Xəbər lenti
 
 
 
NATO-nun baş katibi Yens Stoltenberq Estoniya, Latviya, Litva və Polşanın xarici işlər nazirləri Urmas Reynsal, Edqar Rinkeviç, Linas Linkyaviçüs və Zbiqnev Rau ilə telefon danışıqları aparıb. 
 
Ovqat.com-un məlumatına görə, söhbət zamanı Rusiyanın müxalif lideri Aleksey Navalninin zəhərlənməsi ilə bağlı vəziyyət və Belarusdakı siyasi böhran müzakirə olunub. 
 
Stoltenberq telefon söhbətində qeyd edib ki, NATO Belarusdakı hadisələrin inkişafını diqqətlə izləyir. Baş katib müxalifət nümayəndələrin saxlanmasından ciddi narahatlığını ifadə edərək, bunu "beynəlxalq hüquq normalarının yolverilməz pozuntuları" adlandırıb.
 
"Şimali Atlantika İttifaqı ciddi müdafiə xarakterli tədbirlər alıb və NATO-dakı müttəfiqlərə qarşı istənilən təcavüzü dəf etməyə hazırdır. NATO-nun regiondakı hərbi qüvvələrində heç bir artım yoxdur və nazirlər baş katiblə razılaşıblar ki, belaruslu dinc nümayişçilərə qarşı qətliamlara əsas verəcək iddialardan istifadə olumasın", — deyə Yens Stoltenberq vurğulayıb.
 
Bundan başqa, Stoltenberq nazirlərlə Navalni məsələsini də müzakirə edib, onlar birlikdə RF-dən "təcili olaraq şəffaflıq nümayiş etdirməyi və günahkarların məsuliyyətə cəlb olunmasını" tələb etməyin vacibliyinə dair qənaətə gəliblər.
 
"Müttəfiqlər də Rusiyanı Kimyəvi Silahların Qadağan Edilməsi üzrə Təşkilatın müvafiq olaraq məxfi məlumatların dərhal açıqlamağa çağırırlar", — deyə Stoltenberq, Reynsala, Rinkeviç, Linkyaviçus və Rau yekdil fikrə gəliblər.
 
Bundan əvvəl Almaniya hökuməti hərbi toksikoloqların qənaətinə istinad edərək bildirib ki, Navalni "Noviçok" zəhərləyici hərbi maddələr qrupunun substansiyası ilə "zəhərlənib". Rəsmi Moskva Avropa İttifaqı və NATO-nun "ümumi reaksiyanın hazırlanması" üçün toksikoloji ekspertizanın nəticələri barədə məlumat verəcəyini vurğulayıb. 
 
Alman həkimləri sentyabrın 7-də Navalnini tibbi komadan çıxarıblar.


Ana səhifəyə qayıt        Baxış: 2 706          Tarix: 10-09-2020, 06:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma