Xəbər lenti


Rusiyanın İrkutsk şəhərinin Leninsk rayon məhkəməsi 63 nəfərin zəhərlənərək öldüyü insidentlə bağlı hökm oxuyub. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, “Boyarışnik” spirt tərkibli məhlulu içən həmin şəxslər sonradan ölmüşdü.
 
Faktla bağlı məhkəmə məhlulu hazırlayan və satan 7 nəfərə, o cümlədən 5 Azərbaycan vətəndaşına hökm oxuyub.
Hökmə əsasən, Süleyman Rüstəmov və Rəhman Mehdiyev 9 il, Yuliya Melentyeva 8,5 il, Seymur Əliyev 8 il, Zaur Əbilov və Svetlana Krasnoyarova 7,5 il və Anar Babayev 7 il azadlıqdan məhrum olunublar.
 
Onlar Rusiya Cinayət Məcəlləsinin (saxta məhsulların istehsalı ehtiyatsızlıqdan 2 və daha artıq insanın ölümünə yol açdıqda) maddəsi ilə mühakimə olunublar.

Məlumata görə, Rəhman Mehdiyev metil spirti alaraq onu “Boyarışnik” etiketli 870 butılkaya tökərək satışa qoymuşdu. 2016-cı il dekabrın 13-dən 17-nə qədər spirt tərkibli məhlulların hamısı alıcılar tərəfindən satın alınmışdı. “Boyarışnik”i içən 63 nəfər qısa müddətdə zəhərlənmədən dünyasını dəyişmişdi.  



Ana səhifəyə qayıt        Baxış: 2 419          Tarix: 25-08-2020, 17:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma