Xəbər lenti

 

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası "Bio Gold Tarım" MMC barəsində inzibati xəta haqqında protokol tərtib edib.

“Report” xəbər verir ki, Nəsimi Rayon Məhkəməsi Palatanın protokoluna əsasən, şirkətin 8150.15 ABŞ dolları məbləğində cərimə edilməsi barədə qərar çıxarıb.

Məhkəmə şirkəti İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə təqsirli bilib.

Nəsimi Rayon Məhkəməsinin qərarından verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, "Bio Gold Tarım" MMC 2000-ci ildən kənd təssərüfatı sektorunda çoxsahəli fəaliyyətə başlaylıb. Əsas işi respublikaya bitki mühafizəsi preparatlarının, mikro və makro gübrələrinin, toxumların kənd təsərrüfatı təyinatlı məhsulların idxalı və satışı ilə məşğul olub.

2017-ci ildən etibarən “Bio Gold Tarım” adı altında Azərbaycanda ilk şirkət olaraq, makro, mikro və orqanik gübrələrin istehsalına başlayıb. 




Ana səhifəyə qayıt        Baxış: 420          Tarix: 17-10-2019, 11:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma