Xəbər lenti

 

Fransa Prezidenti Emmanuel Makron Ermənistanın sabiq prezidenti Robert Köçəryanın vəkili Sevak Torosyan məktubuna cavab verib.

Bu barədə Fransadan qayıdan vəkil jurnalistlərə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, keçmiş prezidentin məhkəmə prosesi ilə yalnız Ermənistanda deyil, xaricdə də maraqlanırlar: “Yaxın vaxtlarda mən bir il ərzində baş verən hadisələrin təsvir olunduğu məktubu Fransa Prezidenti Emmanuel Makrona göndərdim. Məktubun nəticələri artıq mənə aid deyil. Bu, diplomatiya məsələsidir. Heç bir ay keçmədi və mən prezident Makrondan cavab aldım”.
Fransalı vəkil vurğulayıb ki, məktubda Fransada Köçəryanın işi üzrə məhkəmə prosesinin diqqətlə müşahidə edildiyi qeyd olunub. \\Teleqraf




Ana səhifəyə qayıt        Baxış: 409          Tarix: 18-11-2019, 20:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma