Xəbər lenti

Ermənistanda heç bir hakimiyyət Qarabağ ermənilərini tamamilə tərk etməyəcək. Düşünürəm ki, son bir ildə, bəlkə də daha uzun müddət ərzində danışıqların mövzusu belədir: Qarabağ ermənilərinə hansı zəmanətlər verilə bilər.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Karnegi Fondunun aparıcı tədqiqatçısı, Qarabağ münaqişəsi üzrə ekspert Tomas de Vaal “Radio Azatutyun”a müsahibəsində bildirib.

“Məsələnin qoyuluşu bundan ibarətdir: Bakı ilə İrəvan arasında davam edən danışıqlar hansısa ikitərəfli sazişlə bağlıdır və Paşinyan iqtidarının Azərbaycanın ərazi bütövlüyünün tanınması baxımından əvvəlki hökumətlərdən xeyli irəli getdiyi göz qabağındadır. İrəvan bunu açıq-aşkar beynəlxalq təzyiq altında edir, Ermənistana deyirlər ki, Qarabağın müstəqilliyi ideyası artıq aradan qalxıb.

Ruslara gəlincə, Rusiya sülhməramlıları təhlükəsizliyi təmin edir. Onların fəaliyyətini ideal saymaq olmaz. Qarabağ erməniləri ilə danışanda məlum olur ki, onlar Rusiya sülhməramlılarından olduqca narazıdırlar. Amma onlar da bilirlər ki, heç nəydənsə ruslar (ermənilər üçün-red.) daha yaxşıdır. İstər amerikalılardan, istərsə də avropalılardan bir növ beynəlxalq mexanizm haqqında söhbətlər eşidirik. Bu bir çox şeyi ifadə edə bilər. Məsələn, ATƏT-in hansısa beynəlxalq ofisi və ya müəyyən təhlükəsizlik xidməti qurula bilər.

Hesab edirəm ki, bizə görünməyən danışıqların getdiyi göz qabağındadır. Bu, Qarabağ erməniləri üçün əsas müəyyənedici amil olacaq. Bəs onlara hansı beynəlxalq mövcudluq və ya mexanizm verilə bilər?

Sadəcə bu sualın cavabını bilmirik. Mən yəqin ki, daha da uzağa gedərək deyərdim ki, problemin bir hissəsi də budur: Qarabağın daxilində müxtəlif cavablar verən müxtəlif insanları görürük. Əminəm ki, Vitali Balasanyan və Samvel Babayandan soruşsanız, fərqli cavablar alacaqsınız.

Ruben Vardanyan əminəm “Rusiya sülhməramlıları ilə danışmalıyıq” deyəcək. Samvel Babayan isə Azərbaycanla anlaşmağın mümkünlüyündən danışacaq”,-deyə Tomas de Vaal bildirib.




Ana səhifəyə qayıt        Baxış: 3 603          Tarix: 30-06-2023, 09:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma