Türk xalqlarının ortaq tarixinin yazılması ən azından ona görə lazımdır ki, bütün Türk xalqları vahid ideya ətrafında birləşə bilsinlər. Yəni Türk xalqları, özəlliklə 7 müstəqil Türk dövləti tarixlərinə eyni gözlə baxar və düşünərlərsə, o zaman onların Türk Birliyi ülküsü ətrafında birləşmələri daha gerçəkçi və məntiqə uyğun olacaqdır. Digər tərəfdən ortaq Türk tarixinin olması Türk xalqları arasındakı keçmişə söykənən bir çox narazlıqları hətta, düşmənçilik hislərini də ortadan qaldırmış olacaqdır. Ona görə də, ortaq Türk tarixinin yazılması və orta məktəblərdə tədris olunması olduqca vacibdir. Burada mütləq deməliyik ki, Azərbaycan Cümhuriyyəti dövründə (1918-1920) bu yöndə ilk addımlar atılmış, ortaq Türk tarixi və ortaq Türk dili ilə bağlı işlər görülmüşdür. Bizlər,atalarımızın bu yolunu davam etdirməliyik...
Bu gün ortaq Türk tarixinin yazılması üçün yalnız bir əngəl vardır: antitürk əhval-ruhiyyəniun aradan qaldırlması. Ortaq Türk tarixinin yazılmaması üçün mücadilə verən qüvvələr yalnız Türk dövlətlərinin xaricində deyil, həm də onun daxilindədirlər. Açıq şəklildə deməliyik ki, antitürk qüvvələr Azərbaycanda, Türkiyədə, Türkmənistanda, Özbəkistanda və digər Türk dövlətlərinin daxilində ortaq Türk tarixinin yazılmaması üçün əllərindən gələni edirlər. Yalnız Qazaxıstanda ortaq Türk tarixinin yazılması məsələsində dövlət səviyyəsində ciddi dəstək və istək hiss olunur.
Azərbaycanda və Türkiyədə isə ortaq Türk tarixinin yazılmasına əngəl olanlar hələ də vardırlar.
Üstəlik, onlar Türk tarixini daha çox saxtalaşdırmaqla Türk cəmiyyətlərinə sırımaq istəyirlər.
Ancaq son zamanlar Azərbaycanda ortaq Türk tarixinin yazılması istəyinin artmasını da qeyd etmək lazımdır..
Eyni zamanda ortaq Türk tarixinin yazılması məsələsi, Qərb və Rus-Sovet tarix metodologiyasından uzaq olan milli ruhlu tarixçilərimizə həvalə edilməlidir. Başqa sözlə, Ortaq Türk tarixinin yazılması üçün potensialımız vardır, ancaq bu potensial doğru dəyərləndirməli və yönləndirilməlidir. Əgər ortaq Türk tarixinin Qərb və Rus tarixçiliyinə istinadən yazarsaq, o zaman bu "Türk tarixi" heç bir işimizə yaramayacaqdır. Öncəlliklə, Türk tarixini yazarkən bir neçə vacib amil nəzərə alınmalıdır: 1) Altay nəzəriyyəsindən imtina edilməlidir. Yəni Türklərin Azərbaycana və Anadoluya gəlmə xalq olması uydurmasına birdəfəlik son verilməlidir.
2) Ortaq Türk tarixi qarşılıqlı ittihamlar şəkilində, özəlliklə şiə-sünni kontekstində yazılmamalıdır,
3) Ortaq Türk tarixində ayrı-ayrı Türk xalqlarının ortaq dövlətçilik modelinə üstünlük verilməlidir,
4) Ortaq Türk tarixi Türk Birliyi ideyasına hədəflənməli, köklənməlidir,
5) Ortaq Türk tarixi Türk dövlətlərində məcburi şəkildə tədris edilməlidir. 1-ci sinifdən başlayaraq..
Bir sözlə, ortaq Türk tarixini yazmağa da, onu təbliğ etməyə də potensialımız vardır... Sadəcə, nəzəriyyədən əməli işə keçmək lazımdır.
DOS., DR. Faiq Elekberli
Ovqat.com
Paylaş: