Xəbər lenti

 

Milli Şuranın sədri Cəmil Həsənli “Azad söz” yutub kanalına müsahibəsində hakimiyyət və ölkə rəhbərliyi haqqında bir sıra ittihamlar səsləndirib. Bu fikirlər o zaman dilə gətirilib ki, prezident İlham Əliyev AXC hakimiyyəti ilə bağlı çıxış edib, o zaman hakimiyyətdə olanların bacarıqsızlığı, həmçinin indiki AXCP sədri Əli Kərimlinin xəyanətləri haqda danışıb. 

Amma həmin çıxışında prezident C. Həsənlini işarə edəcək heç bir fikir bildirməyib. Və sanki professor Həsənli bundan inciyib və müsahibəsində maksimum çox ittihamlar dilə gətirərk İ. Əliyevin “diqqətini cəlb etməyə” çalışıb.

Bəs prezident Milli Şuranın sədri haqda danışsa, nə deyərdi? Təbii ki, bunu dəqiqliyi ilə söyləmək mümkün deyil. Amma müəyyən ehtimallar səsləndirmək mümkündür. Güman edirik ki, prezidentin bu çıxışında da “xəyanət” sözü bi neçə dəfə təkrar olunardı.

Cəmil Həsənli siyasətə qoşulduğu son 30 ildə həm əqidəsini, həm də liderini dəfələrlə dəyişən şəxslərdən biridir. O əslində, qatı müxalifətçi olmasa da, özünü bu qismdə təqdim etməyə çalışıb. 2000-ci ildə deputat seçilə bilib. Həmin mərhələdə kifayət qədər radikal görünməyə çalışıb. 2005-ci ildə yenidən parlamentə düşə bildi. Bu zaman AXCP onun mandatından imtina məsələsini qoydu və cənab Həsənli alternativ yol seçdi. 

Həmin il Əli Kərimli başda olmaqla, digər namizədləri Milli Məclisə düşməyən AXCP seçkilərin nəticələrini tanımaqdan imtina etmişdi. Amma deputat mandatını hər şeydən üstün tutan C.Həsənli bu qərara tabe olmayaraq nəinki AXCP sədrinin müavinliyindən, hətta 1989-cu ildən bəri üzvü olduğu qurumdan da istefa verdi.

Və 2005-2010-cu illər deputat fəliyyətində o kifayət qədər loyal, üzüyola bir deputat kimi özünü təqdim edə bildi.

O, həm çıxışlarında, həm kitablarında indi və əvvəl ən ağır ifadələrlə tənqid etdiyi Heydər Əliyevi “ümumilli lider” adlandırmağa başladı.

Parlament iclaslarında hökuməti və hakimiyyəti tərifləyən çıxışlara gen-bol yer verdi. Amma bu da uzun sürmədi. 2010 parlament seçkilərində onun parlamentə yolu bağlandı və C. Həsənli rolunu dəyişərək yenidən radikal müxalifət oldu. Az sonra isə müxalifətin vaid namizədi kimi ortaya çıxmağı bacardı.

C.Həsənli korrupsiya yolu ilə əldə olunmuş pulların silinməsində də mühüm rol oynamış şəxslərdən biridir. Söhbət qohumu Fərhad Əliyevin iqtisadi inkişaf naziri olanda onunla müxalifət arasında “kuriyer” olmasından gedir. Həmin vaxt nəinki iqtidar, müxalifət mediasında da F. Əliyev Azərbaycanın ən uğurlu naziri kimi təqdim olunurdu. Səbəb isə külli miqdarda pulların Həsənli vasitəsi ilə müxalif qəzetlərə çatdırılması idi. Burada söhbət hər ay 10 minlərlə dollardan gedir.

Bir vaxtlar "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu C.Həsənli haqda yazmışdı: "Bir professor tanıyıram. Pul sayanda, əvvəlcə barmaqlarını ucuna yüngülcə tüpürür. Sonra başlayır səslə saymağa...

O professor bir korrupsionerdən aldığı paraları qəzetlərə çatdırmaqda görəvli idi. 2006-cı ildə... Korrupsioneri öldürülən jurnalistin qatili elan edəcəkdilər, hələ də həbsdə qalacaqdı....

Professoru, portfelini dolduraraq, redaksiyalara arestantın qardaşlarından biri müşayiət edirdi. Qapıdan içəri salıb, bayırda maşında gözləyirdi. Ki, qıraqda kupyorları dəyişdirməsin, atmasın, dalına keçməsin...

Lakin professor da professor idi...

Ailədən manatla aldığı paçkaları qəzet redaksiylarında sayıb, şifahi olaraq, dollarla hesablayıb, qəzerlərə də, korrupsiyaçının ailəsinə də atmağı özünə yaraşdırırdı: "Belə verdilər..." Sonra "qırdığı" məbləğı pencəyinin qoyun ciblərinə basırdı...

Bu ona çox yaraşırdı. Nəinki indiki işi...

O zaman manatın dollara nisbəti xeyli fərqli idi. 1 manat 87 sent idi. Barmaqlarına və paraya tüpürə-tüpürə, onları səslə sayıb, hər paçkadan 13 dənə yüzlük qırpışdırırıdı.

50 min manatdan 5X1300 =6500 manat.... ". \\Yenisabah




Ana səhifəyə qayıt        Baxış: 347          Tarix: 25-11-2019, 21:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma