Xəbər lenti

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Rusiya xarici işlər naziri Sergey Lavrovla Skopyedə, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında görüşü məhsuldar olub.

Musavat.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, Ermənistan diplomatik idarəsinin rəhbəri bu barədə ölkə parlamentində açıqlama ilə çıxış edib.

Mirzoyan qeyd edib ki, Rusiya ilə Ermənistan arasında ikitərəfli münasibətlər bir çox məsələləri əhatə edir və region ölkələrinin maraqları qismən üst-üstə düşür və ya kəsişir. Onun sözlərinə görə, Ermənistan tərəfi hər zaman təmas imkanlarından məmnuniyyətlə yararlanır: “Və bu dəfə Rusiyanın xarici işlər naziri son dövrlərdə baş verən bəzi geosiyasi hadisələrlə bağlı fikirlərini bizə təqdim etdi və biz Rusiyanın müxtəlif həssas məsələlərə münasibəti ilə bağlı fikirlərimizi bölüşdük. Hesab edirəm ki, görüş məhsuldar keçdi”.

O, İrəvanın görüşün təşəbbüskarı olmadığına da aydınlıq gətirib: “Bir anlaşılmazlıq oldu. Rusiyanın xarici işlər naziri Sergey Lavrov görüşün təşəbbüsünün ATƏT-dəki daimi nümayəndəmizdən gəldiyini düşünürdü, halbuki, məndə olan məlumata görə, belə deyil”.

Ararat Mirzoyan rusiyalı həmkarı ilə görüşündə Lavrovun Ermənistanın ATƏT-dəki daimi nümayəndəsindən şikayət etdiyi videonu şərh edərkən həmçinin qeyd edib ki, təşəbbüskarla bağlı texniki xəta olub: “Görünür, texniki anlaşılmazlıq baş verib və bu, Rusiya XİN rəhbərinin diqqətinə çatdırılıb. Söhbət görüşün təşəbbüskarının kim olmasından gedirdi. Mən bildirdim ki, biz bu görüşün təşəbbüskarı olmamışıq”.




Ana səhifəyə qayıt        Baxış: 3 061          Tarix: 6-12-2023, 22:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma