Xəbər lenti

ABŞ, Avropa İttifaqı (Aİ) və Ermənistan arasında aprelin 5-də keçiriləcək görüşdə hərbi paktın müzakirə ediləcəyi barədə rəsmi məlumat var.

Bunu "Report"a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib.

O qeyd edib ki, üçtərəfli müzakirələrin nəticəsində Qafqazda yeni hərbi birliyin yaradılmasına cəhd edilir: "Bu prosesin başlanğıcı Avropa İttifaqı müşahidə missiyasının Qafqaza - Ermənistan-Azərbaycan sərhədinə göndərilməsi idi. Əvvəl iki aylıq gələn missiyanın müddəti sonradan ikiillik edildi. Missiyanın tərkibində və mandatında da dəyişiklik olundu. Bütün bunlardan sonra üçtərəfli 5 aprel görüşünün keçirilməsi ümumi işin növbəti mərhələsidir. Bu proseslərdə NATO-nun xətti aydın görünür və bir növ silahlanmadan söhbət gedir".

Ə.Əlibəyli hesab edir ki, bütün bu addımlar, siyasi gedişlər Rusiya, Türkiyə və Azərbaycana qarşı birliyin formalaşdırılmasına yönəlib: "Rəsmi Bakının tələbinə cavab verilmişdi ki, guya bu üçtərəfli görüş Azərbaycana qarşı yönəlməyəcək. Belə açıqlamalar verilibsə, deməli, tamamilə əksini müşahidə edəcəyik".

Qeyd edək ki, aprel ayının 5-də Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə Brüsseldə görüş keçirəcək.




Ana səhifəyə qayıt        Baxış: 2 901          Tarix: 28-03-2024, 14:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma