
Lakin İran rejiminin bu gün türk milləti üçün belə ağrılı-acılı bir zamanı Azərbaycana hücum məqsədi ilə əlverişli tarix seçərək məkirli əməliyyat planına rəhbərlik etmək niyyəti Ermənistan sevdasından doğan bir məsələdir. Amma Azərbaycan xalqı Türkiyədəki qardaş-bacılarına fəlakətlə bağlı yardım kompaniyasında göstərdiyi birlik-həmrəyliklə bir daha düşmənlərə nümayiş etdirdi ki, bu xalqı heç bir təhdidlə, hədə ilə qorxutmaq mümkün deyil, bu xalq indən belə də birlikdə yeni qələbələr yazmaq üçün öz Ordusuna 44 günlük müharibə zamanında olduğu kimi dəstək olmağa, yardım etməyə hər an hazırdır.
Təhməz Əsədov
Milli.Az
Paylaş: